Kəşmirdə yeni müharibənin ayaq səsləri... Yalnız regionun deyil dünyanın təhlükəsizliyi üçün təhdid...

Analitika 14:38 19.08.2019

Xəbər verdiyimiz kimi 5 avqust tarixində Hindistan parlamenti Cəmmu və Kəşmir vilayətinin xüsusi statustunu ləğv edilməsi haqqında hökumətin təqdim etdiyi qərarnaməni qəbul edib (daha sonra yuxarı palata da eyni qərarnaməni qəbul etdi). Qərar Pakistan rəhbərliyi tərəfindən sərt bir şəkildə qınanıb. Baş nazir İmran Xan Hindistan rəhbərliyinə bu qərarın dövlətlər arasındakı gərginliyi daha da artıcağı ilə bağlı xəbərdarlıq edib. Xarici İşlər Naziri Qureyşi isə Hindistanın bu addımını regionda sabitliyə və sülhə ciddi mənfi təsir göstərəcək siyasi oyun adlandırıb.

hindistan parlamentosu ile ilgili görsel sonucu

Cəmmu Kəşmirin yüksək statusunun ləğv edilməsinin arxasında duran məqamlar...

Hindistanın Cəmmu və Kəşmirin yüksək statusunu ləğv etməsinin ABŞ və Pakistan liderlərlərinin Vaşinqton görüşündən qısa bir müddət sonra qəbul edilməsi təsadüfi deyil. Vaşinqton görüşündə İmran Xan Trampı Hindistanla sülhün təmin edilməsi üçün vasitəçi olmağa razı salmışdı, lakin Hindistan bu qərarla “yeni Kəşmir danışıqları”nın üzərindən bir xətt çəkdi və ABŞ-ın Kəşmir probleminə müdaxiləsinə “veto” qoydu...

Ləğv edilən 370-ci maddənin əhəmiyyəti...

Bu maddə 1949-ci ildə Kəşmir probleminin daha da dərinləşməsinin qarşısını almaq və müharibə riskini azaltmaq məqsədilə qəbul edilmişdi. Cəmmu və Kəşmirdə yaşayan müsəlmanlara xüsusi siyasi imtiyazlar verilməsi regionda sabitliyin qorunması üçün əsas hüquqi vasitələrdən biri hesab edilirdi. 370-ci maddə Cəmmu və Kəşmirə geniş müstəqillik, özünəməxsus konsututsiya, Hindistandan fərqli bayraq və “istədiyi şəxslərə vətəndaşlıq verə bilmə hüququ”nu verirdi (Yəni, demoqrafik vəziyyət Cəmmu və Kəşmir muxtariyyatının nəzarətində idi). Əvəzində Cəmmu və Kəşmirin xarici siyasəti Hindistan federal hökumətinə tabe etdirilir və ərazi Hindistanın daxilində ən yüksək muxtariyyat olaraq tanınırdı.

Hindistan hökumətinin Cəmmu və Kəşmirin yüksək muxatiyyatını ləğv etməsinin axasında duran əsas məqamlar bunlardır:

