“Bu müsabiqə “dostluqbazlığı”, “qohumbazlığı” aradan qaldırdı” Nazirliyin uğurlu MİQ strategiyası

Analitika 15:00 20.07.2019

İyulun 8-dən etibarən,  müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Xatırladaq ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən, dövlət nümunəli təhsil sənədi (diplom) alan və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınan Azərbaycanın vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilən şəxslər iştirak edə bilərlər.

Dövlət ümumi təhsil müəssisələrində 10 il təcrübəsi olan 3 ildən az müddətə işdən uzaqlaşan şəxslər müsabiqənin test imtahanı mərhələsindən azaddırlar.

Bəzən sosial şəbəkələrdə MİQ müsabiqəsiylə bağlı müəllim  namizədlərin birmənalı səslənməyən fikirlərinin şahidi oluruq. Maraqlısı odur ki, müsabiqənin test mərhələsində az bal toplayan müəllim namizədlər sosial şəbəkələrdə imtahanda salınan sualların çətinliyindən şikayətlənirlər.  Amma  kifayət qədər yüksək nəticə göstərən müəllim namizədləri test mərhələsində salınan sualların dəhşətli səviyyədə çətin olmamasını da bildirirlər.

Onu da nəzərinizə çatdıraq ki, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva da Təhsil TV-nin  “Təməl” verilişində hər il imtahana salınan sualların  yeniləndiyini bildirib.

Nazir müavini həmçinin, ötən illərdə olduğu kimi bu il də test bankının  təkmilləşdirildiyini qeyd edib. Onu da bildirək ki, bu il də MİQ müsabiqəsinin test mərhələsindən kifayət qədər yüksək nəticə göstərən müəllimlər var. Beləliklə, edilən müşahidələrdən aydın görünür ki, test mərhələsində salınan sualları şagird qarşısında elm, bilik öyrədəcək savadlı müəllimlər asanlıqla cavablaya bilərlər.

Ümumiyyətlə, müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə həyata keçirilməsi namizədlər arasında sağlam rəqabəti artırdı. Sosial şəbəkələrdə də edilən müşahidələrdən aydın görünür ki, MİQ müsabiqəsi tam şəkildə obyektiv keçirilir. Beləliklə, layiq olan müəllim namizəd işə qəbul olunur.

“MİQ müsabiqəsi “dostluqbazlığı”, “qohumbazlığı” aradan qaldırdı”.

Bu sözləri AzEdu.az-a təhsil eksperti Məlahət Mürşüdlü  deyib. O, bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində də müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir:

“MİQ müsabiqəsinin keçirilməsi müəllimlərin işə qəbulu prosesində bir çox qüsur və çatışmazlıqları aradan qaldırdı. Əvvəla təhsili olmayan diplomsuz müəllimlərin məktəblərə işə qəbulu baş tutmadı. Həmçinin, universitet bitirmiş müəllimlər öz haqqını qazanaraq şəffaf üsulla işə qəbulu həyata keçirilir.

Onu da bildirim ki, MİQ müsabiqəsi  “dostluqbazlığı”, “qohumbazlığı” aradan qaldırdı. Elə buna görə də MİQ  müsabiqəsi hər il davam etdirilməlidir. Dünyanın inkişaf etmiş ölkələrində də müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Həmçinin, qardaş ölkə olan  Türkiyədə də müəllimlərin işə qəbulu prosesi müsabiqə əsasında həyata keçirildiyinin şahidi oluruq. Düşünürəm ki,  bizdə də bu prosesin tətbiqi neqativ halları aradan qaldırıb”.

Təhsil eksperti Məlahət Mürşüdlü vurğulayıb ki, MİQ müsabiqəsi sadələşdirilməlidir:

“Bəzən müəllimlər test mərhələsindən yüksək nəticə əldə edirlər. Ancaq müsahibə mərhələsində əhəmiyyət kəsb etməyən suala cavab tapa bilmədikləri üçün uğurla keçə bilmirlər. Elə buna görə də MİQ müsabiqəsinin müsahibə mərhələsini artıq hesab edirəm. Düşünürəm ki, qiymətləndirmənin təkmilləşdirməsinə ehtiyac var.

