"Bir neçə gündür ki, neft bazarında neftin qiymətinin artdığını müşahidə edirik. Buna səbəb Səudiyyə Ərəbistanının ən böyük netf zavodunun patrtladılması olub. Regionda maraqlar artdıqca dolayısı yollarla yaranan münaqişələr də artmağa başlayır. Yəni bu regionda hər zaman gərgin münasibətin bərqərar olması marağında olan ölkələr buna getdikcə daha da geniş şərait yaratmağa başlayırlar".
Bunu Eurasia Diary-ə açıqlamasında politoloq Ramiyə Məmmədova Səudiyyə Ərəbistanında dövlətə məxsus “ARAMCO” neft emalı zavodunun partladılmasıilə bağlı yaranmış vəziyyəti şərh edərkən deyib.
Politoloq qeyd edib ki, partlayış dronlar vasitəsilə edilib və bunu İran İslam Respublikasının dəstək verdiyi Husi qruplaşması öz üzərinə götürüb:
"ABŞ bu məsələdə İranı günahlandırmaqda davam edir, İran isə bu məsəsləni qəbul etmir. Səudiyyə Ərəbistanı isə bu partlayışın kim tərəfindən törədilməsi barədə dəqiq rəy bildirmir. Əslində regionda gedən prosseslər bir çox neft ixrac edən ölkələrinin xeyrinə də cərəyan edir, cünki neftin qiyməti iki gün içində xeyli artmaqdadır. Onsuz da İranla Səudiyyə Ərəbistanının münasibətləri o qədər isti deyil və İran Səudiyyə Ərəbistanına neft hasilatı üzrə ən böyük rəqib hesab olunur. Bu zavodun partladılması regionda digər dövlətlər arasında onsuz da gərgin olan münasibətlərin bir az da gərginləşməsinə gətirib cıxarda bilər. ABŞ isə bu işdə alova benzin tökməklə İranla Səudiyyə Ərəbistanının arasını vurmağa davam edir ki, bu da ancaq Vaşinqtonun xeyrinə işləyir. Yəni Səudiyyə Ərəbistanı bu gün İranla müharibə etsə, ABŞ bu məsəslədə Səudiyyəyə dəstək verən ölkə olacaq. Təbii ki, bu, dolayısı yolla İranla müharibə etməsi deməkrdir ki, nəticədə çətin iqtisadi vəziyyətdə olan İranı batırmaq kimi bir şeydi. Yəni anlamaq olar ki, burada məqsəd və hədəf olaraq İran tutulub".
R.Məmmədova bildirib ki, Yaxın Şərqdə İranın varlığı və gücü qəbul olunmazdı.
"Bu vəziyyət İranın nüvə silahının istehsalını artırımasından sonra daha da vüsət alıb. Əslində İran da bu məsələlərin səngiməsinə calışmır. Belə ki, şiyə və sünni münasibətlərinin gərginliyi İran tərəfindən dəstəklənir və İran bundan yetərincə Yaxın Şərqdə gərginliyin olmasında istifadə edir. Yəni məsələlər tək zavodun partladılması üstündən cərəyan etmir. Beləliklə, son söz Səudiyyə Ərəbistanının olacaq ki, vəziyyəti ya gərginləşdirməyə doğru apararaq ABŞ kimi ölkələrin əlinə su tökəcək, ya da Yaxın Şərqdəki vəziyyəti gərginləşdirməməyə doğru qərar verəcək", -deyə politoloq bildirib.
Vəfa VƏLİ