Mərakeş BMT-dəki qələbəsi ilə eyni vaxtda Yaşıl Marşın 44-cü ildönümünü qeyd edir - Anastasiya Lavrina | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Mərakeş BMT-dəki qələbəsi ilə eyni vaxtda Yaşıl Marşın 44-cü ildönümünü qeyd edir - Anastasiya Lavrina

Ekspert rəyi A- A A+

Hər il 6 noyabrda mərakeşlilər, Yaşıl Marşın ildönümünü - Saxarada dinc yolla ədalətin və ölkənin ərazi bütövlüyünün bərpa olunduğu tarixi günü qeyd edirlər. 350.000 insanın qatıldığı Yaşıl Marşın nəticəsində 14 noyabr 1975-ci ildə Mərakeş, İspaniya və Mavritaniya arasında ispanların Saxaradan çıxarılmasını şərtləndirən Madrid Sazişi bağlandı. Hər il bu tarixi qeyd edən ölkə, seçilmiş kursa sadiq qalmaqla daxili və xarici siyasətdə uğurlar, inkişaf və nailiyyətlər nümayiş etdirir.

Əlahəzrət Kral VI Məhəmmədin uzaqgörən idarəçiliyi sayəsində Mərakeş çox böyük uğurlar nümayiş etdirir. Bütün bunlar, Soyuq Müharibə dövründən bəri Mərakeşlə Polisario Cəbhəsi arasında uzanan münaqişə və tanınmamış qondarma "Saxara Ərəb Demokratik Respublikası (SADR) separatçılarının qarşıdurması fonunda baş verir.

Krallığın münaqişəni sülh yolu ilə həll etmək və fərqli qitələrdə olan ölkələrlə ikitərəfli münasibətləri inkişaf etdirmək istəyi, özünü etibarlı və perspektivli tərəfdaş kimi tanıtması ölkənin getdikcə daha çox beynəlxalq dəstək almasına, həmçinin beynəlxalq qurumların dəstəyinə səbəb oldu.

30 oktyabr 2019-cu ildə BMT Təhlükəsizlik Şurası Saxara məsələsi ilə bağlı 2494 saylı qətnamə qəbul etdi. Bu sənəddə Mərakeşin mövqeyinin vacibliyi təsdiqləndi və prosesin inkişafındakı müsbət dinamikanın olduğu qeyd edilib. Öz növbəsində, əməkdaşlığın əhəmiyyəti və uzun müddət davam edən problemin həllində bütün tərəflərin iştirakı vurğulanıb. Bu qətnamə, bir növ yeni Şəxsi elçi və Mərakeş, Polisario Cəbhəsi, Əlcəzair və Mavritaniya arasında əldə edilən irəliləyişin artması məqsədilə məsləhətləşmələrinin bərpasına çağırışdır.

BMT Təhlükəsizlik Şurası, MİNURSO-nun (Birləşmiş Millətlər Təşkilatının Qərb Sahara Referandum Missiyası) rolunun vacibliyini və onun öz mandatından istifadə etməsi, o cümlədən ortaq məqbul siyasi həllə nail olmaq üçün yeni Şəxsi elçini dəstəkləmək funksiyasını tam yerinə yetirməsinin vacibliyini qəbul etdi. Qeyd etmək lazımdır ki, 30 aprel 2019-cu ildə BMT Təhlükəsizlik Şurası 13 lehinə, 2 bitərəf (Rusiya Federasiyası və Cənubi Afrika) səs olmaqla 2468 saylı qətnamə qəbul edərək, BMT MİNURSO-nun 6 ay müddətinə, 31 oktyabradək uzadılmasına dair qərar qəbul etdi. 2494 saylı qətnamə BMT Təhlükəsizlik Şurasının münaqişənin sülh yolu ilə həllinə sadiqliyini bir daha təsdiqləyir və bölgədə mövcud olan missiyanın, bir il daha, 2020-ci il oktyabrın 31-dək uzadılmasının vacibliyini xatırladır. Onun başa çatması məsələsi bu günə qədər diqqətdən kənar qalıb.

Qətnamə 2007-ci ildə təklif olunan Mərakeş muxtariyyəti planının aktuallığını da təsdiqləyir və Mərakeşin münaqişənin həlli prosesini irəli çəkmək üçün ciddi və etibarlı səylərini alqışlayır.

Beləliklə, bu il noyabrın 6-da Yaşıl Marşın ildönümünün qeyd olunması həm də Mərakeş Krallığının problemin beynəlxalq birliyin getdikcə daha çox dəstəklədiyi Mərakeş Muxtariyyət Planının prinsiplərinə uyğun həll etməyə sadiqliyini təsdiqləyir.

Anastasiya Lavrina

Avrasiya üzrə aparıcı politoloq, beynəlxalq spiker və bir sıra televiziya proqramlarında şərhçi

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...