"Türkiyəyə dəstək verməyənlər heç utanmırlar?!" - Jurnalistdən Şimali Kipr prezidentinə SƏRT TƏPKİ | Eurasia Diary - ednews.net

17 Noyabr,


"Türkiyəyə dəstək verməyənlər heç utanmırlar?!" - Jurnalistdən Şimali Kipr prezidentinə SƏRT TƏPKİ

Ekspert rəyi A- A A+

Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncının Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatına münasibəti böyük etirazlara səbəb olub.

mustafa akıncı ile ilgili görsel sonucu

Mustafa Akıncı özünün Facebook səhifəsində Türkiyə dövlətini qınayıb.

“Əgər bu, “Barış pınarı”dırsa, oradan su deyil, qan axır” ifadələrini işlədən M.Akınçının fikirləri rəsmi Ankarada təəssüflə qarşılanıb. Akıncı, həmçinin münaqişənin diplomatik və danışıqlar yolu ilə həllinə çağırıb.

“Mənə elə gəlir ki, Türkiyənin xoşbəxt gələcəyi türkün, kürdün, ərəbin birgə dialoqunda tapılmalı, 10 ildən artıq davam edən müharibəyə son qoyulmalıdır”,-deyə o bildirib.

Qeyd edək ki, bu açıqlamaya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kəskin reaksiya verib və Kipr prezidentinin fikirlərini “hədsizlik” olaraq dəyərləndirib.

Mövzuyla bağlı Kipr Mətbuat Şurasının İdarə Heyətinin üzvü, jurnalist Gökhan Güler Eurasia Diary-ə ekskluziv açıqlama verib.

Gökhan Güler ile ilgili görsel sonucu

Gökhan Güler Kipr prezidentinin açıqlamasının arxasında duran məqamları belə izah edib:

“Bu açıqlamanı təhlil etmək üçün cənab Akıncının prezident seçilməsi prosesini və sonrasındakı siyasi mövqeyini analiz etmək lazımdır. Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə 19 aprel 2015-ci ildə baş tutan Şimali Kipr Türk Respublikası prezident seçkilərinə qatılan seçici sayı 176.916 nəfər olub. Birinci turda ilk seçim olaraq Mustafa Akıncıya səs verən vətəndaş sayı isə cəmi 29.032 nəfər olub. (Yəni, 16%) Seçkilərin ümumi nəticələrində Akıncının seçilməsi ölkədəki partiyaların “siyasi mühəndislik” oyunlarının nəticəsi hesab edilə bilər. Yəni, Akıncı onsuz da xalqın böyük qisminin dəstəyi ilə iqtdara gəlməmişdi. Və iqtidarda olduğu ilk günlərdən bu yana rəsmi Ankaradan müstəqil siyasət yürütməyə çalışdı. Akıncının çox aktivist və marjinal siyasi xətti var. O, prezidentliyinin ilk günlərindən Türkiyə ilə uzlaşa bilmir”.

G.Güler həmçinin Kipr prezidentinin bu açıqlamasının Kipr xalqının mövqeyini əks etdirmədiyini bildirərək, prezident M.Akıncını sərt şəkildə tənqid edib:

"Macarıstan və Rusiya qədər Türkiyəyə dəstək verməyənlər heç mi utanmırlar? Türkiyənin terrorçulara qarşı sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə başlatdığı “Sülh Çeşməsi” hərəkatının dayandırılması üçün Avropa İttifaqında üzvlər ortaq bəyanat vermək istədiklərində Macarıstan, BMT-də eyni məqsədlə ortaq bəyanat vermək niyyəti ortaya çıxdığı zaman isə Rusiya “veto” qoyaraq Türkiyənin mövqeyini müdafiə etdilər. Başa düşə bilərik ki, Şimali Kipr dünya birliyi tərəfindən tanınmır və Türkiyəyə bu tipli bir dəstək verə bilməz. Bəs hərəkat başlayan kimi dəstək mesajı vermək də çətin idi?! Dəstək verməkləri bir yana dursun, cənab prezidentin 1974-dəki hərbi əməliyyatlara toxunaraq tənqid etməsi kimin, hansı dövlətin xeyrinə olan bir addım idi?! Varını, yoxunu Kipr Türkləri üçün heç düşünmədən fəda edən Türkiyəyə qarşı verilən bu açıqlamaları qəbul etmək mümkün deyil. Və bu açıqlamalar əsla Kipr xalqının mövqeyini ifadə etmir. Şimali Kipr Baş Naziri cənab Ersin Tatar “Sülh Çeşməsi” əməliyyatının ilk günündən Türkiyəyə, “Mehmetciyə” tam dəstək verib. Kipr Türkləri də bu və digər bütün məsələlərdə Türkiyənin mövqeyini dəstəkləyir”.

Nicat İSMAYILOV

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...