Ermənistan blokadaya düşə bilər Azərbaycan üçün qaçınılmaz fürsət

Analitika 14:16 25.06.2019

Son günlər regionda baş verən proseslər bədxah qonşumuz olan Ermənistan ictimaiyyətində ciddi panika yaradıb. Ermənistanla həmsərhəd ölkələr olan Gürcüstanın Rusiyayla, İranın isə ABŞ-la münasibətlərinin kəskinləşməsi Ermənistan siyasi dairələrində “blokada xofu” yaradıb.

Belə ki, ötən günlərdə Qondarma Dağlıq Qarabağ respublikasının sabiq daxili işlər naziri Armen Melikyanda bununla bağlı bir açıqlama verib. O, verdiyi açıqlamada İran və Gürcüstanda baş verənlərin Ermənistanın blokadaya düşməsi ilə nəticələnə biləcəyini qeyd edib.

Nəzərə alsaq ki, Ermənistanın həmsərhəd olduğu digər iki dövlət ərazilərini işğal etdiyi Azərbaycan və heç bir diplomatik münasibət qurmadığı Türkiyədir, onda bu qorxunun səbəbini daha aydın başa düşə bilərik.

 

Bəs Rusiya-Gürcüstan, İran-ABŞ münasibətlərinin kəskinləşməsi hər iki dövlətlə qonşu olan Ermənistanın siyasi və iqtisadi durumuna necə təsir edəcək?

Məlumdur ki, İyunun 20-də Tbilisidə 26-cı Parlamentlərarası Pravoslav Assambleyasının toplantısı keçirilib. Gürcüstan ərazisinin işğalında iştirak etməsi ehtimal edilən Qurumun sədri, Rusiya Dövlət Dumasının üzvü Sergey Qavrilovun parlament sədrinin kreslosunda oturması və oradan nitq söyləməsi qonşu ölkədə etiraz aksiyasının başlamasına səbəb oldu. Etirazçıların spikerin və DİN rəhbərinin istefası şüarları ilə parlament binasına girmək cəhdinin rezin güllə və sair vasitələrlə polis tərəfindən qarşısının alınması yüzlərlə insanın saxlanılması və xəsarət alması ilə yekunlaşdı. İnsidentin ardından parlamentin spikeri İrakli Kobaxidzeistefa verdi, ölkə başçısı isə öz “Facebook” səhifəsində Rusiyanı "düşmən" və "işğalçı" adlandırdı. Bundan sonra Rusiya prezidenti Vladimir Putin iyulun 8-dən Gürcüstanla sərnişin avia daşınmalarının müvəqqəti qadağan edilməsi haqqında fərman imzaladı. Rusiyanın Nəqliyyat Nazirliyi 8 iyuldan Gürcüstan avia şirkətlərinin də Rusiya ərazisinə uçuşlarının dayandırılacağını elan edərək bunu lazımi təhlükəsizlik səviyyəsinin təmin olunmasının gərəkli olması və vaxtı keçmiş borcun mövcudluğu ilə əlaqələndirdi. Qeyd edək ki, Gürcüstanla Rusiya arasında münasibətlərin daha da gərginləşməsi və iqtisadi və diplomatik əlaqələrin dayandırılması da Gürcüstan parlamentində ciddi müzakirə olunan mövzulardan biridir.

 

ABŞ və İran arasında isə son günlər artan gərginlik, ABŞ-ın Körfəzə hərbi donanma göndərməsi, Körfəzdən keçən tankerlərə İran tərəfindən atəş açılması və son olaraq bu gün İranla ABŞ arasında diplomatik münasibətlərin dayandırılması iki dövlət arasında hər an genişmiqyaslı münaqişənin baş verə bilcəyi riskini özündə ehtiva edir.

Ermənistan üçün hazırda əsas “nəfəs karidoru” İran və Gürcüstandır. Ermənistan regionun ən az turist cəlb edən ölkəsidir və bu turistlərin 20%-i Rusiyadan, 14%-i isə İrandan gəlir. Hazırda İran turistləri və iş adamları Ermənistan bazarlarını canlandıran əsas lokomotivdir. İran həm də Ermənistanın ən çox məhsul idxal etdiyi 5 dövlətdən biridir. İrandan Ermənistana çəkilən qaz kəməri, regional elektrik qovşağı və dəmiryolları layihələri də iki dövlət arasında iqtisadi əlaqələrin gələcək perspektivklərindən xəbər verir. Lakin İranın ABŞ-la münasibətlərinin daha da kəskinləşməsi, ABŞ-ın ona qarşı sanksiyalara start verməsi bu ölkənin iqtisadiyyatında ciddi böhran yaratdı. İranın iqtisadi durumunun ağırlaşması da təbii ki, Ermənistanla olan ticarət dövriyyəsinin aşağı düşməsinə və turist axınının azalmasına gətirib çıxarır. ABŞ-la hərbi münaqişənin yaşanması ehtimalında isə İranın qapıları Ermənistanın üzünə bağlanacaq, desək yəqin ki, yanılmarıq. ABŞ-la müharibə aparan İran Ermənistanın nəinki iqtisadi partnyoru ola bilməyəcək, eyni zamanda, qonşuluğundakı Azərbaycan müqabilində Ermənistanla əməkdaşlıqdan çəkinəcək. Buna səbəb Azərbaycanın İsraillə olan müttəfiqliyidir ki, əgər İran ABŞ-la münaqişəyə başlasa ilk görəcəyi iş, Azərbaycanın neytrallığını təmin etməkdir. Azərbaycan isə həmişə neytral pozisiyadadır, təki, İran Qarabağ münaqişəsində tərəf tutmasın və neytral qalsın. Hazırda İran iqtisadi və siyasi cəhətdən blokakadır və özünə nəfəs koridoru axtarır. İranın regionda ən perspektivli iqtisadi əməkdaşı isə təbii ki, neft və qaz ölkəsi Azərbaycandır. Ona görə də ABŞ-la münaqişə baş verməsə belə, yaxın zamanlarda İranla Azərbaycan münasibətlərində yaxınlaşma başlaya və Ermənistanın blokadası daha da genişlənə bilər.

