ABŞ Azərbaycan ordusunu gücləndirir "İrana müqavimət göstərməsi üçün" - Şok iddia!!!

Analitika 10:38 25.08.2019

ABŞ bölgədəki strateji müttəfiqi kimi Azərbaycanın hərbi qüdrətini gücləndirmək üçün tədbirlər görür. Mərkəzi Asiyada təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış amerikalı müstəqil jurnalist Joşua Kuçerin "Eurasiaet" beynəlxalq nəşrində dərc olunmuş məqaləsi bu mövzuya həsr edilib.

Müəllifin sözlərinə görə, ABŞ hər il müxtəlif dövlət kanalları vasitəsilə Azərbaycan Ordusuna getdikcə daha çox hərbi-texniki dəstək verir.

 

Xüsusilə, cari 2019-cu ildə Vaşinqton Xəzər dənizində təhlükəsizliyi gücləndirmək üçün ölkənin dəniz qüvvələrinə 100 milyon dollar məbləğində maliyyə dəstəyi nəzərdə tutur. Ancaq istisna edilmir ki, ABŞ Azərbaycanın hərbi dəniz donanmasının gücləndirilməsinə İrana təsir tədbirlərindən biri kimi baxır.

Pentaqonun Konqresə verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi 2018-ci maliyyə ilində rəsmi olaraq Azərbaycana 56.9 milyon dollar, 2019-cu ildə isə sərhəd və gömrük xidmətlərinin gücləndirilməsi üçün 42.9 milyon dollar təklif edib. Bütövlükdə isə, gələcəkdə daha çox kömək gözlənilir - həm əvvəllər göstərilənlərlə müqayisədə, həm də bölgənin digər ölkələrinə göstərilən yardımı üstələməsi baxımından.

Bununla belə, Pentaqon 2019-cu maliyyə ili üçün bütün büdcə məlumatlarını açıqlamadı.

"Ola bilsin ki, builki proqramın Azərbaycan üçün xərclədiyi real məbləğ 42,9 milyon dollardan çox, hətta ABŞ-ın bölgədəki ən sadiq və gözəçarpan tərəfdaşı olan Gürcüstana göstərilən yardımdan da artıq olacaq", - deyə Eurasianet SAM (ABŞ Beynəlxalq Siyasət Mərkəzi) analitiki Kristina Aravianın fərziyyəsini sitat gətirir.

Analitik qeyd edir ki, son iki ildə Azərbaycan bu proqram çərçivəsində "ABŞ-ın terrorizmlə mübarizədə əsas strateji tərəfdaşları olan Livan və İordaniyadan sonra” üçüncü ən böyük yardım alıcısıdır.

Düzdür, bu günə qədər bu maliyyə dəstəyinin ünvanına- Azərbaycana çatıb-çatmadığı məlum deyil. Ancaq analitikin dediyinə görə, hətta heç bir yardım göstərilməyibsə belə, ABŞ Müdafiə Nazirliyinin proqram barədə Konqresi xəbərdar etməsi "böyük əhəmiyyət kəsb edir".

Bununla belə, Kuçerin sözlərinə görə, hər iki tərəf hərbi yardım mövzusundan yayınmağı üstün tutur.

ABŞ-ın bu bölgədəki hərbi proqramları ilə bağlı son rəsmi siyasi açıqlamalarda nə Azərbaycan, nə də Xəzər dənizi qeyd edilmir, Azərbaycan Xarici İşlər Nazirliyi isə şərh istəyinə cavab verməməyi məqbul saydı.

ABŞ-ın Bakıdakı səfirliyinə gəlincə, o, yardım proqramı ilə bağlı Eurasiaet-in sorğusuna cavab olaraq qısa bir açıqlama ilə kifayətlənib: "Amerika Birləşmiş Ştatları müdafiə və təhlükəsizliyin gücləndirilməsi proqramlarında, o cümlədən sərhəd təhlükəsizliyini və kütləvi qırğın silahlarının yayılmamasını təmin etmək üçün könüllü tərəfdaş ölkələrlə əməkdaşlıq edir".

Bununla belə, nəşrin müəllifi iddia edir ki, Azərbaycan uzun illərdir ki, neft və qazla zəngin olan Xəzər dənizində dəniz və sahil qüvvələrinin yaradılması üçün ABŞ-dan müxtəlif yardımlar alır.