Ümumiyyətlə, MİQ müsabiqəsinin keçirilməsi çox təqdirəlayiqdir. Çünki MİQ müsabiqəsindən uğurla keçən namizədlər əldə etdikləri nəticələrə görə, məktəblərdə müəllim olaraq fəaliyyət göstərirlər.  Həmçinin, MİQ müsabiqəsi şəffaf olaraq keçirildiyi üçün hər kəs öz biliyinə görə nəticə əldə edir. Amma düşünürəm ki, MİQ müsabiqəsinin müəyyən mərhələləri rayonlarımızda da keçirilsə yaxşı olardı. Çünki rayonlarda yaşayan müəllim namizədləri Bakıya gəlib, imtahan vermələri çətindir. Bəzi rayonlarda yaşayan müəllim namizədlərin Bakıda qalmağa evi və ya qohumu olmadığı üçün çox çətinlik çəkirlər. Düşünürəm ki, MİQ müsabiqəsi Gəncə, Mingəçevir kimi böyük şəhərlərimizdə də keçirilsə yaxşı olar. MİQ müsabiqəsiylə bağlı sınaq imtahanın rayonlarımızda keçirilməsini dəqiq bilmirəm. Amma sınaq imtahanların rayonlarımızda da keçirilərsə çox gözəl addım olardı.Beləliklə, müəllim olmaq istəyənlər namizədlər Bakıya gəlmədən öz biliklərini sınamalı olarlar”.

 Təlimçi Günel Əliyeva da MİQ müsabiqəsi ilə bağlı fikirlərini bölüşüb. O, bildirib ki, MİQ müsabiqəsi müəllim namizədləri arasında sağlam rəqabəti yaratdı:

“MİQ müsabiqələrinin keçirilməsi müəllim olmaq istəyən namizədlər üçün böyük stimul oldu. Çünki imtahana hazırlıq prosesində müəllimlər biliklərini daha da təkmilləşdirir, minlərlə test nümunələri üzərində işləyirlər.

MİQ müsabiqəsi bir çox qüsur və çatışmazlıqları aradan qaldırıb. Əvvəla MİQ müsabiqəsi müəllim olmaq istəyən namizədlərdə stimul, ruh yüksəkliyi yaratdı. Həmçinin, imtahanla işə qəbul olmaq şəffaflığı artıraraq, müəllimləri daha dərin testlər işləməyə sövq edib. Onu da bildirim ki, MİQ müsabiqəsi müəllim namizədləri arasında sağlam rəqabəti yaratdı.

 MİQ müsabiqəsi tam şəffaf  formada həyata keçirilir. Sosial şəbəkələrdə yayılan bəzi yanlış informasiyalar reallığı əks etdirmir. Bunlar müəyyən hazırlıq mərkəzlərinin rəhbəri və müəllimləri tərəfindən yayılan şayiədir. Təəssüf ki, belə hallar müəllim olmaq istəyən namizədlərdə ruh düşkünlüyü yaradıb, motivasiyanı azaldır. "İmtahanda yaxşı yazsam da kompütərdə balım az görünəcək" kimi fikirlər stressi və həyəcanı daha da artırır. Odur ki, namizədləri bu kimi şayiələrə uymamağa çağırırıq. MİQ müsabiqəsində proqramdan kənar sual olmur, bu il isə sual tiplərinin fərqli olacağı öncədən də proqnozlaşdırılıb. Suallardan olan yeniliklər xüsusən də metodika fənnində öz əksini tapdı ki, bu da gözlənilən idi. Ümumiyyətlə, imtahanda istənilən sualı cavablandırmaq üçün dərk edərək oxumaq kifayətdir. İmtahan zalında köçürmə, başqasını görmə imkanı belə yoxdur. Bu da tam obyektiv təşkilatçılığın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtahana ciddi hazırlığının nəticəsidir.  Sözsüz ki, layiq olan namizəd işə qəbul olur”.

 Günel Əliyeva MİQ müsabiqəsinin gələcək perspektivləri ilə bağlı təkliflərini də bildirib:

“MİQ müsabiqəsiylə bağlı təklifim  budur ki, bu il olduğu kimi növbəti illərdə də yaradıcı, orijinal, düşündürücü suallar test mərhələsində salınsın. İlk növbədə test tapşırıqlarının tərtibatına diqqətlə yanaşılsın. Digər tərəfdən sosial şəbəkələrdə müəllimlərin qruplarına ciddi nəzarət olunsun.  Beləliklə, neqativ hallar aradan qaldırılar və yanlış informasiyaların yayılmasının qarşısı alınar. Düşünürəm ki, MİQ müsabiqəsində pedaqogika, kurikulum fənni ilə yanaşı psixologiya sualları da əlavə olunsun. Həmçinin, müasir dövrün tələblərini nəzərə alaraq bütün ixtisas müəllimlərinə ingilis və rus dilləri üzrə də dil biliklərini yoxlayan testlər təqdim olunsun. Daha vacib bir məqam isə  situasiya tipli testlərə üstünlük verilsin.

