"Ukraynada sülh formulu özünüaldatmadır" - Ukraynalı ekspert Putin-Zelenski görüşünü şərh etdi | Eurasia Diary - ednews.net

17 Yanvar, Cümə


"Ukraynada sülh formulu özünüaldatmadır" - Ukraynalı ekspert Putin-Zelenski görüşünü şərh etdi

Ekspert rəyi A- A A+

Dekabrın 9-da Fransa, Almaniya, Ukrayna və Rusiya liderləri ilk dəfə Parisdə görüşəcək. Onlar Donbasda münaqişənin həllini müzakirə edəcək. Bu ərəfədə Ukraynada kütləvi nümayişlər keçirildi. Nümayişçilər Zelenskini milli maraqları və Ukraynanın ərazi bütövlüyünü Kremlin təcavüzündən qorumaq vədini unutmaqda ittiham edir.

Eurasia Diary ukraynalı politoloq Vadim Tryuxana suallar ünvanlayıb.

- Zelenski və Putinin görüşü ilə bağlı keçirilən mitinqlərin səbəbi barədə fikirlərinizi bilmək istərdik. Dövlət başçılarının görüşündən nə gözləyirsiniz? Ştanmayer planı tam yerinə yetiriləcəkmi? Bu mitinqlər Zelenskinin istefasını tələb edən kütləvi aksiyalara çevrilə bilərmi?

- Ukraynada sensasion və ya gözlənilməz heç nə baş vermir. Parisdəki Norman formatında görüş ərəfəsində və günündən ən azı bir ay əvvəl mitinqlər elan edilmişdi. Nümayişlər Ukraynada və dünyanın bir çox ölkəsində keçirilir. Aksiyanın məqsədi Ukraynanın rəhbərliyinə, ölkənin qərb tərəfdaşlarına və Vladimir Putinə ukraynalıların suverenliyinin hətta kiçik bir hissəsindən vaz keçərək öz milli maraqlarından imtina etməyə hazır olmadığını göstərməkdir.

Bu aksiyalar əslində bu gün Parisdə Vladimir Zelenskiyə həm Putinlə, həm də ukraynalıların son zamanlar etibarını itirdiyi Fransa və Almaniya liderləri ilə danışıqlarda mövqeyini qorumağa kömək edəcək", deyə V. Tryuxan bildirib.

- Ukraynadakı rusların məskunlaşdığı bölgələr üçün muxtariyyət təmin edən qondarma "Ştanmayer planı" həyata keçiriləcəkmi?

- Reallıqda heç bir "Ştanmayer planı" mövcud deyil. "Ştanmayer düsturu" adlandırılan iki abzaslıq mətn özünüaldatmadır. Burada yerli özünüidarəetmə xüsusiyyətləri haqqında qanun müvəqqəti olaraq Donetsk və Luqansk ərazisinin ayrı-ayrı bölgələrində seçkilər günü və davamlı olaraq ATƏT missiyasının seçki nəticələrini yoxladığı gündən qüvvəyə minməsi və təyin edilmiş norma və standartlara uyğun tanınma nəzərdə tutulur.

“Ümumiyyətlə, Rusiya və Ukrayna tərəflərinin rəsmi nümayəndələrinin bəyanatlarına əsasən, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan böhranın həllində ciddi irəliləyiş gözləmək olmaz. Kremlin Ukraynadan çıxmaq üçün siyasi iradəsi yoxdur. Buna görə bu gün ancaq danışıqlarda kiçik irəliləyişə nail olmağa ümid edə bilərik. Əsirlərin mübadiləsi və siyasi məhbusların Rusiya həbsxanalarından qaytarılması Prezident Zelenskinin bu gün əldə edə biləcəyi maksimum nəticədir”, o deyib.

- Mitinqlərdə Zelenskinin istefası tələb oluna və bu ümumxalq etirazlarına çevrilə bilərmi?

- Prezident Zelenski Rusiya və qərb tərəfdaşlarımızın şantajına və təzyiqinə məruz qalmadan Ukraynaya qayıdarsa və Ukraynanın milli maraqlarına cavab verməyən razılaşmalara getməzsə, Ukraynada baş verən mitinqlər sakit formada bitəcək. Ancaq insanlar onun qırmızı xətti keçməsindən şübhələnərsə, onda hər şey ola bilər. 29 noyabr 2013-cü ilə qədər eks-prezident Yanukoviç özünü çox güclü hesab edərək, hakimiyyətdən getmək barədə heç düşünmürdü. Lakin nəticədə utanc hissi ilə ölkədən qaçdı və Rostovda yerləşdi. Ümid edirik ki, onun aqibəti prezident Zelenski üçün çəkindirici amil olacaq", deyə Vadim Tryuxan fikrini tamamlayıb.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...