Xüsusi halda, "Xəzər qvardiyası" proqramı "beynəlxalq terrorizmlə müharibənin" ilk illərində Azərbaycanın xüsusi təyinatlı hərbi dəniz dəstəsini hazırlamağa kömək edib.

ABŞ həmçinin Azərbaycana, Qazaxıstana və Türkmənistana işlənmiş patrul katerləri verib.

Üstəlik, hazırkı yardım proqramındakı həcm göstəricisi ABŞ-ın əvvəl xərclədiklərindən xeyli artıqdır.

“Vaşinqtonun fikrincə, Xəzər dənizi strateji planda xüsusilə həssas bir amildir, çünki İranla həmsərhəddir. ABŞ uzun müddət Azərbaycana Xəzərdə güclü İran hərbi qüvvələrinə müqavimət göstərməsinə kömək etmək üçün işlər apardı", -deyə Kuçer vurğulayıb.

O, 2009-cu ildə İran və Azərbaycan gəmiləri arasında insident baş verəndə Xəzərdə bu iki ölkənin münasibətlərində yaranan gərginliyi xatırladıb.

"Bu, ABŞ-ın Bakının dəniz təhlükəsizliyini gücləndirmək qərarında dönüş nöqtəsi oldu",- deyə analitik vurğulayıb.

“Baxmayaraq ki, Pentaqonun sənədlərində İran yeni yardımı əsaslandıran amil kimi göstərilmir, diqqətin bu xüsusi təhlükəyə yönəldiyini göstərən bir neçə element var. Xəzərin qapalı bir dəniz olması faktı potensial təhdidlərin artıq məhdudlaşdığı anlamına gəlmir. Bu maliyyələşdirmə ABŞ-ın “Cənub Sərhəd Təhlükəsizliyi” Proqramının bir hissəsi olaraq təqdim olunur. Qəbul edən agentliklər İranla sahilboyu sərhəddə Azərbaycan şəhəri olan Astaradakı sərhəd və gömrük nəzarəti məntəqələri kimi müəyyən edilib”, - deyə Eurasianet müəllifi yazır.

Nəşrin yazdığına görə, yeni yardım paketinin seçilməsi ilə bağlı diqqətçəkən bir məqam var: baxmayaraq ki, Donald Tramp 2017-ci ildə prezident olandan bəri ABŞ və İran arasındakı gərginlik artıb, Azərbaycan-İran münasibətləri nisbi sakitlik dövrünü yaşayır.

Mövcud maliyyələşdirmə "transmilli təhdidlərə qarşı" və "Azərbaycanın sabitliyini təşviq, sərhədlərinin təhlükəsizliyini təmin etmək, potensiallarını artırmaq üçün təhlükəsizlik qüvvələrini dəstəkləməyə, terror əməliyyatlarını müəyyənləşdirməyə və qarşısını almağa, həm də kütləvi silahlarınn yayılmasına qarşı mübarizəyə və böhranlara cavab verməyə yönəldilib".

ABŞ Müdafiə Nazirliyinin Konqresin Nümayəndələr Palatasının Xarici İşlər üzrə Komitəsinə göndərilən hesabatında deyilir ki, "pullar nəqliyyat vasitələri, o cümlədən 15 sürətli qayıq, sualtı hədəfləri aşkar etmək üçün 14 aşkaretmə sistemi, 25 pikap və 34 “vezdexod” üçün nəzərdə tutulur.

Azərbaycan üçün paketdə rabitə vasitələri, o cümlədən radio rabitə vasitələri, dəniz radarları və avtomatik identifikasiya sistemi (universal gəmi izləmə sistemi) üçün ötürücülər olmalıdır. Sualtı nəzarət üzrə təlim üçün də vəsait ayrılır. Bununla belə, yardıma ölümcül silah kimi təsnif edilə biləcək heç bir şey daxil deyil. ABŞ həmçinin iki il ərzində həmin avadanlıqları istismar edəcək, bundan sonra onların istismarı üçün məsuliyyəti Azərbaycan öz üzərinə götürəcək”,- deyə nəşr bildirir.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Hamısı