“Bunun baş verməsi məni çox təəccübləndirəcək...” - Amerikalı politoloq | Eurasia Diary - ednews.net

17 Noyabr,


“Bunun baş verməsi məni çox təəccübləndirəcək...” - Amerikalı politoloq

Ekspert rəyi A- A A+

Amerikalı konqresmen Frenk Pallon “erməni soyqırımı” qətnaməsini tanıyacağına dair müsbət səs verəcəyini açıqlayıb. Qətnamənin gələn həftə ABŞ Konqresinin Nümayəndələr Palatasında səsverməyə qoyulacağı gözlənilir. Qanun layihəsinin müəllifi olan Frenk Pallon bu səsverməni “tarixi hadisə” adlandırır.

ABŞ və Türkiyə arasındakı münasibətlərin hazırda yaxşı olmadığını nəzərə alsaq, təşəbbüs üçün doğru vaxt seçildiyini görərik. Frenk Pallon açıqlamasında artıq Ankaranı Suriyanın şimalındakı potensial etnik təmizləmədə ittiham etməyə də fürsət tapıb. Əlbəttə ki, ölkəni etmədiyi bir şeydə günahlandırmaq heç bir beynəlxalq hüquqa uyğun gəlmir.

Bir sıra digər tanınmış ermənipərəst konqresmenlər də Frenk Pallon kimi təşəbbüs müəllifləridir. Bunlar Adam Şiff, Qas Bilirakis, Piter Kinq və Ceki Speyerdir.

Erməni analitiklər artıq Amerika Birləşmiş Ştatlarının “erməni soyqırımı” ilə bağlı qətnaməni qəbul etməsinin mümkünlüyünə münasibət bildiriblər. Ancaq erməni tərəfi unudur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “həm bizim, həm də sizin” xoşunuza gəlməyə çalışır və təxminən 100 hərbçi, həkim, minaaxataranlardan ibarət kontingenti Suriyaya göndərib. Aydındır ki, bu, rəsmi Vaşinqtonun xoşuna gəlmədi.

Nikol Paşinyanın ABŞ-a son səfəri məhz buna görə uğursuz oldu. Çox güman ki, Ermənistan rəhbərliyinin strateji düşünə bilməməsi bəzi ermənipərəst konqresmenlərin də fikrinin uğursuz olmasına gətirib çıxaracaq.

Bunu şərh etmək üçün Media.Az məşhur amerikalı analitik, ABŞ Dövlət katibinin keçmiş xüsusi müşaviri Pol Qobla müraciət edib. Müsahibimiz qısa cavabında ABŞ-da “erməni soyqırımı”nın tanınması ideyasının mümkünlüyünü etiraf edib:

“Ancaq indiki gərgin dönəmdə bunun baş verməsi məni təəccübləndirəcək”.

Ermənipərəst konqresmenlər qətnamənin qəbul olunmadığı təqdirdə, onu təkrar-təkrar hansı məqsədlə qaldırırlar? Yəqin ki, fəaliyyət nə qədər çox olursa, pul da o qədər çox olur. Çünki ABŞ-da lobbiçilik cinayət sayılmır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...