Rusiyadan Paşinyana Qarabağ XƏBƏRDARLIĞI - Münaqişəni Ermənistanın xeyrinə ancaq... | Eurasia Diary - ednews.net

19 Sentyabr, Cümə axşamı


Rusiyadan Paşinyana Qarabağ XƏBƏRDARLIĞI - Münaqişəni Ermənistanın xeyrinə ancaq...

Ekspert rəyi A- A A+

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsi ətrafında gərginliyi artıran ritorikasının davam etdiyi bir vaxtda Rusiyadan ona eyham edirlər ki, məsələnin həllində Qərbə ümid bağlamasın. Və bu münaqişəni Ermənistanın xeyrinə ancaq Rusiya həll edə bilər.

Eurasia Diary xəbər verir ki, Paşinyanın son günlər səsləndirdiyi bəyanatlara, Bakıdan ona verilən cavablara şərh verən rusiyalı ekspert, Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin Ermənistanın münaqişənin öz xeyrinə həlli üçün əbəs yerə Qərbə, ATƏT-in Minsk Qrupuna ümid etdiyini deyib.

“Ermənistan ATƏT-in Minsk Qrupuna və qərb dövlətlərinə stavka edir, bu ümidlə ki, amerikalılar məsələni necə də olsa həll edəcəklər. Qərb ölkələrini isə Dağlıq Qarabağ məsələsi ancaq ora sülhməramlı qüvvələr adı altında NATO və hansısa digər qərb ölkəsinin qüvvələrini yeritmək, gələcəkdə onu İrana, Türkiyəyə qarşı xüsusi əməliyyatlar üçün platsdarm kimi istifadə etmək maraqlandırır”,-Lepexin “Rusarminfo”ya müsahibəsində əminliklə deyib.

Rusiyalı ekspert belə düşünür ki, qərb ölkələri Dağlıq Qarabağı Albaniya kimi kölgə biznesinə malik “qara əraziyə”, xarici aləm üçün bağlı, amma NATO və qərb xüsusi xidmət orqanlarının nəzarətində olan zonaya çevirmək istəyir.

“Əgər Ermənistan hesab edirsə ki, Qərblə əməkdaşlıq sərfəlidir, o zaman Qarabağ problemi həll edilməzdir, çünki indiki Ermənistanın ardıcıl olmayan siyasəti şəraitində Qarabağ probleminin həlli Vaşinqtonda mümkündür. Orada isə həll mövcud deyil, çünki Vaşinqtona Ermənistanla münasibətlər yox, Türkiyə vacibdir, erməni diasporu nə qədər fəal olsa da”,-rusiyalı ekspert mülahizələrinə davam edib.

V.Lepexin əlavə edib ki, Yerevan Qarabağ probleminin həllində Moskvaya stavka etməlidir, belə olanda Ermənistan geosiyasi aspektdə uduza  bilər, amma əvəzində Qarabağ məsələsinin öz xeyrinə həllinə nail olar.(virtualaz.org)

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...