ruhani əliyev ile ilgili görsel sonucu

 

Rusiya və Gürcüstan arasında baş tutan krisiz də Ermənistanın iqtisadi və siyasi durumuna öz mənfi təsirini göstərəcək. Belə ki, Ermənistan  həm siyasi, həm də iqtisadi cəhətdən Rusiyadan asılılığı olan bir ölkədir. Ermənistanın ən çox məhsul ixrac etdiyi (25%) və ən çox məhsul idxal etdiyi (30%) dövlət Rrusiyadır, Ermənistana ən çox turist də bu ölkədən gəlir. Rusiya və Gürcüstan arasında problemlərin daha da dərinləşməsi halında Gürcüstan rus mallarının öz ölkəsindən keçib Ermənistana getməsinə (və ya əksinə) imkan verəcəkmi?

 

Qeyd etmək lazımdır ki, Rusiya ilə yaşanan son qalmaqal Gürcüstanın siyasi elitasında və gürcü ictimaiyyətində bir daha gürcü xalqının əsas dostunun Azərbaycanın olması fikrini yaradıb. Gürcü həmkarımız Tengiz Ablotiya qeyd edir ki, “İvanaşvilinin hakimiyyətdə olduğu illərdə Gürcüstanda belə bir fikir meydana gəlmişdi ki, Rusiya ilə ticarəti davam etdirmək lazımdır və Rusiyanı itirmək Gürcüstanın maraqlarına ziddir. Bu minvalla da hökümət Rusiya ilə iqtisadi əlaqələri genişləndirdi. Lakin son hadisələr bizə bir daha göstərdi ki, Gürcüstanın ərazi bütövlüyü təmin edilmədən Rusiya ilə iqtisadi əlaqələri sadəcə ölkənin Rusiyadan iqtisadi asılılığını artırmağa istiqamətlənir və Rusiya heç də etibarlı əməkdaş deyil. Bu vəziyyətdə Gürcüstanın əsas müttəfiqi yenə və yenidən Azərbaycan olmağa davam edəcəkdir”.

zurabişvili əliyev ile ilgili görsel sonucu

 

Həmkarımızın da açıqlamasında qeyd etdiyi kimi, Rusiya ilə son baş verən problemlər və Rusiya aviaşirkətlərinin Tiflisə uçuşlarını dayandırması, son dövürlər o qədər də ürəkaçan olmayan Azərbaycan-Gürcüstan münasibətləri üçün bir dönüş effekti yaradacaq. Gürcüstan Rusiyadan iqtsiadi asılılığı aradan qaldırmaq üçün yenidən Azərbaycan investisiyasına ehtiyac duyur. Beləliklə, Gürcüstanın Azərbaycanla münasibətlərinin daha da güclənməsi Ermənistanın blokadasına da öz töhvəsini verəcək. Bu ehtimalda Gürcüstan nəinki rus mallarını Ermənistana buraxmayacaq, Ermənistanla ticarət dövriyyəsini daha da aşağı endirəcək. Qeyd edək ki, Gürcüstan olmadan Ermənistanın Rusiyaya quru yoluyla birbaşa ticarəti mümkün deyil.

 

Beləliklə, regionda baş verən hadisələr bizə onu deməyə əsas verir ki, yaxın gələcəkdə Ermənistan üçün yeni siyasi və iqtisadi blokada dövrünün başlanması ehtimalı böyükdür. Çünki Ermənistanla həmsərhəd dövlətlərin bu gün Azərbaycana ehtiyacı həmişəkindən daha artıqdır. Həmçinin Ermənistanın Gürcüstan və Rusiyadan mal ixrac edilə bilməməsi ölkə iqtisadiyyatında ciddi məhsul qıtlığı yarada bilər. Uzun sözün qısası, geosiyasi vəziyyət xeyrimizədir və Azərbaycan hazırkı vəziyyətdə Qarabağ konfliktini yerli-dibli həll edə bilmə iqtidarındadır, bunun üçün bircə şey çatışmır, o da “BAŞLAMAQ”...

 

Nicat İsmayılov

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
Hamısı