“Rəsulzadə olmasaydı Cümhuriyyət qurulmayacaqdı” Tarixçi-professordan "Cümhuriyyət Tarixi"

Analitika 12:19 28.05.2019

Müsəlman şərqində ilk demokratik respublika olan, şanlı cümhuriyyətimizin qurulmasının 101-ci il dönümüdür. Cümhuriyyətimizin qurulma tarixi ilə bağlı maraqlı faktları tarixçi-professor Solmaz Tohidi Eurasia Diary üçün izah edib.

Ä°lgili resim

Cümhuriyyətin qurulması və iki il ərzində idarə edilməsində bəzi tarixçilər Rəsulzadənin rolunun kiçildir. Bunu belə əsaslandırır ki, o strateji vəzifələrə yiyələnməyib, məsələn baş nazir olmayıb. Bu iddialara münasibətiniz...

 

Kökündən səhf iddiadır Məhəmmədəmin Rəsulzadə həqiqətən cümhuriyyətin tək cə əsas qurucusudur. Biz digər cümhuriyyət rəhbərlərinin də rolunu kiçiltmirik. Xoyski, Nəsib bəy, Məhəmmədhəsən bəy və digərləri öz dövrlərinin ən parlaq şəxsiyyətləri idi və cümhuriyyətin qurulmasında onların hər birinin özünəməsxsus əməyi olub. Ancaq bir var qurucu, bir var quruculuqda iştirak etmək. Cümhuriyyətin qurulmasına gətirib çıxaran, əsas siyasi hərakat olan istiqlal hərəkatı da Rəsulzadənni liderliyi ilə formalaşmışdı. Cümhuriyyət də eynilə onun liderliyi ilə, onun siyasi təfəkkürü və ideologiyası əsasında quruldu.

Cümhuriyyətin qurulmasında Rəsulzadədən savayı əlbəttə ki, dövrün böyük ziyalılarının və bəylərinin də rolu olub. Cümhuriyyətin qurulması və idarə edilməsində iştirak edən bütün şəxsiyyətlər yuxarı təbəqədən idi. Onların hər biri bəy, xan övladları, zadəgan əsilli və ali təhsilli idilər. Ancaq əsas maraqlı məqam bundan ibarət idi ki, bütün bu insanları bir bayraq altında, bir amal uğrunda birləşdirən atası molla olmuş və kasıb ailədən çıxmış, ali savadı olmayan birinə, Rəsulzadəyə nəsib olmuşdu. Nəsib bəy hətta öz partiya liderliyini Rəsulzadəyə ötürmüş, onu özünün lideri hesab etmişdi. Çünki Rəsulzadədə tanrı vergisi olan talant, xarizma və liderlik qabiliyyəti var idi. O, siyasi fəhm sahibi idi. Rəsulzadə ali təhsilə iyələnə bilməsə də durmadan özünü inkişaf etdirən bir şəxsiyyət idi. Özündən sonra Rəsulzadə azərbaycan xalqına sadəcə şanlı bir cümhuriyyət və ideologiya deyil, həmçinin 1427 məqalə, 27 kitabdan ibarət mədəni irs də miras qoydu.

Görüntünün olası içeriği: 14 kişi, ayakta duran insanlar ve kalabalık

"O, ilk dövlət başçımızdır"

Rəsulzadə əslində cümhuriyyətdə de fakto əsas sləlahiyyətli şəxs sayılırdı. O, Milli Şura rəhbəri idi və bu şura qanunverici məclisə və dövlətə nəzarət edən orqan idi. Onu Milli Şuranın rəhbərliyinə isə demokratik prisniplərlə keçirilən seçki ilə bütün parlament üzvləri yekdillilik ilə seçmişdi. Ona görə də qeyd edə bilərik ki, Məhəmmədəmin Rəsulzadə ilk dövlət başçımızdır. O, dövlət başçısı kimi dəfələrlə siyasi krizislərdən dövləti xilas edir, isqtiqlaliyyatı qoruyur. Rəsulzadə Gəncə krizisində və digər siyasi böhranlarda ustalıqla böhranı idarə edir və problemləri bir-bir aradan qaldırır. Osmanlı zabitləri istiqlalımızı qəbul etmədiklərində parlamenti yığır və cəsarətlə dövlətimizin isqtiqlaliyyatını müdafiə edir.

