"Etiraf etməliyik ki, son vaxtlar Azərbaycanın mövqeyi güclənib" Melik Şahnazaryan

Analitika 14:45 06.12.2019

Müxtəlif mənbələrin məlumatına görə, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bratislava iclasından əvvəl Bakı görüş iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyini təqdim edib. Demək bu, həm də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zöhrab Mnatsakanyanla Elmar Məmmədyarovun görüşdən öncə baş verib.

Azərbaycanın Avstriya Respublikası, Slovakiya və Sloveniyadakı səfirliyinin “Twitter” səhifəsində də dərc edilmiş sənəddə deyilir ki, Azərbaycan Respublikası münaqişənin ATƏT-in Minsk qrupu formatında, sülh yolu ilə həllinə sadiqdir. Bununla yanaşı, sənəddə vurğulanır ki, “münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, onun suverenliyinə və ərazi bütövlüyünə tam hörmət olunması ilə mümkündür”.

“168.am” Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyandan məsələyə münasibət öyrənməyə çalışsa da, o, bu haqda danışmaqdan imtina edib.

Mövzu ilə bağlı “Voskanapat” analitik mərkəzinin rəhbəri, politoloq Hrant Melik-Şahnazaryanla söhbətləşmişik.

- Cənab Melik-Şahnazaryan, Bakı xarici işlər nazirlərinin görüşü ərəfəsində münaqişənin həllilə bağlı mövqeyini ortaya qoyur. Bu addımı necə qiymətləndirirsiniz? Sizcə burada məqsəd nədir?

- Fikrimcə, Azərbaycan tərəfinin bu addımı Zöhrab Mnatsakanyanla Elmar Məmmədyarovun görüşünə yox, daha çox ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bratislava toplantısına hesablanıb. Bakı bu qurumda Azərbaycanpərəst mövqe formalaşdırmağa çalışır. Məsələ ondadır ki, Dağlıq Qarabağ münaqişəsinin həllilə məşğul olan yeganə legitim institut – Minsk qrupu məhz ATƏT-ə aiddir. Məhz bu üzdən də Bakı nəinki Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransanın, həmçinin ATƏT-in başqa üzvlərinin də Xarici İşlər nazirliklərilə davamlı iş aparır. O, bu yolla həm Minsk qrupuna, həm də Ermənistana əlavə diplomatik təzyiq mexanizmləri əldə etməyə çalışır. Başqa sözlə, İlham Əliyevin administrasiyası beynəlxalq müstəvidə elə iş qurur ki, bu münaqişə ilə bağlı bütün təkliflər Azərbaycanın xeyrinə olsun.

Məmmədyarov-Mnatsakanyan görüşünə gəlincə, Azərbaycan tərəfi belə birtərəfli və sərt bəyanatlar yaymaqla erməni tərəfilə uzun müzakirələr aparmaq fikrində olmadığını bir daha ortaya qoyur. Yəni o, görüşdə sadəcə, öz tələblərini bir daha irəli sürmək üçün iştirak edir. Bu isə ona dəlalət edir ki, Bratislava görüşündən öncə Azərbaycan məsələni öz xeyirlərinə həll etməsi üçün əlverişli şəraitin yarandığı haqda siqnal alıb.

- Bəs Azərbaycan tərəfinin bu addımına Ermənistan Xarici İşlər Nazirliyinin cavabı necə olmalıdır? Buna reaksiya verilməlidirmi?

- Belə bəyanatları cavabsız qoymaq sadəcə, cinayətdir! Yerevan Azərbaycanın maksimalist mövqeyini tənqid etməyə, ATƏT-in Xarici İşlər Nazirləri Şurasından Bakının aqressiv mövqeyinə qiymət verilməsini tələb etməyə borclu idi! Təəssüf ki, erməni tərəfi bunu etmədi. Əksinə, səhər eşitdim ki, baş nazirin xanımı Anna Hakobyan Mehriban Əliyevanı muğam dinləmək üçün Qarabağa dəvət edib. Səmimi etiraf etməliyik ki, Nikol Paşinyanın yumuşaq desək, düşünülməmiş bəyanatları Ermənistan diplomatiyasının dilini gödək edir. Diqqət edin, xarici işlər nazirimiz Sergey Lavrovla görüşdə nə Azərbaycan prezidentinin, nə xarici işlər nazirinin bəyanatlarına, nə də elə Lavrovun özünün qəribə fikirlərinə reaksiya verdi. Zöhrab Mnatsakanyana nədənsə elə gəlir ki, bütün problemlər öz-özünə həll olunacaq. Görünən odur ki, Ermənistanın danışıqlar prosesilə bağlı problemi gündən-günə artır və vəziyyət bizim üçün daha təhlükəli şəkil alır.

