“Türkiyədə yeni dönəm başlayır" Politoloqlar seçki nəticələrindən razıdır

Analitika 09:51 24.06.2019

Təkrar səsvermənin keçirilməsi və Əkrəm İmamoğlunun 800 min fərqlə yenidən qalib gəlməsi əslində gözlənilən idi. Hakim partiyanın qərarı və strategiyası ilə bu seçim təkrarlandı. 31 martda 13 min səslə İmamoğlu qalib gəlmişdi, təkrar seçkiyə ehtiyac yox idi. Bundan sonra Türkiyədə heç nə əvvəlki kimi olmayacaq.

Eurasia Diary-nin verdiyi xəbərə görə, bu fikirləri APA-nın Türkiyə bürosuna açıqlamasında politoloq, “Şahlanış Hərəkatı”nın rəhbəri Murad Altın bildirib.

23 iyun İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi vəzifəsinə təkrar seçkinin keçirilməsini dəyərləndirən politoloqun fikrincə, ilkin nəticələr əsasında CHP-nin namizədi Əkrəm İmamoğlunun qələbə qazanmasının səbəblərindən biri kimi onun yumşaq davranışlarıyla yanaşı, son bir həftədə siyasi arenada gözlənilməyən hadisələrin baş verməsi də rol oynayıb: “Çox açıq ifadə etmək lazımdır ki, terrorçuların başçısı Abdullah Öcalanın məktubunun yayılması, Ordu valisinin iqtidar tərəfindən müdafiəsi və bəzi xoşagəlməzliklər vəziyyəti dəyişdirdi. İstanbula və Türkiyəmizə xeyirli olsun”.

Murad Altın

Milliyyətçi Hərəkat Partiyasının 21-ci dönəm millət vəkili olan Nail Çələbinin fikrincə, 23 iyun 2019-cu il seçkilərinin nəticələri iqtidar tərəfindən gözlənilən olmasa da, buraxılmış səhvlərin fonunda indiki nəticə ehtimal olunurdu: “Çünki YSK 31 mart seçkilərinin nəticələrini etirazla ləğv etməklə seçicinin iradəsi əleyhinə çıxdı. Bununla da seçkidən qələbəylə çıxan tərəf  zərərçəkmiş kimi xalqın gözündə ucaldı. Nəzərə alınmadı ki, xalqımız hər zaman çarəsiz vəziyyətdə qalanın tərəfində olur. Bu ölkə üçün zərərli qüvvə olan Apodan mədət umulması isə vəziyyəti daha da mürəkkəbləşdirdi”.

Nail Çələbi

Nail Çələbi bundan sonra Türkiyədə nələrin olması arzusunu da ifadə edib: “Əsas olan qruplaşmanın yaradılmaması idi. Hədəf İstanbula xidmət olmalıdır. Bundan başqa ölkəmizdə baş verən problemləri qısa müddətə aradan qaldırmaq üçün hakimiyyət siyasi partiyalarla əlaqələri və prezidentin ətrafındakı kadr heyətini yenidən gözdən keçirməlidir. İşszilik, ölkəyə sərmayələr cəlb etmək uğrunda təcili işlər görülməlidir.   Güman edirik ki, hörmətli prezidentimizin də, hörmətli Binəli Yıdlrımın da təbriki səmimidir. Amma YSK-nın son qərarını açıqlaması da önəmlidir”.

İç Anadolu Birliyinin (İÇAN) rəhbəri İsmət Taş bildirib ki, bu seçkidə qazanan tərəf xalqdır. İÇAN rəhbərinin dediklərinə görə, Türkiyə bu seçkidən də üzüağ çıxıb: “O partiya, ya bu partiyanın qazanması önəmli deyil, millət qazanıb, demokratiya qazanıb. Özəlliklə seçki hazırlıqlarının mükəmməl bir şəraitdə keçirilməsi çox önəmlidir. Türkiyə baxımından sevindiricidir. Millətin iradəsi seçki qutusunda özünü büruzə verdi.  Hər kəs demək olar ki, seçki qutularından çıxan nəticələrlə razıdır”.

