"Ordumuz çox sərt cavab verəcək..." - Keçmiş nazir | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


"Ordumuz çox sərt cavab verəcək..." - Keçmiş nazir

Ekspert rəyi A- A A+

Hesab edirəm ki, Azərbaycan tərəfi bu hadisəyə səssiz qalmayacaq və Ermənistana layiqli cavab veriləcək.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov erməni snayperinin zabitimiz Aqil Omarovu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri zamanı şəhid etməsi haqda danışarkən deyib.

O bildirib ki, bu hadisə Ermənistan tərəfinin vəziyyəti gərginləşdirməyə çalışdığını bir daha gözlər önünə sərdi:

“Bu hadisəni siyasi qətl adlandırmaq lazımdır. Ermənistan tərəfi təxribat həyata keçirərək, Azərbaycan zabitini şəhid edib. Bu əməliyyatı həyata keçirmək üçün əmr yüksək yerdən verilməlidir. Hesab edirəm ki, bu əmri şəxsən Ermənistan rəhbərliyi verib. Onlar İrəvanda daxili siyasi vəziyyətin gərginliyini xaricə yönəltmək məqsədilə bu təxribatı həyata keçirdilər. Bu hadisənin ATƏT-in Minsk Qrupunun regiona səfəri zamanı baş verməsi təsadüfi deyil. Ermənistan tərəfi göstərmək istəyir ki, onlar bu danışıqları qəbul eləmir və bunu açıq şəkildə göstərirlər. Həmçinin Paşinyan bu təxribatla göstərməyə çalışır ki, o, Qarabağı Azərbaycana qaytarmaq niyyətində deyil. Biz Azərbaycan tərəfi olaraq ATƏT-in Minsk Qrupunu ədalətsizliyə son qoymağa, işğalçı Ermənistanı kəskin şəkildə qınamağa və ciddi addımlar atmağa çağırmalıyıq.

Hesab edirəm ki, bu məsələ ilə bağlı Minsk Qrupu çox ciddi tədbirlər görməlidir. Təkcə bəyanat vermək, tənqid etmək azdır. Aqil Omarovun şəhid edilməsi olduqca ciddi məsələdir. Azərbaycan tərəfi bu hadisəyə bu və ya digər şəkildə cavab verəcək. Ermənistan tərəfi elə hesab edir ki, biz onların belə xain əməllərini cavabsız qoyacağıq. Lakin həm İrəvan, həm də bu cinayətləri dəstəkləyənlər bilməlidir ki, Azərbaycanın cavabı sərt olacaq”.

Qeyd edək ki, mayın 30-da Ermənistanın Silahlı Qüvvələri bölmələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlundan şəhid olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...