“Hakimiyyətin əli xalqın cibində...” İrandakı etirazların əsas səbəbləri...

Analitika 15:45 20.11.2019

Son günlər İranda baş verənlər beynəlxalq mətbuatın diqqətini bu ölkəyə yönəldib. Beynəlxalq Amnistiya Təşkilatının verdiyi məlumata görə 5 gündür davam edən etiraz aksiyaları zamanı ölü sayı 106-ya yüksəlib. Qeyd edək ki, İranda sözügedən aksiyalar hökumətin benzinin qiymətinin 300% artması və vətəndaşlara subsidiya şəklində verilən benzinin miqdarının azaldılması haqda qərarından sonra başladı.

iran'da benzine zam ile ilgili görsel sonucu

İranda benzinin qiymətinin artırılması qərarının bu qədər geniş kütlələrin etirazına səbəb olması qeyri-adi bir hadisə kimi qəbul edilsə də qeyd etməliyik ki, bu ölkədə vətəndaşların çoxu taksi xidmətində çalışır. Hətta mühəndis, həkim, müəllim və s. peşə sahibləri belə əlavə gəlir qazanmaq üçün qeyri-qanuni yolla taksi sürücüsü olaraq çalışır. Benzinin qiymətlərinin qalxması eyni zamanda ölkədə nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə də qiymət artımına səbəb olacağı gözlənilir. Bütün bunlar nəzərə alındıqda İrandakı etiraz aksiyalarının əsas motivi bəlli olur.

İrandakı vəziyyəti daha yaxşı anlamaq və xalqı narahat edən əsas siyasi-iqtisadi problemləri öyrənmək üçün iranlı politoloq Arif Kəskin və adının çəkilməsini istəməyən, əslən Güney Azərbaycandan olan bir iş adamından müsahibə aldıq.

Adının çəkilməsini istəməyən iş adamı olan soydaşımız İrandakı aksiyaların ölkə iqtisadiyyatına ağır zərbə vurduğuna diqqət çəkib:

iran'da pazar ile ilgili görsel sonucu

“Əvvəllər İran, Azərbaycan, Ukrayna kimi ölkələrdə ticarətlə məşğul olmuşam. Hazırda da biznes sektorundayam. Lakin İrandakı ticarətimi artıq tamamilə dayandırmışam. Çünki xüsusilə son illərdə İranda bizneslə məşğul olmaq çox müşkül məsələyə çevrilib. İranda ticarət sözün həqiqi mənasında başağrısıdır. Bir baxırsan infilyasiya səviyyəsi dəyişdi, bir baxırsan gömrükdən, vergidən gəldilər, bir baxırsan sıxırlar. Ona görə də özümü əziyyətə salmamaq üçün artıq İran bazarlarından uzaqlaşmışam. Hazırda daha çox Azərbaycan və İraqda işlərimi davam etdirirəm. Kənd təsərrüfatı məhsullarını Azərbaycandan İraqa satıram.

İranda iqtisadi şəraiti ağırlaşdıran hökumətin qəbul etdiyi qanunlardır. Burada hökumətin vəziyyəti ağırlaşanda, iqtisadi krizis baş verəndə hökumətin əli dərhal vətəndaşın cibinə uzanır.

İrandakı vətəndaşın vəziyyətinin ağır və ya normal olması fikri nisbi yanaşmanın məhsuludur. Bu baxır, kiminlə, hansı dövlətin vətəndaşları ilə müqaisə edirsən. İranda hazırda ucuzluqluqdur, Bakıya baxanda xeyli ucuzluqdur. Əvvəllər İrandan Azərbaycana gəlib mal alırdılar, indi tam əksinə, Azərbaycandan İrana gedib, ucuz qiymətə mal alırlar. Ona görə İran Azərbaycana, Türkiyəyə baxanda xeyli ucuzluqdur, lakin İran öz vətəndaşları üçün çox bahalı məmləkətdir. Benzinin qiymətinin artması da ona görə bu qədər çox cəmiyyəti qıcıqlandırdı. İraq İranla həmsərhəd olan, arıdıcıl siyasi böhranlarla üzləşən, hər an terrorla üz-üzə qalan bir dövlətdir. Lakin İraqda orta aylıq və minimum əməkhaqqı İrandakından qat-qat yüksəkdir. İraqda aşağı təbəqədən olan, fəhləliklə, xadiməliklə məşğul olan vətəndaşlar minimum 500 ABŞ dolları maaş alır, İranda isə cəmi 150-200 dollar arası. Adi bir müəssisə rəhbəri İraqda 2500 dollardan çox məvacib qazanır, İranda isə 1000-1200 dollar. Xalq öz durumunu qonşu xalqlarla müqayisə edir, bu da ayrı bir qıcıqlandırıcı faktordur..."

Məşhur politoloq Arif Kəskin isə İrandakı etiraz aksiyalarını  doğuran siyasi səbəbləri şərh edib:

Arif KEskin ile ilgili görsel sonucu

“Hazırkı etiraz aksiyaları kortəbii hərəkata bənzəyir. Lakin bununla birlikdə etiraz aksiyalarının son dövrlər İranda hökumətə qarşı həyata keçirilən ən genişmiqyaslı aksiyalardan biri olduğunu qeyd etmək yerinə düşər. Sözügedən aksiyalar vətəndaşların sadəcə benizinin qiymətinin qalxmasına verdiyi reaksiya deyil, vətəndaşların artıq rejimi dəyişmək istədiklərinin təzahürüdür. İranda hər zaman az və ya çox dərəcədə iqtisadi problemlər olub. Lakin hazırda xalqın etirazı qiymətdən, bazardan, iqtisadi problemlərdən çox rejimin özünə yönəlib. Bunun da altnda siyasi səbəblər yatır. Rejimə qarşı hər zaman müəyyən etirazlar olub, lakin bu etirazlar və ümumilikdə rejimə qarşı muxalifət bir çərçivə dairəsində olub. Yəni, rejimin bu məsələdə “qırmızı xətti”i var. Son iki ildə İranda baş verən etiraz nümayişlərində dinc vətəndaşlar bu qırmızı xətti tapdadılar. Bunun ən bariz örnəyi Ali Dini lider Əli Xomeneyinin portretinin, İran bayraqlarının yandırılmasıdır...”

