İbtidai siniflərdə dərslər bu saatda başlasın Ekspertdən vacib təklif

Analitika 16:04 05.09.2019

“Lazım deyil ki, ibtidai sinif şagirdi ağlaya-ağlaya səhər saat 8-də məktəbə gətirilsin. Məsələn, ibtidailərin dərsini saat 09:00 üçün təşkil etmək olar. Valideynlərlə danışıq aparmaq olar. Məsələn, elə valideyn var ki, saat 8-də işi başlayır, 8-ə qalmış uşağını məktəbə qoyur, bu, onlar üçün rahat olur. Bəziləri hətta işini övladının dərs saatına uyğun qurub ki, onu məktəbə apara bilsin. Hər bir məktəbin valideyn-şagird kollektivini dinləməklə bu sahədə addım atmaq olar".

Bunu Eurasia Diary-ə açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakı və Azərbaycanın digər böyük şəhərlərində tıxacların qarşısının alınması üçün atılacaq addımlar barədə fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən Avropa Oyunları zamanı Nazirlər Kabineti belə bir qərar qəbul etmişdi ki, şəhərin mərkəzində yerləşən böyük idarə və müəssisələrdə çalışan işçilər tıxac olmaması üçün fərqli saatlarda işə gəlsinlər.

"Lakin buna əməl edən olmadı. Kağız üzərində qaldı. Lakin dünyanın bir çox ölkələrində bu üsullardan istifadə edirlər. Digər tərəfdən məktəbli avtobusları deyilən bir servis var. Bundan istifadə edilməsi əksər valideynlərin ürəyincə olar. Valideynlər səhər-səhər ya maşınla övladlarını aparırlar, ya da taksi tutmağa məcbur olurlar. Və servis bunlarla müqayisədə daha əlverişli ola bilər. 20 valideynin eyni yolu getməsindənsə, sadəcə bir avtobus o yolu getməsi daha əlverişli olar. Bu, 10 sinifdə tətbiq olunsa, o deməkdir ki, bir məktəbin qarşısından 200-300 maşın azalacaq. Pik saatlarda 300 maşının azalması çox mühümdir. Bunu mütəxəssislərlə, aidiyyatı qurumların rəhbərləri ilə ətralı şəkildə müzakirə etmək lazımdır. Bu addımın atılması çox yaxşı nəticəyə gətirib çıxarar. Xarici təhsil mərkəzləri, özəl təhsil müəssisələri var ki, bu xidməti yaradıblar və bu, valideynlər üçün də, uşaqlar üçün də olduqca rahatdır. Müasir texnologiyalardan biz də istifadə eləməliyik. Nə vaxta qədər Sovet ənənəsində qalacağıq? Bəzən görürük ki, imkanlı bir ailənin övladının arxasınca 3-4 maşın gəlir, bu qədər də görməmişlik eləmək lazım deyil. Lakin təəssüf ki, cəmiyyətimizdə bu hallar mövcuddur”, - deyə ekspert bildirib.

Qeyd edək ki, Təhsil Nazirliyi 2015-ci ildə rəsmi olaraq Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına Bakıdakı təhsil müəssisələrində iş qrafikinin dəyişməsi ilə bağlı müraciət etsə də, məsələ hələ də öz həllini tapmayıb.

E.Muradlı hesab edir ki, Nazirlər Kabineti, Dövlət Yol Polisi, Bakı Nəqliyyat Agentliyi və Təhsil Nazirliyi bu məsələnin üzərində birgə çalışmalı və optimal bir qərar verməlidir.

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Robotik Reabilitasiya Mərkəzində insult və neyrotravma bölməsi yaradılacaq
23:07 11.07.2025
İsrail ordusu HƏMAS-ın altı komandirini məhv edib
22:19 11.07.2025
Tələb təqaüdündən tutulan pullar hara gedir?
21:55 11.07.2025
Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər
21:24 11.07.2025
"Qarabağ" Niderland klubunu məğlub edib
20:52 11.07.2025
“Rheinmetall” Ukraynaya yeni səyyar səhra xəstəxanası verib
20:15 11.07.2025
Sahibə Qafarova Srebrenitsa qurbanlarının anım mərasimində iştirak edib
19:45 11.07.2025
“Lui Vitton”kiberhücuma məruz qalıb
19:04 11.07.2025
Tramp Braziliya Prezidenti ilə tarifləri müzakirə edə bilər
18:34 11.07.2025
PKK silahını necə yerə qoyacaq? –Analitik Baxış
18:19 11.07.2025
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim
18:02 11.07.2025
Azərbaycan Mətbuat Şurasında "Turan işığında 150 il" adlı tədbir keçirilib
17:47 11.07.2025
"Rusiya üçün "yeni sürprizlər" hazırlanır" -Müsahibə
17:32 11.07.2025
"Mənə qarşı ayrıseçkilik edildi"
17:17 11.07.2025
Acun Ilıcalı "Hall Siti"ni satır
17:02 11.07.2025
"ABŞ və Çin liderlərinin görüş ehtimalı yüksəkdir"
16:47 11.07.2025
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq
16:35 11.07.2025
Daha iki abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib
16:22 11.07.2025
Evlənənlər çoxalıb, boşananlar azalıb
16:07 11.07.2025
i Konstantin Strukovun qızıl imperiyası dövlətləşdirildi
15:55 11.07.2025
"Xalq" və "Respublika"-nın birləşməsi əməkdaşlarına necə təsir edəcək?
15:38 11.07.2025
ABŞ-ın Vaşinqton Universitetinin Assistent Tədqiqat Professoru Aytəkin Hüseynlinin seminarı təşkil edildi
15:23 11.07.2025
"Biz hər yerdəyik"
15:20 11.07.2025
"Ukraynaya veriləcək ABŞ silahlarının pulunu NATO müttəfiqləri verəcək"
15:05 11.07.2025
Viktor Osimhenin keçidi bu gün rəsmiləşəcək
14:50 11.07.2025
"Danone" MMC ləğv olundu
14:35 11.07.2025
Dünya Srebrenitsaya niyə susdu?
14:20 11.07.2025
ASEAN qlobal ticarət gərginliyindən narahatdır
14:05 11.07.2025
PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO
13:55 11.07.2025
Ukrayna Rusiya ordusunun 2 polkovnikini qətlə yetirdi
13:50 11.07.2025
Kanada Hərbi Hava Qüvvələrinə qadın rəhbər təyin olunub
13:35 11.07.2025
Yaşayış minimumu kriteriyaları yenilənəcək
13:20 11.07.2025
Lavrov Mertzə xəbərdarlıq etdi
13:05 11.07.2025
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
12:50 11.07.2025
Qanunsuz abortlarla bağlı yeni qanun qəbul ediləcək
12:35 11.07.2025
Ukraynanın səmasını Fransa və Böyük Britaniya qoruyacaq
12:15 11.07.2025
"Qızıml əcəl apardı" -Hovuzda boğulan balaca Nərminin anası danışdı
12:02 11.07.2025
Tramp "Supermen" oldu
12:00 11.07.2025
"Rusiya Ukraynaya 500 milyard avro ödəməlidir"
11:45 11.07.2025
Türkiyədə PKK terroru dövrünün sonu başlayır
11:30 11.07.2025
Hamısı