"İndi bütün "tuzlar" Bakının əlindədir, amma Bakı onları..." Rus ekspert

Paşinyanın arxasında əsas təxribatçı dura bilər

Analitika 09:06 15.06.2019

Cəbhə xəttində ermənilərin Azərbaycana qarşı hərbi təcavüzü artır. İyunun 12-də Azərbaycan mətbuatında Azərbaycan ərazisinin minomyotlarla atəşə tutulmasına dair qeydlər yayılıb. Bir qədər əvvəl Ermənistan Müdafiə Naziri Tonoyan Azərbaycan əsgərini öldürən xüsusi təyinatlıları nümayişkəranə şəkildə təltif etdi. İyunun 13-də isə ölkəmizin Müdafiə Nazirliyi mövqelərimiz üzərindən uçan Azərbaycan hərbi təyyarələrinə raket hücumu olunması ilə bağlı video göstərdi. Ermənistana məxsus OSA zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlamışdı. Həmin gün axşam ermənilər Qarabağda erməni əsgərinin öldüyü barədə məlumat verdilər.

Xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində rus ekspert, "Avrasiya İdeyaları Emalatxanası" adlı elmi araşdırmaların dəstəklənməsi Fondunun Ekspert Şurasının sədri Qriqoriy Trofimçuk Eurasia Diary-nin suallarını cavablandırıb. O hesab edir ki, Azərbaycanın təcavüzkara qarşı "döyüşmək"dən savayı, ixtiyarında qeyri-hərbi təzyiq alətləri də qalıb.
 
- Sadalanan hadisələrdən də görünür ki, Qarabağda gərginlik OSA zenit-raket kompleksindən istifadə olunması ilə daha da artıb. Baş verən bu hadisələrin müharibəyə gətirib çıxaracaq addım olduğunu düşündünüzmü, yoxsa hədəfə dəyməyən 2 raketin buraxılması ermənilərin xəbərdarlığıdır?
 
- Pаşinyan hakimiyyətə gələndən açıq-aydın Azərbaycan tərəfi müharibəyə cəlb edilir. Bakı əvvəlki kimi danışıqlara hazırdır və həm xarici işlər nazirləri səviyyəsində müntəzəm görüşlər şəklində, həm də İlham Əliyevin Vyanada Nikol Paşinyanla ilk rəsmi görüşü ilə bunu əməli olaraq da göstərir. Axı Paşinyanın necə hakimiyyətə gəldiyini nəzərə alsaq, Azərbaycan bunu etməyə də bilərdi. Görünür, Ermənistanın baş naziri özü lap əvvəldən ölkəsinin daxili sosial-iqtisadi vəzifələrinə zərbə vursa belə, fəaliyyətinin əsas istiqaməti kimi Qarabağı seçib. O, Azərbaycanın qarşısında uzun sürən beynəlxalq danışıqlar prosesinin formatını məhv edən demək olar ki, qəbuledilməz sayılan bir sıra şərtlər ortaya qoydu. Paşinyanın elə təkcə dediyi "Mən ərazini sülhə dəyişmirəm" formulu kifayətdir. Hələ bura Ermənistan-Azərbaycan danışıqlar masasındakı müzakirələrə qondarma "Dağlıq Qarabağ" rejiminin nümayəndələrinin daxil edilməsi tələbi və s. də daxildir.
 
Beləliklə, əgər real vəziyyəti qiymətləndirəsi olsaq, belə nəticəyə gəlmək olar ki, Azərbaycana qarşı planlı şəkildə təxribat həyata keçirirlər. Azərbaycanı açıq şəkildə müharibəyə təşviq edirlər. Eyni zamanda, kənardan Nikol Paşinyanın arxasında durub ona bu cür və belə bir sxem əsasında hərəkət etməyi təklif edən birinin olmadığına dair heç bir zəmanət yoxdur.
 
Hər halda, müşahidəçilər, Qərbin İrana təzyiqi artırdığına görə, regional sabitliyə zərbə vuran bəlli bir istiqamət görürlər. ATƏT-in Minsk Qrupunun müşahidəçilərinin nə etdikləri aydın deyil. 2016-cı ilin yazında Vyana və Sankt-Peterburqda keçirilən zirvə görüşlərindən bu günə qədər həmin vaxt birinci olaraq kimin atəş açdığına dair suala cavab verilməyib. Buna görə də, Qarabağdakı təmas xəttində baş verənlər yeni müharibənin başlanğıcıdır, xüsusilə də, Azərbaycan 2016-cı ilin aprelindən başlayaraq üç il ərzində yenə aldadıldığını və heç kimin torpaqları ​​geri qaytarmayacağını anlayır.
 
