"Sergey Lavrov kimdir ki, Qarabağ barədə..." - hərbi ekspertdən Lavrova cavab | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


"Sergey Lavrov kimdir ki, Qarabağ barədə..." - hərbi ekspertdən Lavrova cavab

Ekspert rəyi A- A A+

Xəbər verdiyimiz kimi, Soçidə keçirilən Valday müzakirə klubunun iclasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış edib.

“Mən Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlanılması kimi bir təhlükə görmürəm. Biz əlimizdən gələni edəcəyik ki, bu baş verməsin”, -deyə bəyanatında Lavrov vurğulayaraq qeyd edib.

"Sergey Lavrov kimdir ki, Azərbaycanın əvəzindən işğal olunmuş ərazilərimizlə bağlı fikir səsləndirsin".

Bunu hərbi ekspert Üzeyir Cəfərov həmin bəyanatla bağlı Eurasia Diary-ə açıqlasında deyib: "Mən bu fikirlə razı deyiləm. Sadəcə olaraq, dünən Rusiya Xarici İşlər nazirinin çox kobud bəyanatı olub. Əslinə qalsa, bu bəyanat mənim də hiddətimə səbəb oldu. Sergey Lavrov kimdir ki, Azərbaycanın əvəzindən işğal olunmuş ərazilərimizlə bağlı fikir səsləndirsin. Bu onu göstərir ki, yəni, S. Lavrov və təmsil olunduğu ölkə birbaşa Ermənistana dəstək verir. Yəni biz bunu onsuz da bilirik. Sadəcə olaraq onun dünənki açıqlaması yerində olmayan bir açıqlama idi”.

“Mən gözləyirdim ki, ən azından Azərbaycan Xarici İşlər Nazirliyi buna etirazını bildirəcək. Mən başa düşürəm, indi Prezident Soçidə Valday qrupunun toplantısındadır. Xarici İşlər Naziri heç vaxt Rusiyaya qarşı belə bir bəyanat səsləndirməz. Hərçənd hamımız, münaqişənin başında kimin durduğunu, memarı və icraçısını bilirik” - deyə, Ü.Cəfərov qeyd edib.

Hərbi ekspert bu il ərzində Azərbaycanın 9 hərbi qulluqçusunun erməni gülləsinə tuş gələrək şəhid olmasına münasibət bildirib:

"9 rəqəmi sizi o qədər də qorxutmasın. Bizim hər il real döyüş əməliyyatları olmadan da düşmənin atəşkəsi pozması nəticəsində onlarla əsgərimiz, zabitlərimiz dünyasını dəyişib. Belə götürdükdə, 10-cu aydayıq, elə ayımız olub ki, 2-3 itkimiz olub. Müharibə vəziyyətindəyik və müharibə vəziyyətində olan ölkənin itki verməsi qeyri-adi görünə bilməz və bunu hamı bilir. Düşmən də itki verir. Nikol Paşinyanın xanımı Anna Akopyan bir neçə ay bundan qabaq fikir səsləndirdi. Onlar məqsədi, məramı bilinməyən bir amal uğrunda öz oğullarını, qardaşlarını itiriblər. İşğal olunmuş ərazilərdə hansı missiyanı yerinə yetirirlər axı. Azərbaycan xalqı heç vaxt icazə verməz ki, ermənilər gəlib həm ikinci erməni dövləti yaratsınlar, həm də onun torpaqlarını işğal etsinlər. Bu mümkün olan iş deyil".

Mövzu ilə bağlı hərbi ekspert Şair Ramaldanov da öz fikirlərini Eurasia Diary ilə bölüşüb.

 "Bu gün Azərbaycan ordusu 2016-cı ildən sonra ən nüfuzlu, beynəlxalq statistik qurumların verdiyi qiymətə görə, ən güclü orduları olan dövlətlərin  arasında yer tutursa, bu Azərbaycan Silahlı Qüvvələrin gücündən xəbər verir. Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov söyləyib ki, Azərbaycan Silahlı Qüvvələri hər zaman Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır. Deməli, bu konkret məlumatlardır, konkret əsaslardır. Hansını ki, biz əsaslandırırıq bu gün Azərbaycan respublikasının silahlı qüvvələri  hansı durumdadır. Siz bilirsiniz 25-20 min və son zamanlar 10 min nəfərin orduya cəlb edilməsi ilə Azərbaycanda iri miqyaslı təlimlər keçirilib hansı ki o təlimlər düşmənimizi vəlvələyə salıb. Azərbaycan artıq müharibəyə hazırlaşıb. Digər tərəfdən də bütün beynəlxaq Azərbaycan 2016-cı ildən bu vaxta qədər xüsusi təyinatları 28 dövlət içində olan yarışmada 1cilik qazanıbdır. Azərbaycan silahlı qüvvələri bugün hərəkətə keçib, anti-terror əməliyyatı aparmırsa, demək ki, əmr gözləyir.

Biz cəbhə bölgəsində, təmas xəttində əli silahlı döyüş tapşırığını yerinə yetiririk. Baxmıyaraq ki, hücum əməliyyatını aparmırıq, təmas xəttini qorumaq şərtilə orda olan yaşayış məntəqələri və dinc sakinləri təhlükəsizlik təmin etmək məqsədi ilə Azərbaycan silahlı qüvvələrinin orda yerləşən bölməkləri öz üzərinə düşən tapşırıqlar yerinə yetirir. O ki qaldı itkilər dünən mülki şəxsi vurublar. Siz bilirsiniz artilerriyada orda olan yaşayış məntəqələrinə atəş açmışdırlar. Evlər, abyektlər dağılırdı. Hətta məktəbin həyətinə mərmi düşmüşdü. Yəni bu vəziyyətdə Azərbaycan artıq öz adekvat cavabını verdi. Və bu gün həmən yaşayış məntəqələrin İstər Tapqaraqoyunlu istiqamətində, istər Horadiz, Cocuq Mərcanlı istiqamətində təhlükəsizlik təmin olunub. Mən sizə əsaslarla izah etdim" - deyə ekspert əlavə edib.

 

Vəfa VƏLİYEVA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...