 

“İsətə idi, istənilən rəhbər vəzifəyə yiyələnə bilərdi”

 

Rəsulzadə ancaq uzaqgörən və istedadlı siyasi lider deyildi, həm də böyük ürəyi olan sadə insna idi. O, istəsə idi, istənilən rəhbər vəzifəyə yiyələnə bilərdi. Ancaq dövləti qurduqdan sonra dedi ki, “Biz dövləti qurduq, indi isə onu idarə etmək mütəxəssislərin işidir. Biz siyasətçilərin isə yeri, parlamentdir”. İstəsə idi özü olmazdımı parlament sədri? Ələbəttə ki, çox rahatlıqla olardı. Ancaq ağsaqqallığına, bitərəfliyinə və zəngin diplomatiya bilgisinə görə o, bu vəzifəyə Topçubaşovu laiq bildi. Topçubaşov parlament sədri olmasa idi, Parisdə dünya birliyinə Azərbaycanın müstəqilliyini necə qəbul etdirə bilərdi? Bütün bunlar bir daha Rəsulzadənin nə qədər uzaqgörən bir dövlət başçısı olmasını sübut edir.

 

“Rəsulzadə olmasa idi Cümhuriyyət qurulmayacaqdı”

 O, defakto parlamentin həm məsləhətçisi, həm də idarəçisi idi. Parlamentdə müxtəlif qüvvələr höküməti iştəməyə qoymurdular, neçə dəfə Rəsulzadə parlamentdəki qalmaqalların, hökümətdəki siyasi böhranların aradan qaldırılmasına nail olub. Yeganə işğal idi ki, ona gücü çatmadı. Danılmaz bir fakt var ki, onu qəbul etmək lazımdır, “Rəsulzadə olmasa idi Cümhuriyyət qurulmayacaqdı”.

 

Azərbaycançılıq ideologiyası və demokratizm prinsiplərinin mənbəyi haradan gəlirdi?

 

Rəsulzadə Hümmət təşkilatının üzvü idi. Ideoloji cəhətdən sosial demokrat idi, ancaq sonralar ideoloji xəttini tamamilə dəyişdi. Belə ki, o,  sosializmin Azərbaycan xalqının milli dəyərlərinə uyğun olmadığını anladı. Sonralar İranda hürriyət inqilabına qoşuldu və millətçilik fəlsəsəfisnə yiyələndi. Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun təsirləri ilə türkçülüyə meyilləndi.

 

1912-ci ildə Balkan məğlubiyyətindən sonra Rəsulzadə başa düşdü ki, Osmanlı türk millətçiliyinə liderlik etmək iqtidarında deyil. O zamandan etibarən Rəsulzadə pantürkizmə meyillənir və türk xalqlarının yeni bir hərəkat altında birləşməsinin zəruriliyi barədə düşünür. Daha sonra birinci dünya müharibəsi başlayanda elə müharibənin ilk günlərindən Rəsulzadə bu müharibənin bəşəriyyətin taleyini dəyişəcəyini yazır. O, deyirdi ki, “XX əsr Millətlər əsri olacaq. O millətlərki öz kimliyini tapmayıb özü öz müqəddəratını həll etmək imkanından məhrum olacaq”. Və bundan sonra yeni proseslərə milləti hazırlayır. Türkçülüyün içərisindən Azərbaycançılığı fərqləndirir və kompakt bir siyasi nəzəriyyə formalaşdırır. “Dirilik” məqaləsində ümmətdən milliyyətə, milliyətdən millətə keçidin yollarını göstərir. Xalqın lideri kimi o, Azərbaycan xalqını müstəqillik və azadlığa istiqamtləndirə bilir. Rəsulzadənin ən böyük xidməti də bəlkə də bundadır.

 

Cümhuriyətin qurulması prosesi

 

Qafqazda müharibə gedir, cəphə zonasıdır.1917-ci ildə fevral inqilabından sonra Çarizm devrilir. Aprelin 2-sində Gəncədə Nəsib bəy Şah Abbas məscidinin qarşısında nitq söyləyir, partiyasının yaradıldığını elan edir və nitqinin sonunda “Yaşasın Azərbaycan muxtariyyatı” şüarını səsləndirir. Bu şüar cümhuriyyətin quruluş şüarına çevrilir. Ömrünün axırına kimi Məhəmmədəmin Rəsulzadə bu şüarı xatırlayıb və deyib ki, “Azərbaycan adına siyasi məna verilməsi şərəfi Nəsib bəyə məxsusdur”.

 

Azərbaycan adının seçilməsi

 

Azərbaycan adı onsuz da var idi, tarixi və coğrafi bir termin kimi işlədilirdi. Xalq Cümhuriyəti birləşməsi isə demokratikliyin simvolu idi. Yəni, cümhuriyyət qeydsiz-şərtsiz xalqındır, Hakimiyyətin mənbəyi xalqdır. Qərar isə ekstrimal şəraitdə verildi. Gürcülər seymdən çıxır və istiqlaliyyət elan edir, bu məqamda Rəsulzadə Batumda danışıqlar aparırdı. O, qısa bir zaman ərzində İstiqlal bəyannaməsnini göndəririr Nəsib bəyə, sonra Xoyski Cümhuriyyətin qurulduğunu elan edir.

 

Nicat İsmayılov

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı