“Məktəb direktorları qanunsuz tələblər irəli sürürlər” | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


“Məktəb direktorları qanunsuz tələblər irəli sürürlər”

Ekspert rəyi A- A A+

“Hazırda ölkədə 4472 orta məktəbdə 1.6 milyon şagird təhsil alır. İl ərzində müəyyən səbəblərə görə şagirdlər məktəbini dəyişməyə məcbur olur”.

Eurasia Diary xəbər verir ki, bu barədə Bizimyol.info-ya təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

O deyib ki, bu proses baş verəndə bəzi məktəb direktorları qanunsuz tələblər irəli sürürlər.

“Artıq 2019-cu ilin 1 sentyabrından şagird yerdəyişməsi elektronlaşdırılır. Bundan sonra ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron qaydada həyata keçiriləcək. Yəni bəzi məktəb direktorlarının bazarı bağlandı. Daha yer yoxdur deyib, sonradan nəyinsə qarşılığında qəbul etmə dövrü bitdi.

Həmdə X-XI sinifə qədər Bakıda, sonradan hazırlığa getmək üçün adını rayon, məcburi köçkün məktəblərinə yazdıranların da qarşısı alınacaq.

Ümumiyyətlə elektron xidmət göstərilməsi, xüsusi ilə də bunun təhsil sistemində tətbiq edilməsi çox müsbət addımdır”,-deyə K.Əsədov bildirib.

O, vurğulayıb ki, təhsil sistemində bütün işlər, proseslər elektron qaydaya keçsin, kənar-subyektiv müdaxilə minimuma ensin: “Dərs bölgüsünün də tezliklə elektron qaydaya, nazirlik tərəfindən bölünməsinə keçməsini istəyərdim.

Ümumiyyətlə direktor imicinin maxinatordan menecerə keçidi tezləşsin. Direktor sadəcə idarəedici roluna sahiblənsin. Düzdür, bu proses ona aparır, amma biraz ləng.

Ümid edirəm ki, həyata keçirilən islahatlar və tədbirlər təhsilin əlçatımlılığı, inkişafı üçün mühüm addımlar olacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...