Xalq ordudan cavab həmləsi gözləyir "Qisas alınmalıdır, Başqa alternativ yoxdur" - Politoloq

Analitika 13:06 01.06.2019

Ötən ilin sentyabr ayında  Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşdən sonra cəphə xəttində uzun müddət sabitlik təmin edilmişdi. Sonradan Düşənbə görüşünü şərh edən Paşinyan cəphə xəttində sabitliyi qorumaq üçün İlham Əliyevlə razılaşdıqlarını bildirmişdi. Ancaq bu razılaşmadan sonra bu ilin mart ayının 29-da düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid oldu.

paşinyan ilham əliyev düşənbə ile ilgili görsel sonucu

Yəni, düşmən 2 gün əvvələ qədər artıq bir dəfə Düşənbə razılaşmasını pozmuşdu. May ayının 30-da isə ikinci dəfə bu razılaşmaya əməl edilməmiş, atəşkəs pozulmuş və bu dəfə Azərbaycan Ordusunun mayoru, tabor komandiri Aqil Omarov şəhid edilmişdir.

 

Qeyd edək ki, Mayor Omarovun şəhid edilməsindən bir müddət əvvəl ardıcıl surətdə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov kəskin bəyanatlar vermişdi. 4 aprel tarixində o, erməni həmkarının işğal hədələrinə cavab verərək qeyd edib: “ Artıq 90-cı illər deyil. Mən onun bəyanatını eşidəndə dedim, nə olardı, kaş hücuma keçərdilər. O zaman mən Tonoyanla Yerevanda görüşərdim. Boş-boş danışmaqla erməni xalqını aldatmaq daha mümkün deyil. O vaxtlar da deyirdilər ki, Ohanyan xəttini bu yana keçmək olmaz. Amma cəmi 18 dəqiqəyə keçdik. Bütün imkanlarını yığsalar aprelin 3-4 qatı olacaq. Mən bu anı səbrsizliklə gözləyirəm…”

6 apreldə nazir orduya döyüşə hazır olmaq barədə əmr verir.

22 mayda isə general-polkovnik orduya yeni əmr verir və bildirir ki, düşmən təxribatlarının dərhal qarşısı alınsın.

zakir həsənov ile ilgili görsel sonucu

8 gün üstündən keçir və düşmən snayperi Azərbaycan zabitini şəhid edir. Ümidvarıq ki, cənab general-polkovnik şəhidlərimizin qanının yerdə qalmaması üçün yaxın saatlarda və ya günlərdə “hücum” əmri verəcək. Çünki Tabor komandirinin şəhid olması cəmiyyət tərəfindən aqressiya ilə qarşılanıb və xalqın müxtəlif kəsimlərindən olan vətəndaşlar “düşmənin mövqeləri məhv edilməlidir” tələbləri səsləndirilib.

Qarabağ qaziləri, millət vəkilləri, ehtiyatda olan zabitlər və digər sıravi vətəndaşlar artıq iki gündür xüsusilə də sosial şəbəkələrdən müharibə çağırışları edirlər. Təbii ki, belə bir məqamda vətəndaşların emosionallığını anlamaq gərəklidir. Belə ki, 30 ildir Qarabağ probleminin psixoloji və siyasi yükünü çəkən Azərbaycan xalqı bu problemdən onsuzda çoxdan cana doyub. Bununla birlikdə, şəhid xəbərləri vətəndaşın səbr kəsasını daşırmaqdadır.

Qeyd edək ki, buna bənzər bir vəziyyət aprel döyüşləri zamanı yaşanmışdı. Döyüşlər zamanı ölkənin demək olar ki, bütün böyük şəhərlərində və regionlarda orduya dəstək mitinqləri təşkil edilmiş, minlərlə insan könüllü surətdə döyüşlərdə iştirak etmək üçün Müdafiə Nazirliyinə rəsmi müraciət ünvanlamışdı. Bu gün xalqın böyük bir qisminin də arzuladığı “yeni bir aprel zəfəri”, “qisas” və “sonuncu döyüşdür”.

Eyni zamanda Ermənistanda Koçaryanın azad edilməsi və son günlər regionda baş verənlər Qarabağ klanının aktivliyini daha da artırıb. Qarabağ klanının aktivləşdiyi bir zamanda Azərbaycan zabitinin şəhid edilməsi və Ermənistan Müdafiə Nazirliyinin atəşin erməni tərəfindən açıldığını inkar etməsi ağıllara Azərbaycan mayoruna atılan güllənin Qarabağ klanı yoxsa Ermənistan ordusu tərəfindən atıldığı sualını gətirdi.

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan üçün bu sualın cavabının elə bir əhəmiyyəti yoxdur. “Çünki həm İrəvandadakılar, həm də Xankəndidəkilər işğalçıdırlar. Buna baxmayaraq, Xankəndidəkilər bölgədəki vəziyyəti gərginləşdirməklə Paşinyanın hakimiyyətini laxlatmağı planlaşdıra bilərlər. Bunu son açıqlamalarının birində Paşinyan da gizlətməyib. O faktiki demişdi ki, eks-prezident Robert Köçəryana tabe olan separatçılar bölgədəki kiçik müharibə başlatmaqla Ermənistan hakimiyyətinin mövqelərini zəiflətməyi planlaşdırırlar. Köçəryan tərəfdarları həmin planı hərəkətəmi gətiriblər?”, - deyə politoloq sual edib.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Onun sözlərinə görə, atəşkəsi pozanlar həmsədrləri də pis vəziyyətdə qoyublar: “Guya vasitəçilər Bakıya gəlmişdilər ki, xarici işlər nazirlərinin ötən görüşündəki şifahi razılaşmaların yerinə yetirilməsi təmin etsinlər. Elə bəyanatlarına da bu başlığı çıxarmışdılar. ”Həmsədrlər əvvəlcədən istənildiyi kimi, konkret təkliflər təqdim ediblər". Söhbət humanitar və təhlükəsizlik tədbilərindən gedir. Ancaq hansı təhlükəsizlik tədbirindən danışılır ki, atəşkəs pozulur, hərbçimiz şəhid edilir və ya hansı humanitar tədbirdən danışılır ki, var gücləri ilə erməni futbolçunun Bakıya gəlişinə mane olmaqla milli ədavəti daha da qızışdırdılar? Elə Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatında Ermənistanın təxribatçı və qanlı əməlinin qəti qəbuledilməz olduğu və danışıqlar prosesinə zərbə vurduğu bildirilir".

Siyasi ekspert hesab edir ki, Ağdam istiqamətində açılan atəş həmsədrlərin bu səfərini və təkliflərini də puça çıxardı və bunun günahkarı təmas xəttinin o tərəfindəki güc və ya güclərdir: “Bütün hallarda həbrçimizin şəhid olmasına görə qisas alınmalı, qarşı tərəf cəzalandırılmalıdır. Başqa alternativ yoxdur”.

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Hamısı