İndi heç kimi ilk hücum edən və ya kimin atəş açdığı, kimin cavab verdiyi maraqlandırmır; Beynəlxalq müşahidəçilər isə görünür, dəyirmi masada bu sonsuz cavab zərbələrindən gizlənirlər. Və əgər rəsmi qiymətləndirmə yoxdursa, gec-tez vəziyyət yenidən nəzarətdən çıxacaq.
"Erməni xəbərdarlığı" haqqında danışarkən, nəzərə almaq lazımdır ki, xəbərdarlıq və sözdə təhdidlər varsa deməli, əsl müharibə hələ başlamayıb. Müharibə tərəflər öz hərəkətlərini şifrələdikdə başlayır. Ancaq hələ ki, onlarla və yüzlərlə ölümə səbəb olmayan yüngül nümayişkarənə zərbələrlə dəstəklənən söz davası gedir.
 
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycanın hüquqi əsasları nədən ibarətdir?
 
- Kənardan müşahidəçi kimi, mən bu sualı sadə və obrazlı şəkildə cavablandırıram: Qarabağın 30 min il əvvəl kimə məxsus olduğunun əhəmiyyəti yoxdur; vacib olanı onun indi kimə aid olduğudur və bununla bağlı nə etmək olar? Həm Ermənistan, həm də Azərbaycan bu ərazinin tarixi mənsubiyyətinə görə əsaslandırmalarını gətirirlər, amma bu sübutlar ermənilərin və azərbaycanlıların özləri istisna olmaqla, heç kimə təsir göstərmir. İki hüquqşünasın olduğu yerdə - müharibə var. İki tarixçinin olduğu yerdə də müharibə var. Razılaşmaq lazımdır ki, Sovet İttifaqı dağılıbsa, onun bütün tərkib hissələri, bütün mərtəbələri də dağılır. "Göydələn" bütünlüklə, tamamilə uçur və onu ardıcıl şəkildə yığmaq mümkün olmur. Bu bir həqiqətdir. Hüquqi sahədə heç kim heç kimə nəyisə sübuta yetirə bilməz. Buna görə də, əgər belə bir vəziyyətdə kimsə bütün gücünü və imkanlarını diqqətlə ölçərək mübarizə aparmaq istəyirsə bu onun öz işidir.
 
- Rəsmi Bakı bu vəziyyətdə nə etməlidir?
 
- Bakı bu vəziyyətdə əvvəl də qeyd etdiyim kimi, münaqişənin sülh yolu ilə həllini nümayiş etdirərək maksimum dərəcədə mümkün olanı edir. Bundan başqa, bütün beynəlxalq normalara görə, Qarabağ torpağı ona qaytarılmalıdır. Ancaq indiki vəziyyətdə, Azərbaycan Nikol Paşinyanın danışıqlar prosesinin əsas prinsiplərini açıq şəkildə pozması ilə bağlı hərbi olmayan alətlərdən istifadə edə bilər.
 
İndi bütün "tuzlar" Bakının əlindədir. O hər yerdə və hər kəsə müraciət edə bilər. Amma Bakı onları istifadə etmir və bu qəribə taktikanı anlamıram. Axı bu güzəştli dövr, Azərbaycan üçün, əbədi davam edə bilməz, onu yenidən müharibə aparmağa məcbur edəcəklər.
 
- Rəsmi Моskvanın mövqeyini necə qiymətləndirirsiniz?
 
- Moskvanın mövqeyi dəyişməzdir: münaqişənin sülh yolu ilə, siyasi vasitələrlə, diplomatik və danışıqlar yolu ilə həll edilməsi. Yeri gəlmişkən, unutmamalıyıq ki, Moskva və Rusiya prezidenti Vladimir Putin sayəsində 2016-cı ilin "aprel" müharibəsi dayandırılmışdı. Ancaq artıq üç il keçib. Əsas problemlərdən biri də mənə elə gəlir ki, Yerevanda Serj Sarkisyanın yerinə birdən-birə (vurğulayıram: birdən-birə), Nikol Paşinyanın keçməsi və KTMT ilə bağlı yaranmış durumdur.
 
Eyni zamanda diqqətini Qarabağ prosesi çərçivəsində də bəzən Moskva və Bakının mövqeyi ilə üst-üstə düşməyən problemlərinin həllinə yönəltməsidir.
 
Kamal Ali

 

Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO

Xəbər xətti

Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
Hamısı