Ekspert İrandakı etiraz hərəkatının hər hansısa bir zümrəyə və ya etnik qrupa deyil, bütövlükdə xalqa sirayət etdiyini bildirib.

“2009-cu ildə baş tutan reformist yönümlü “yaşıl hərəkat”a Güney Azərbaycandakı vətəndaşlar qatılmadı. Eyni şəkildə 2017-ci ildəki etiraz aksiyalarına da. Lakin ötən həftənin cümə günündən bu yana davam edən aksiyalara həm türk, həm ərəb, həm fars, həm də kürdlər qoşulub. Bu birdaha onu göstərir ki, rejimə qarşı etiraz ümumxalq səciyyə daşıyır”.

A.Kəskin bəhs etdiyi ümumxalq etirazların əsas səbəblərini belə izah edib:

İlgili resim

“İranda hökumət daxilində bir çəkişmə var. Artıq bunu hökumətdə olan şəxslər də gizlətmirlər. Trampın Nüvə razılaşmasından çxmasından sonra başda Xomeneyi olaraq mühafizəkarlar reformistlər qarşısında üstünlük qazandılar. Çünki muhafizəkarlar əvvəldən ABŞ-la razılığa getməyin əlehinə idilər.

ABŞ embarqoları start götürdükdən sonra ölkə iqtisadiyyatı tək bir quruma tapşırıldı. Prezident, parlament sədri və məhkəmə başqanının iştirak etdiyi “Yüksək İqtisadi Şura”ya. Məhz bu qurum İran iqtisadiyyatına ən ağır zərbəni vurdu. İqtisadiyyata nəzarət iqtisadi subyektlərin əlindən çıxdı. Bu şura ABŞ-ın tətbiq etdiyi sansksiya və embarqoları dəf etməli idi, lakin bacarmadı...

İran dünyanın ən çox neft və qaz ehtiyatına sahib olan ölkələrindən biridir. Lakin hazırda dövlət təbii ehtiyatlardan faydalana bilmir, neft və qaz sata bilmir. İqtisadi böhran dərinləşdikcə vergiləri artırır. Yəni, hökumətin xarici siyasətinin vabalını dinc əhali çəkir. 2017-ci ildən sonra xalq onsuz da bir ümidsizliyə qapılmışdı. Sonuncu qiymət artımından sonra bu umidsizlik daha da kəskinləşdi.

Xalqın etirazlarının təməlində duran səbəblərdən biri də iqtidarın yürütdüyü uğursuz xarici siyasətdir. Xalqın intelektualları ölkədə bu qədər iqtisadi problemlər varkən İranın Livanda, Suriyada, Yəməndə hərbi mövcudluğunu gücləndirməsini və bunun üçün böyük məbləğlər xərcləməsini sərt tənqid edirlər. Yoxsulluq və səfalətlə üz-üzə qalan xalq haqlı olaraq soruşur ki, İranın Yəməndə, Suriyada nə işi var?”

Ekspert həmçinin İranda xalqın psixologiyasında, siyasi proseslərə və iqtidara münasibətində xeyli dəyişimlər olduğunu qeyd edib:

“Hazırki rejimi iqtidara daşıyan “79 inqilabı”nı bir çoxları “qara xalq”ın inqilabı adlandırır. Bunun səbəbi inqilabın tərəfdarlarının daha çox yoxsul və inanclı vətəndaşlardan ibarət olması idi. İrandakı bu yoxsul və dindar təbəqə 40 ildir rejimin “xilasetmə halqası” və əsas müdafiəçisi rolunu oynayır. Lakin son hadisələr bizə onu deməyə əsas verir ki, rejim arıt bu təbəqənin də dəstəyini itirib.

2009-dan bu yana İran siyasətində müəyyən çəkisi və nüfuzu olan reformistər Ruhaninin uğursuz prezidentliyindən ağır zərbə aldılar.  2017-ci il xüsusilə reformistlərlə xalq arasında qırılma nöqtəsi oldu. Hətta reformistlərin məşhur və sevilən simaları Cavad Zərif və Hatəmi kimi şəxslərin belə xalq içərisində nüfuzu xeyli sarsılıb. Bunun səbəbi onların xalqla rejim arasında yaşayanan hər yol ayrımında ali dini lider Xomaneyinin yanında durmalarıdır”.

A.Keskin İranda yaşanan etirazların ölkəni bir erkən seçim prosesinə sürükləmə ehtimalını istisna edib:

“Təbii ki, yaşananların qarşıdakı seçkilərə böyük təsiri olacaq. Lakin indiki məqamda bu qədər nüfuz itirən rejim seçkilərə getməkdən çəkinər. Onu seçkiyə getməyə məcbur edən bir siyasi insitut da yoxdur. Hazırda xalq hər iki iqtidar alternativinə də qarşıdır. Reformistlərin prezidenti, muhafizəkarların dini lideri, ikisi də xalqın gözündən düşüb.  Ona görə də belə bir zamanda seçkiyə getmək, xalqın boykotu ilə üzləşmək riskini özündə ehtiva edir...

Nicat İSMAYILOV

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Hamısı