“Əgər Türkiyə olmasaydı, Ermənistan Rusiyanın köməyi olmadan Azərbaycana tab gətirə bilərdi” - Xramçixin sayıqladı | Eurasia Diary - ednews.net

20 İyun, Cümə axşamı


“Əgər Türkiyə olmasaydı, Ermənistan Rusiyanın köməyi olmadan Azərbaycana tab gətirə bilərdi” - Xramçixin sayıqladı

Ekspert rəyi A- A A+
“Rusiyanın köməyi olmadan türk təhdidinə qarşı tab gətirmək barədə danışmağa dəyməz”.

Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekpert Aleksandr Xramçixin erməni KİV-lərinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə üçün yeganə xəyali düşmən Ermənistandır.

“Hər şey açıq-aydın ortadadır ki, onlar hərbi sahədə qarşılıqlı əməkdaşlıqlarını gücləndirirlər. Bəlkə bir gün səmərəli nəticə verəcək və ya konkret əməliyyata çevriləcək ümidi ilə öz münasinətlərini ciddi şəkildə möhkəmləndirirlər. 

Əgər təlimlər Azərbaycan-Türkiyə formatında keçirilirsə, o zaman hər şey açıq şəkildə ortadadır. Onlar üçün yeganə xəyali düşmən Ermənistandır. 

Hesab edirəm ki, ümumiyyətlə, bu, Ermənistan üçün əsas təhlükədir, çünki əgər Türkiyə olmasaydı, o zaman Ermənistan, hətta Rusiyanın köməyi olmadan da Azərbaycana tab gətirə bilərdi. Rusiyanın köməyi olmadan türk təhdidinə qarşı tab gətirmək haqqında danışmağa dəyməz. 

Buna görə də, Ermənistan üçün Türkiyə təhlükəsi Azərbaycandan daha vacibdir. Bu, mütləqdir. Burada hər şey çox mürəkkəbdir və bir-birindən asılıdır”, - deyə Xramçixin bildirib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...