İsmət Taş

İsmət Taş hesab edir ki, Ə.İmamoğlunun qələbəsi Türkiyənin daxili və xarici siyasətinə mənfi təsir etməyəcək: “İstər S-400-lərlə bağlı qərarvermə, istər PKK əleyhinə aparılan mübarizə, istərsə də Şərqi Aralıq dənizi ilə bağlı siyasi mövqemizin dəyişməyəcəyini güman edirəm. Xalq seçim stresini üzərindən atıb rahat nəfəs almaq istəyir”.

Türkiyənin on illərdir coğrafi və buna bağlı olaraq qlobal problemlərlə üz-üzə olduğunu düşünən beynəlxalq  məsələlər üzrə ekspert Mehmet Çağatay Abuşoğlunun fikrincə, ölkəsinin Avropa, Asiya, Orta Şərq, Şərqi Aralıq dənizi məsələlərində mübahisə və münaqişə predmetinə çevrilməsi cəhdləri davam etməkdədir. Ekspertin fikrincə, xüsusilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və prezident Rəcəb Tayyib Ərdoğanın çox dövlətlər arasında nüfuzunun olması və müsəlman toplumlara müsbət təsiri qərbliləri narahat edir: “Türkiyədə Ərdoğan hakimiyyətinin mütləq hakim olduğu və seçkilərin də obyektiv olmaması kimi qeyri-əxlaqi, həqiqətə uyğun olmayan ittihamlar beynəlxalq aləmdə məqsədli şəkildə çox yayılmaqdadır. Ancaq İstanbul seçimləri bu ədalətsiz ittihamları alt-üst etdi. Türk millətinin İstanbuldakı səsverməsi bundan bir il öncə 24 iyunda keçirilən prezident seçkilərində olduğu kimi obyektivdir”.

Mehmet Çağatay

AKP-nin seçki məğlubiyyətini isə ekspert belə dəyərləndirib: “Taktiki xətalara yol verilməsi seçki məğlubiyyətinə səbəb oldu, bununla yanaşı qarşı tərəfin düzgün taktika yürütməsinin nəticələrə bu şəkildə təsir etməsinə də şərait yarandı. Burada mühüm olan Türkiyənin suverenlik riskini aradan qaldırması və konstitusiya, hüquqi normaları qoruduğunu dünyaya sübut etmiş olmasıdır”.

“Gazete 2023”-ün rəhbəri Müjdat Öztürkün fikrincə isə, 31 mart seçkilərində Ə.İmamoğlu qazandığı halda, mandatının əlindən alınmasını “İstanbul əhalisi qəbul etməyib”: “İmamoğlu sadəcə İstanbulda deyil, 39 rayonun 28-də də yüksək nəticə əldə edib. Amma tək AKP deyil, CHP üçün də görüləcək işlər çoxdur. Bu nəticələr Türkiyə üçün yeni səhifələr açacaq”.

Müjdat Öztürk

Siyasi yazar İsmayıl Təkpınar isə nəticələri sürpriz hesab etməyib. Bildirib ki, nəticələr millətin iradəsinin bu istiqamətə yönəldiyini sübut edir. İsmayıl Təkpınarın fikrincə, AKP özünü xüsusilə gənc seçicilərinə anlada bilməyib: “Artıq sağçı ve solçu ideoloji anlayışların bitdiyini gördük bu seçimdə. Təkrar seçkini Ə.İmamoğlu qazandı, İstanbul, Türkiyə qalib gəldi. Seçki qanunsuzluqlarına yol verənlərə İstanbul seçkiləri lazım olanı anlatdı”.

İsmayıl Təkpınar

Sevil Ünal Hilalqızı

 

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Hamısı