  • Pakistanın Kəşmir məsələsində region dövlətləri və ABŞ-la apardığı danışıqlarda ardıcıl uğurlar əldə etməsi və nümayiş etdirdiyi diplomatik aktivlik əhalinin əksəriyyətinin müsəlmanların təşkil etdiyi Cəmmu və Kəşmirin Hindistanın tabeçiliyindən çıxarılması riskini artırdı. Xüsusən Vaşinqton görüşünün nəticələri Hindistan rəhbərliyi üçün təhlükəli siqnal oldu. Ona görə də Hindistan və onu nəzarətində saxlamaq üçün tələsik bir qərarnamə ilə Cəmmu və Kəşmirin yüksək statusunu ləğv etdi.
  • Cəmmu və Kəşmirdə əhalinin əksəriyyətinin müsəlmanlar təşkil edir. (Kəşmir vadisinin 90%, Cəmmunun 30%-i müsəlmandır) Qeyd edək ki, BMT-nin Kəşmir problmemi ilə əlaqədar qəbul etdiyi qətnamələrdə Kəşmirin statusunun xalq tərəfindən referendum yolu ilə müəyyənləşdirilməsi prinsipi yer alır. Məhz bu səbəbdən Hindistan rəhbərliyinin regionun Hindistandan ayrılma riskinin yüksək dəyərləndirməsi və Cəmmu və Kəşmirin yüksək statusunun təcili ləğv etməsi Kəşmirə nəzarəti itirməmək üçün oynanan oyundur.
  • 370-ci madədəyə əsasən Hindistanın Cəmmu və Kəşmirin demoqrafik vəziyyətinə təsir edə bilmək imkanı yox idi, bu maddəni ləğv edən Hindistan hökumətinin indi “əli rahatdır”. 370-ci maddəni ləğv etməklə Hindistan hökuməti Cəmmu və Kəşmiri bir birindən ayırmaq  və yerində Cəmmu və Ladak vilayətlərini yaratmağı planlaşdırır. Bununla da Hindistan hökuməti hindlilərin çox yaşadığı ərazi olan Cəmmuda müsəlmanarın sayının getdikcə artmasının qarşısını alacaq və Kəşmirin işğal altında saxladığı hissəsində daha çox demoqrafik dəyişikliklər edə biləcək.

Kəşmirdə yeni müharibənin ayaq səsləri...

kashmir war ile ilgili görsel sonucu

Hindistanın Cəmmu və Kəşmirlə bağlı qərarına Pakistan təbii ki, sərt etiraz etdi. Lakin hadisələrin gedişatı Pakistanın sadəcə etiraz etməklə kifayətlənməyəcəyinə işarə edir. Buna səbəb Kəşmirin yüksək statusunun ləğv edilməsinin beynəlxalq hüquqa uyğun olmaması və hazırda bu regionun təcrid altında saxlanılmasıdır.

Baş nazir İmran Xan Hindistanın bu radikal addımı ilə barışa bilməz və raksiya verməyə məcburdur. Çünki Hindistan əvvəla bu qərarla faktiki olaraq Kəşmirin işğalını rəsmiləşdirir. Artıq Kəşmirdə Hindistan daha çox söz sahibi olacaq və Kəşmirdə yaşayan müsəlmanların kompakt məskunlaşmasının qarşısını ala biləcək. Beləliklə, bu qərar Cəmmu və Kəşmirdə demoqrafik vəziyyətin müsəlmanların əlehinə dəyişilməsi ilə nəticələnə bilər. Bu isə öz növbəsində Kəşmir probleminin Hindistanın xeyrinə həll edilməsinə gətirib çıxara bilər. Həmçinin bu qərardan sonra Pakistandakı islamçı qüvvələrin də etiraz səsləri getdikcə yüksələcək. İmran xanın elektoratı onu Kəşmirin işğalını dayandırmağa səsləyəcək.

Eyni zamanda, qeyd etmək lazımdır ki, İmran Xan problemin həlli üçün bütün diplomatik imkaları səfərbər edib. Türkiyə, İran və Səudiyyə Ərəbistanı, Çin və digər dövlətlərin rəhbərləri ilə ardıcıl telefon görüşləri həyata keçirən baş nazir onlardan dəstək mesajları alıb. Qısa zamanda digər müsəlman dövlətlərinin də bu məsələdə Pakistana dəstək olacaqları gözlənilir. Lakin İmran Xan sadəcə bununla kifayətlənməyərək məsələni BMT-yə daşıyacağını bildirib və bu çox doğru addım olacaq. Kəşmir problemi ilə bağlı qətnamələr qəbul edən BMT Hindistanın bu qətnamələri və üzərinə götürdüyü hüquqi öhdəlikləri heçə saymasına reaksiya verməlidir. Əgər BMT Hindistan rəhbərliyini geri addım atmağa razı sala bilməsə regionda müharibə qaçınılmaz ola bilər. İki nüvə gücünün qarşı-qarşıya gəlməsi isə ancaq regionun deyil, dünyanın təhlükəsizliyi üçün təhdid yaradır.

Xatırladaq ki, bu ilin fevral ayında tərəflər arasında hərbi təyyarə krizisi az qala müharibəyə səbəb olacaqdı.

Kəşmirin statusunun ləğv edilməsi və ötən həftələrdən etibarən regionla rabitənin tamamilə kəsilməsi, regiondakı müsəlman liderlərin həbs edilməsi xəbərlərinin yayılması, telefon əlaqəsinin, internetin kəsilməsi, Cəmmu və Kəşmirin faktiki olaraq təcriddə saxlanlanılması və Hindistan rəhbərliyi tərəfindən əraziyə 35 min əsgərin cəlb edilməsi kimi qarşı tərəfdən atılan addımlar Pakistanı hərbi müdaxiləyə vadar edir. Bütün bunlar həm də Cəmmu və Kəşmirin sabiq rəhbərlərindən biri olan Məhbuba Mufitinin sözləri ilə desək, Hindistan demokratiyası üçün rəzalətidir.

Hindistanın Kəşmirdəki radikal tədbirləri Cəşmi Muhammed qruplaşmasının Hindistana qarşı fəaliyyətini aktivləşdirə bilər. Bu isə iki dövlət arasındakı gərginliyi bu ilin fevral ayında müşahidə edildiyi kimi münaqişəyə çevirə bilər.

kashmir war ile ilgili görsel sonucu

Pakistan diplomatik kanallardan nəticə əldə edə bilməsə Hindistanı geri addım atmağa məcbur etmək üçün ordu amilindən istifadə edə bilər. Belə ki, hazırda beynəlxalq hüquq və güc Pakistanın tərəfindədir. Həmçinin 6 ay öncəki krizisdə Hindistan ordusunun Pakistana nisbətən hərbi əməliyyatlara hazır olmaması əyani şəkildə müşahidə edilmişdi. Hindistan Parlamentinin Təhlükəsizlik komitəsinin daimi üzvü Gaurav Gogoidə bu məsələni açıq bir şəkildə dilə gətirmiş və Hindistan ordusunun muasir silahlardan məhrum olduğunu və 10 gündən çox savaşa tab gətirə bilməyəcəyini qeyd etmişdi. Lakin təbii ki, gücdən istifadə ən sonuncu variantdır və bunun çox ağır nəticələri ola bilər. Hər iki dövlət nüvə silahına sahib olduğunu nəzərə alsaq, Kəşmir probleminin kəskinləşməsinin yalnız regionu deyil, dünyanın təhlükəsizliyini təhdid etdiyini qeyd edə bilərik...

Politoloq və tədqiqatçı jurnalist: Nicat İsmayılov 

Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə

Xəbər xətti

Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib
20:44 18.03.2024
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
20:22 18.03.2024
Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
19:57 18.03.2024
Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”
19:54 18.03.2024
Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub
19:50 18.03.2024
Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ
19:39 18.03.2024
Fransada fermerlər hökumət binaları qarşısına təkər yığıblar
19:20 18.03.2024
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
19:04 18.03.2024
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin sayı ARTIRILIB
19:00 18.03.2024
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
18:40 18.03.2024
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
18:20 18.03.2024
Azərbaycan Premyer Liqasının klubları cərimələnib
18:08 18.03.2024
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
18:00 18.03.2024
Məşhur aktyor Afrikada şəhər tikəcək
Məşhur aktyor Afrikada şəhər tikəcək
17:45 18.03.2024
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
17:35 18.03.2024
Şimali Koreyanın növbəti lideri bəlli olub
Şimali Koreyanın növbəti lideri bəlli olub
17:30 18.03.2024
Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları YARADILACAQ
17:26 18.03.2024
Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə
17:21 18.03.2024
YAP maliyyə hesabatını MSK-ya təqdim edəcək
17:19 18.03.2024
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
17:15 18.03.2024
Ceyhun Bayramov Türkiyəni təbrik etdi
17:08 18.03.2024
“Azərbaycan Qarabağdakı yenidənqurma işləri ilə dünyaya nümunə olacaq” – Məhəmməd Yunus
17:00 18.03.2024
Ötən həftə işğaldan azad olunmuş ərazilərdə aşkarlanan minaların SAYI
16:56 18.03.2024
Hamısı