Polkovnik deputatla RAZILAŞMADI “Tək-tək qəhrəmanlıq göstərməklə müharibə aparmaq olmaz”

Analitika 18:35 01.08.2019

 

“Bəzi adamlar nümunə gətirirlər ki, Mübariz İbrahimov kimi qəhrəmanlıq göstərməlidirlər. Ancaq tək-tək gedib Mübariz İbrahimov kimi qəhrəmanlıq göstərmək, canından keçmək müharibə etmək deyil”.

Bunu Eurasia Diary-ə açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov Milli Məclisin deputatı Qüdrət Həsənquluyevin “Dövlət olaraq müharibə edə bilmiriksə, Mübariz İbrahimov kimi qəhrəmanlarımız şəxsi şücaət göstərməli, düşmənə qan uddurmalıdırlar” fikrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu qəhrəmanlar mövcud vəziyyətin dözülməz olduğunu və bunu qəbul etmədiyi üçün bu yola əl atıblar:

“Onlar öz torpağı uğrunda düşmənin üstünə atılıb, Azərbaycan əsgərinin nə demək olduğunu, Azərbaycanın daxilində hansı hiss yaşayır, onu göstəriblər. Onlar bizim əsgərlərimizə, gənclərimizə, hərbiçilərimizə, mülki şəxslərimizə bir nümunə göstəriblər. Siz bilirsiniz ki, Mübariz İbrahimovdan sonra bizim gənclər nə qədər daxildən təmizləndilər, vətənpərvərlik ruhları daha da artdı. Mübariz İbrahimov bizim gənclər üçün bir nümunə oldu. Və əlbəttə, belə addımılar lazımdır, belə addımlar olub, var və olacaq da. Mübariz İbrahimovun davamçısı Milli Qəhrəman Çingiz Qurbanov oldu. Və bu onu göstərir ki, sabah döyüş başlasa, bizim daxili potensialımız, qəhrəmanlıq edəcək oğullarımız, canına qıyaraq özlərini vətən uğrunda düşmənin üzərinə ata biləcək əsgərlərimiz var. Ancaq bu gün müharibə mütəşəkkil şəkildə idarə olunur, döyüşlər idarə olunur. Yəni tək-tək orda-burda qəhrəmanlıq göstərməklə müharibəni aparmaq olmaz. Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etmək, işğalçi qüvvələri darmadağın etməkdir. Tək-tək belə nümunələrlə əlbəttə müharibə etmək olmaz”.

Ekspert bildirib ki, Silahlı Qüvvələr öz hazırlığını yüksək səviyyədə saxlayır.

“Lakin müharibə edib-etməmək də Silahlı Qüvvələrə bağlı deyil. Silahlı Qüvvələr sadəcə əmri yerinə yetirirlər və dövlətin siyasətini digər formada həyata keçirirlər. Hal-hazırda sülh yolu ilə bu məsələnin həlli axtarılır, əgər olmasa, dövlətin siyasəti ərazi bütövlüyümüzü bərpa etməkdən, işğalçıları ərazimizdən çıxarmaqdan ibarət olacaqdır. Əlbəttə bu zaman Silahlı Qüvvələr öz üzərinə düşən funksiyanı yerinə yetirəcəklər. Lakin Silahlı Qüvvələr dura-dura pərakəndə şəkildə gedib müharibə etmək olmaz. Ali Baş Komandan əmr verməlidir. Dövlət qoyulan məqsədlərə nail olmaq üçün addım atmalıdır.  Və Silahlı Qüvvələr sadəcə dövlətin əlində olan, sadə dildə desək, bir çomaqdır. Yəni o çomağı əlində işlətmək lazımdır. Ona görə Silahlı Qüvvələr daim öz vəzifə borcunu yerinə yetirmək üçün öz döyüş qabiliyyətini, döyüş potensialını qaldırırlar. Dövlət də döyüş potensialını və imkanlarını qaldırmaq üçün Silahlı Qüvvələri lazım olan silah, texnika və sursatla  təmin edir. Ona görə müharibə vermək əmri Silahlı Qüvvələrdə deyil,  Azərbaycanın Ali Baş Komandanının səlahiyyətindədir. Yenə də deyirəm, Silahlı Qüvvələrimiz Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin hər hansı bir əmrini yerinə yetirməyə hazırdır və bu gücə qadirdir”,- deyə Ş.Ramaldanov bildirib.

Polkovnik onu da qeyd edib ki, əgər  Ermənistanla sülh müqaviləsi yoxdursa, deməli  müharibə şəraitindəyik:  “Hər il Silahlı Qüvvələrə 3 milyarddan çox pul ayrılır. Silahlı Qüvvələrimiz öhdəsinə düşən vəzifəni yerinə yetirməsi üçün silah, texnika və hərbi sursatlar alınır. Bilirsiniz ki, biz daim genişmiqyaslı döyüş hazırlığı və təlimlər keçiririk. Ordu nümayəndələri, mütəxəssisləri  silahlardan vaxtaşırı proqram üzrə sınaq keçirilirlər və öz güclərini müxtəlif beynəlxalq hərbi yarışlarda yoxlayırlar. Hal-hazırda bilirsiniz ki, avqustun 1-dən Rusiyada hərbi mütəxəssislərin yarışları keçirilir. Və orda müxtəlif mütəxəssislər öz professionallığını göstərəcəklər. O cümlədən Azərbaycan da dəvət alıb. Mən demək istəyirəm ki,  müharibə aparmaq qarşıda qoyulan tapşırıqları güc, silah yolu ilə yerinə yetirməkdir. Bunun üçün də gündəlik fəaliyyət, döyüş hazırlığı keçirilir”.

Vəfa VƏLİYEVA 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı