Bakıya təzyiq başlasa, cavabı veriləcək - Duqin - VİDEO | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Bakıya təzyiq başlasa, cavabı veriləcək - Duqin - VİDEO

Ekspert rəyi A- A A+

Qərbin İranla bağlı təzyiqlərinə rəğmən Azərbaycan özünün əhəmiyyətini anlayaraq, müstəqil siyasət yürüdür.

Eurasia Diary xəbər verir ki, bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı ideoloq, filosof Aleksandr Duqin deyib.

“Bakı təslim olmur. Burada başlıcası bu kursu davam etdirmək, heç nədən qorxmamaq, beynəlxalq hüququn çərçivəsində hərəkət etməkdir. Real siyasətçi qorxudulmanın, Qərbin psixoloji hücumunun qurbanı olmamalıdır. Əgər hazırda Qərbin bu hücumlarına təslim olsan, eyni metodologiya sənə qarşı da istifadə olunacaq. Rəngli inqilablar, təzyiqlər və s.” - deyə o bildirib.

O, Rusiya və İran kimi, bir gün Azərbaycanın da öz üzərində Qərbin öldürücü olmayan zərbələrini hiss edə biləcəyini deyib:

“Əgər Amerika Azərbaycana təzyiq etməyə cəhd etsə, Bakı rahatlıqla amerikalılara əvəz tapa bilər. Azərbaycanın bunun üçün hər şeyi var. Azərbaycanın Rusiya, Çin, İran, eləcə də sizin üçün qardaş ölkə olan Türkiyə ilə münasibətləri yaxşıdır. Bu ABŞ-dan narazı olanlar yeni qarşılıqlı fəaliyyət formatları axtarıb tapırlar. Azərbaycan öz milli maraqlarına əsaslanaraq rasional siyasəti dəstəkləyir. Azərbaycan yaxşı bilir ki, birqütblü dünyada heç bir suveren dövlət ola bilməz. Əliyevin Rusiya-Azərbaycan-İran formatına dəstək siyasəti sadə, amma cəsarətli hesabla diktə olunur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...