Aralıq dənizində təbii qaz aşkarlandı - "Türkiyə istəyinə nail oldu" | Eurasia Diary - ednews.net

15 Oktyabr, Çərşənbə axşamı


Aralıq dənizində təbii qaz aşkarlandı - "Türkiyə istəyinə nail oldu"

Ekspert rəyi A- A A+

Türkiyə sonunda istəyinə nail oldu. Bu gün edilən açıqlamada Türkiyənin Kipr adası ətrafında təbii enerji axtarışı aparan "Fatih" gəmisinin təbbi qaz rezervi aşkarladığı qeyd olunub.

Verilən məlumata görə, aşkarlanan təbii qaz rezervi təxminən 170 milyard kubmetrdir.

Türkiyə bütün təzyiqlərə baxmayaraq, istəyinə nail oldu. Bu sıradan bir hadisə deyil.

Birincisi, axtarışların nəticə verməsi Aralıq dənizində Türkiyənin fəaliyyətini daha da artıracaq. Türkiyə uzun illərdir bu regionda təbii enerji axtarışları aparır, lakin elə də effektiv bir nəticə əldə edə bilməmişdi. Ancaq vəziyyət artıq dəyişib. Türkiyə artıq Aralıq dənizindəki axtarışlarının nəticəsiz olmadığını anladı və fəaliyyətlər bu istiqamətdə daha da inkişaf edəcək.

İkincisi, xəbər artıq yunan, qərb və rus mətbuatında geniş əks-səda doğurub. Xüsusilə, Türkiyənin Aralıq dənizində aşkar etdiyi təbii qaz ehtiyatları ilk növbədə son zamanlar hər sahədə geniş əməkdaşlıq etdiyi Rusiyanın diqqətini cəlb edəcək. Nəzərə alsaq Rusiya bu sahədə daha təcrübəli bir ölkədir və Türkiyəylə son zamanlar yaxınlaşıb deyə bu sahədə onlar arasında birgə fəaliyyəti görə bilərik.

Üçüncüsü, regionun təhlükəsizliyi baxımından, Türkiyə Aralıq dənizi donanmasının tərkibini artıra bilər. Aydın məsələdir ki, Yaxın Şərq regionu üçün neft və qaz bəladan başqa bir şey gətirmədi. Lakin Türkiyə sadə bir Yaxın Şərq ölkəsi deyil. Regionda öz təhlükəsizliyi və milli maraqları çərçivəsində Aralıq dənizindəki donanmasını daha da gücləndirmək məqsədilə əsaslı addımlar ata bilər.

Dördüncüsü, Türkiyə yunan tərəfinin dediyinin əksinə yunanlarla ada ətrafı geniş bir axtarış üçün əməkdaşlıq aparmağa hazırdır. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Yunan tərəfi əməkdaşlıq etməkdən boyun qaçırdığı müddətdə Türkiyə daha da əsaslı adımlar atacaq" ifadəsi əslində Türkiyə tərəfinin yunan tərəfilə əməkdaşlığa hazır olduğunu bir daha göstərir.

Beşinci amil isə Şimali Kipr Türk Cumhuriyyətidir ki, məsələylə bağlı açıqlama verən prezident köməkçisi və xarici işlər nazir Kudret Özersay "Türkiyənin bütün Kipr ətrafında enerji axtarışları aparılmaması üçün heç bir səbəb yoxdur", ifadəsi Şimali Kiprin də bu məsələdə maraqlı olduğunu bir daha göstərir.

Düşünürəm, gələcək günlərdə Türkiyə ada ətrafında fəaliyyətlərini daha da genişləndirəcək və hətta adanın quru səthində də araşdırmalara başlaya bilər.

Türkiyə istəyinə nail oldu

Turan Rzayev 
"Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...