- Bunun fonunda erməni tərəfi danışıqlara hansı mövqe ilə getməli idi?

- Maraqlı sualdır. Təəssüf ki, Ermənistanın indiki hakimiyyəti bizim əvvəlki mövqelərimizdən imtina edib. Halbuki, o mövqeyimiz vaxtilə Azərbaycan üçün böyük problemlər yaradırdı. Hətta Əliyev deyirdi ki, xarici qüvvələr ondan Qarabağın müstəqilliyini tanımasını tələb edir.

Paşinyan və hökuməti Qarabağ məsələsində hələ də konkret strategiyaya malik deyil. Bu, çox ciddi problemdir. Məhz bu səbəbdən Ermənistanın baş naziri ilə xarici işlər naziri davamlı olaraq bir-birinə zidd bəyanatlarla çıxış edirlər. Bu mənada Zöhrab Mnatsakanyanın Bratislavada hansı mövqedən çıxış edəcəyini, hansı məsələləri qaldıracağını söyləmək çox çətindir (müsahibə görüşdən əvvəl götürülüb - WM). Məni ən çox qorxudan odur ki, danışıqlar masasına Yerevanda yox, Bakıda və ya digər paytaxtlardan birində hazırlanmış həll planı qoyulsun. Son günlərdə baş verənlər, müxtəlif rəsmi şəxslərin şərh və bəyanatlar göstərir ki, bu, real təhlükədir. Məhz bu üzdən Zöhrab Mnatsakanyan ən azı, danışıqların gündəliyindən imtina etməlidir.

- Ekspertlər deyir ki, Azərbaycan münaqişənin siyasi həllini yalnız öz cızdığı sərhədlər çərçivəsində görür. Necə düşünürsünüz, bu Ermənistana qarşı irəli sürülmüş ultimatum deyilmi? Ümumiyyətlə, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı son sənədin məzmununu necə qiymətləndirirsiniz?

- Əlbəttə ki, bu ultimatumdur! Birmənalı! Amma məsələ ondadır ki, indi Azərbaycan tərəfi tutduğu sərt mövqenin səbəbkarı kimi Nikol Paşinyanı, daha dəqiqi, onun bəyanatlarını göstərir. Onlar deyir ki, əgər Yerevanın mövqeyi Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” fikrindən ibarətdirsə, onda biz də deyirik ki, “Qarabağ Azərbaycandır və nida!”.

Etiraf etməliyik ki, əvvəllər Azərbaycanın sərt mövqeyinə cavab verə bilirdiksə, indi bunu edə bilmirik. Əvvəllər Yerevan və Minsk qrupunun həmsədrləri eyni mövqedən çıxış edirdilərsə, indi bu, belə deyil. Nikol Paşinyanın bu qədər qısa müddətdə Ermənistan diplomatiyasını bu qədər zəiflətməyi necə bacardığını anlamaq mümkün deyil. Bu, görünməmiş hadisədir və normal izahı yoxdur.

Erməni dilindən tərcümə etdi - WorldMedia.Az

Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə

Xəbər xətti

Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib
20:44 18.03.2024
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
20:22 18.03.2024
Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
19:57 18.03.2024
Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”
19:54 18.03.2024
Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub
19:50 18.03.2024
Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ
19:39 18.03.2024
Fransada fermerlər hökumət binaları qarşısına təkər yığıblar
19:20 18.03.2024
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
19:04 18.03.2024
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin sayı ARTIRILIB
19:00 18.03.2024
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
18:40 18.03.2024
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
18:20 18.03.2024
Azərbaycan Premyer Liqasının klubları cərimələnib
18:08 18.03.2024
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
18:00 18.03.2024
Məşhur aktyor Afrikada şəhər tikəcək
Məşhur aktyor Afrikada şəhər tikəcək
17:45 18.03.2024
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
17:35 18.03.2024
Şimali Koreyanın növbəti lideri bəlli olub
Şimali Koreyanın növbəti lideri bəlli olub
17:30 18.03.2024
Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları YARADILACAQ
17:26 18.03.2024
Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə
17:21 18.03.2024
YAP maliyyə hesabatını MSK-ya təqdim edəcək
17:19 18.03.2024
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
17:15 18.03.2024
Ceyhun Bayramov Türkiyəni təbrik etdi
17:08 18.03.2024
“Azərbaycan Qarabağdakı yenidənqurma işləri ilə dünyaya nümunə olacaq” – Məhəmməd Yunus
17:00 18.03.2024
Ötən həftə işğaldan azad olunmuş ərazilərdə aşkarlanan minaların SAYI
16:56 18.03.2024
Hamısı