Həmçinin təklif edirəm ki, müsahibə mərhələsi üçün ciddi tələblər qoyulsun. Nitq mədəniyyətinin bütün tələblərinə-( nitqin düzgünlüyü, dəqiqliyi, ifadəliliyi kimi mühüm şərtlərə) müsabiqəyə buraxılsın. Və ən əsası namizədlərin psixoloji durumu yüksək səviyyədə yoxlanılsın”,-deyə təlimçi müəllim MİQ müsabiqəsiylə bağlı təkliflərini sonlandırır.

Kütləvi şəkildə keçirilən beynəlxalq imtahanların təcrübəsinə uyğun olaraq, müəllimlərin işə qəbulu imtahanında namizəd tərəfindən düzgün cavablandırılmamış suallar növbəti imtahanlarda da istifadə oluna bilər. Elə bu səbəbdən bütün namizədlərə səhv cavab verilmiş sualların məzmunu və düzgün cavablar barədə məlumatlar bir qayda olaraq təqdim edilmir. Lakin əgər hər hansı bir namizəd özünün səhv cavablandırdığı sualların məzmunu və düzgün cavabları ilə tanış olmaq istəyirsə, bu halda son imtahanın keçirildiyi gündən sonra (24 iyul) təşkil ediləcək apelyasiya komissiyasına rəsmi müraciət edərək bu suallarla fərdi qaydada tanış ola biləcək.

Nəzərinizə çatdıraq ki, imtahan zamanı namizədin sualları cavablandırdığı kompüterdə  texnik problem yaşanarsa, namizəd bu barədə imtahan nəzarətçisinə dərhal yerində müraciət etməlidir. Texniki problem təsdiqlənərsə, onun aradan qaldırılmasına sərf olunan vaxt (bir qayda olaraq 3-5 dəqiqə) namizədə müvafiq əlavə vaxt şəklində kompensasiya edilir.

İmtahan suallarının məzmununun və ya cavabların imtahan zamanı fərdi qaydada dəyişdirilməsi texniki cəhətdən istisna olunur və bu günə kimi imtahanın gedişində heç bir namizəd tərəfindən nəzarətçilərə bu barədə müraciət olmayıb. Namizədlərin imtahanın keçirildiyi zalda yerləşdirilməsi sıra ardıcıllığına uyğun aparılır. Əgər imtahan zamanı qonşu masalarda oturmuş namizədlər bir-biri ilə söhbət aparmağa cəhd edirlərsə, bu halda imtahan nəzarətçilərinin həmin namizədlərin yerini dəyişməyi tələb etmək hüququ var.

Qeyd edək ki, iyulun 8-dən başlamış müəllimlərin işə qəbulu imtahanında iştirak etmək üçün ötən illərlə müqayisədə rekord sayda olan 55 minə yaxın namizəd qeydiyyatdan keçib.

 

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
10:15 28.03.2024
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
10:12 28.03.2024
Əli Nağıyev: “Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq”
10:08 28.03.2024
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
10:05 28.03.2024
Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək
10:00 28.03.2024
İtaliyada güclü ZƏLZƏLƏ oldu
09:58 28.03.2024
Azərbaycan Xalqının Qüruru İlə Oynamaq olmaz! – Elman Mustafazadə yazır...
09:58 28.03.2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:55 28.03.2024
Ötən il DTX 190 cinayət işinin ibtidai istintaqını APARIB
09:53 28.03.2024
Fransa Braziliya ilə hərbi əməkdaşlığa başlayıb
Fransa Braziliya ilə hərbi əməkdaşlığa başlayıb
09:50 28.03.2024
III Dünya Müharibəsi başlanır? – Politoloq ŞƏRH EDİR
09:45 28.03.2024
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO
09:43 28.03.2024
Sonuncu yarımfinalçı bəlli oldu
Sonuncu yarımfinalçı bəlli oldu
09:40 28.03.2024
Sosial şəbəkə fenomeni xərçəng xəstəliyinə tutulub
Sosial şəbəkə fenomeni xərçəng xəstəliyinə tutulub
09:35 28.03.2024
Hamısı