Geosiyasi durum Azərbaycanın xeyrinə dəyişir? Millət vəkillərindən açıqlamalar

Analitika 16:48 29.06.2019

Son zamanlar regionda baş verənlər Azərbaycanın geosiyasi durumuna təsirsiz ötüşməyib. Azərbaycan ümumilikdə regional müttəfiqlik əlaqələrinə ciddi önəm verən, həmçinin regiondakı dövlətlərlə sıx əməkdaşlıq münasibətləri quran bir dövlətdir. Lakin son zamanlar Azərbaycanın sərhəd qonşuları Gürcüstan və İranda baş verən siyasi hadisələr səngimək bilmir. İran və ABŞ müharibənin astanasında olduğu bir vaxtda, Gürcüstanın Rusiya ilə münasibətləri də getdikcə kəskinləşir. Millət vəkilləri Aydın Mirzəzadə və Əflatun Amaşov mövcud geosiyasi situasiya və bunun Azərbaycana təsirini Eurasia Diary üçün dəyərləndirib.

aydın mirzəzadə ile ilgili görsel sonucu

 

Millət vəkili Aydın Mirzəzadə regionda ciddi bir hərbi münaqişənin başlamasını gözləmir. Millət vəkilinin sözlərinə görə, ABŞ və İran arasındakı münasibətlər artıq 40 ilə yaxındır ki, gərginliklər və yumuşalmalarla müşahidə edilir. Bu illər ərzində iki dövlət arasında dəfələrlə siyasi krizislər yaşansa da, heç bir ciddi hərbi münaqişə baş verməyib. Bu nöqteyi-nəzərdən, mən İranla ABŞ arasında hərbi münaqişənin başlaya biləcəyinə ehtimal vermirəm. İran regionda kifayət qədər gücünü isbat etmiş və min ildən çox yaşı olan bir dövlətdir. Ona görə də, belə bir dövləti xırda siyasi oyunlar, hədələr və daxili çaxnaşmalar yaratmaqla yıxmaq məncə mümkün deyil.

Ermənistan-Rusiya münasibətlərinə də toxunan millət vəkili qeyd edib ki, “Son günlərdə Koçaryanın yenidən həbs edilməsi tərəflər arasında münasibətləri gərginləşdirə bilər, lakin bu gərginlik nisbi xarakter daşıyır. Mahiyyət üzrə Ermənistanın hazırkı rəhbərliyi Moskvanın maraqlarına zidd heç bir addım atmır. Koçaryanın həbsinə gəlincə, belə hesab edirəm ki, Paşinyan onunla “siçan-pişik oyunu” oynayır. Pişik siçanın quyruğundan yaxalayır, sonra onu buraxır, siçan qaçmaq istəyəndə yenidən özünü pişiyin caynağının arasında tapır. Görünür, Paşinyan Koçaryandan keçmişin inqtiqamını almağa çalışır.”

Aydın Mirzəzadə Qarabağ probleminin həlli yolları barədə öz fikirlərini izah edərkən bildirib ki, hazırkı situasiyada Qarabağ probleminin həlli nə hərbi, nə də diplomatik yolla deyil, ancaq iqtisadi üsullarla mümkündür. Hazırda Azərbaycan Ermənistanı bütün regional layihələrdən kənarlaşdırıb, Qarabağın işğal altında olan ərazilərində isə yaşayan ermənilərin sosial-iqtisadi vəziyyəti olduqca ağırdır. Belə hesab edirəm ki, Azərbaycan Ermənistana qarşı iqtisadi blokada siyasətini davam etdirməlidir. Belə olduqda ermənilər Qarabağı heç cür əllərində saxlaya bilməyəcəklər.

 

Millət vəkili Əflatun Amaşov isə bildirib ki, regionda baş verənlər Azərbaycanın bir regional lider kimi əhəmiyyətini daha da artırıb. Əflatun Amaşov Azərbaycanın ABŞ-İran münaqişəsindəki mövqeyini izah edərkən bildirib ki, “Azərbaycan əməkdaşlıq etdiyi dövlətlərlə xüsusi münasibətlər quran və hər dövlətə dair ayrı siyasi xəttə sahib olan bir dövlətdir. Azərbaycanın İran siyasəti tam ayrıdır, ABŞ siyasəti isə tam ayrı. İllərdir ABŞ-la İran arasındakı gərginlik davam edir. Lakin bütün bu illər ərzində Azərbaycan hər iki dövlətlə sıx əməkdaşlıq edə bilməyi bacarıb. Bundan sonra da bacaracaqdır. Azərbaycan xüsusən üçbucaq formada üçlü ittifaqlar qurmaqla regional və beynəlxalq müstəvidə əməkdaşlığını daha da gücləndirir. Məsələn, Azərbaycan-İran-Rusiya, Azərbaycan-Pakistan-Türkiyə və s. Azərbaycan müttəfiq olduğu və ya əməkdaşlıq etdiyi respublikaları bir-birindən fərqləndirmir, onları müqayisə etmir. Hər dövlətlə maraqlar əsasında əməkdaşlıq edir. Bütün bunlar Ulu Öndər Heydər Əliyev dövründən tətbiq edilən balanslaşdırma strategiyasının uğurlu tərəfləridir.

Ä°lgili resim

Gürcüstanda baş verənlər və Gürcüstan-Rusiya münasibətləri barədə isə millət vəkili qeyd edib ki, Gürcüstanla Rusiya arasında münasibətlərin daha da kəskinləşəcəyini gözləmirəm. Növbəti aya qədər böyük ehtimalla hadisələr səngiyəcək. Eyni zamanda, hökümətin yaxın zamanlarda devriləcəyi ilə bağlı fikirlərə də qatılmıram. Gürcüstan demokratik dövlətdir və seçki ilə hakimiyyətə gələn qüvvələr, yenə seçki ilə hakimiyyətdən yola salınırlar. Azərbaycanın mövqeyinə gəldikdə isə, Gürcüstan onun üçün dost və əməkdaş dövlət, strateji müttəfiqdir. Azərbaycan heç bir zaman Gürcüstana öz yardımlarını əsirgəməmişdir. Azərbaycan Gürcüstanın daxili işlərinə qarışmamaqla birlikdə, bu ölkədə siyasi sabitliyin və milli maraqların təmin edilməsinin tərəfdardır.”

Millət vəkili həmçinin Gürcüstanla Rusiya arasında münasibətlərin kəskinləşməsi halında Ermənistanın nisbi blokada vəziyyətinə düşə biləcəyini istisna etməyib.

 

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Ermənistan DİN minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar yolunu bağlayıb
11:31 23.04.2024
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Hamısı