Hindistan İrəvandan Azərbaycana mesaj verdi: Ya mənimlə anlaş, ya da...

Analitika 12:56 19.12.2019

Xəbər verdiyimiz kimi, ötən günlərdə Ermənistanın müdafiə naziri David Tonoyan Hindistanın Ermənistandakı səfiri Kişan Dan Devalı qəbul edib. Görüşdə tərəflər hərbi-texniki, hərbi-təhsil, kadr hazırlığı, sülhməramlılıq, hərbi tibb və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəlib.

Qeyd edək ki, bir neçə ay əvvəl Ermənistanın Hindistandan raket kompleksləri və digər hərbi texnikaların alacağı ilə bağlı xəbər yayılmışdı.

“Qisasa Qisas”

Hindistan səfiri ilə Ermənistan müdafiə naziri arasındakı hərbi razılaşma barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand da Eurasia Diary-ə özəl açıqlamalar verib:

Səid Xan Mohmand ile ilgili görsel sonucu

"Məncə bu sadəcə “qisasa qisas” kimi səciyyələndirilə bilər. Çünki, əvvəla Pakistan Ermənistanı bir dövlət kimi tanımır. Eyni zamanda, Azərbaycan Hindistan müdafiə nazirliyi ilə birgə əməkdaşlıq etmək istəmir. Aydındır ki, düşmənlərimiz bizə qarşı əl-ələ verib birləşmək istəyir. Biz də öz növbəmizdə hər zaman Azərbaycana dəstəyimizi əsirgəməyəcəyik və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqı və BMT Təhlükəsizlik Şurasının qərarı çərçivəsində həll olunmasında yardımımızı durmadan davam etdirəcəyik”.

Bəs bayram deyil, seyran deyil, Hindistan səfiri niyə Ermənistan müdafiə naziri ilə görüşdü?!

Ümumiyyətlə, son dövrlər Hindistanın Cənubi Qafqaz regioununda siyasi-diplomatik aktivliyi artıb. Məsələn, Hindistanla Gürcüstan arasında iqtisadi əlaqələr genişlənib. Son iki ildə Gürcüstan Hindistanlı iş adamları üçün yeni bazara çevrilib.

Eyni zamanda, Hindistan Azərbaycanla hərbi-siyasi və iqtisadi əməkdaşlığa xüsusi maraq göstərir. Lakin Azərbaycan müttəfiqi Pakistanla münasibətlərini nəzərə alaraq Hindistanla xüsusən, hərbi sahədə sıx əməkdaşlıqdan yayınır.

Hindistanın Ermənistanla əməkdaşlığı isə daha çox Azərbaycanı öz tərəfinə çəkməyə istiqamətlənib. Azərbaycana qarşı atılan diplomatik addımlar cavabsız qaldığı zaman Yeni Dehli hökuməti İrəvan kartını oynamağa başlayır. Yuxarıda bəhs etdiyimiz hərbi razılaşma da buna misal kimi göstərilə bilər. Hindistanlı səfirin İrəvanda Ermənistan müdafiə naziri Tonoyanla əldə etdiyi razılaşmanın bu dövlətlər üçün nə hüquqi, nə də hərbi-siyasi əhəmiyyəti yoxdur. Əgər ciddi bir razılaşma olsa idi, bu görüşdə birbaşa hər iki tərəfin dövlət başçıları, heç olmasa müdafiə nazirləri iştirak edərdi. Bu razılaşma Azərbaycana ünvanlanan bir diplomatik mesaj idi: Hindistan Azərbaycanla hər sahədə (xüsusilə hərbi sahədə) əməkdaşlıq etmək istəyir, əgər Bakı bu əməkdaşlıqdan yayınırsa Hindistan da İrəvana yönələcək...

Hindistanın Cənubi Qafqazda diplomatik aktivliyinin artmasının isə iki əsas səbəbi var:

1. Hindistan, Rusiya və İran tərəfindən hazırlanan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi və bu layihənin əsasında Hindistan və Cənubi Qafqaz ölkələrinin eyni beynəlxalq tranzit layihəsində iştirakının təmin edilməsi;

2. Pakistanın Azərbaycanla günü-gündən genişlənən hərbi-siyasi əməkdaşlığı

Əlbəttə, Hindistan Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsini maksimum səviyyədə beynəlxalq müstəviyə daşımağı arzu edir. Layihənin yekun hədəfi Hindistanın Mumbay limanı ilə Rusiyanı, Şərqi Avropanı birləşdirmək, Hindistan məhsullarını dünyanın bir ucundan, o biri ucuna daşımaqdır. Hindistan bu layihə ilə yalnız iqtisadi deyil, siyasi mənfəət götürməyi, eynilə Çin kimi öz layihəsi ilə nüfuz dairəsini genişləndirməyi hədəfləyir. Lakin Hindistanın öz siyasi ağırlığını Cənubi Qafqaz geosiyasətində hiss etdirməsinə ən böyük əngəl Pakistandır. Pakistan və Azərbaycan ararasında olan sıx hərbi-siyasi əməkdaşlıq planlarının reallaşmasına mane olur. Hətta bu müttəfiqliq hərbi-siyasi sahələrdə Hindistan-Azərbaycan əməkdaşlığını bir növ əngəlləyir.

Hindistanın regiondaki aktivliyi də Azərbaycan və Pakistan arasındakı sıx əməkdaşlığı səngitməyə istiqamətlənib. Məqsəd Azərbaycanı Hindistanın müttəfiqnə çevirmək və Cənubi Qafqazdakı əsas geosiyasi oyunçunu ələ almaqdır.

Azərbaycanı qazanmaq Hindistan üçün sadəcə geosiyasi və iqtisadi bir uğur deyil, həm də informasiya müharibəsində Pakistana qarşı çox vacib bir zəfər olacaq. Kəşmir məsələsində bir müsəlman dövlətinin (müsəlmanların çoxluq təşkil etdiyi) Hindistanı dəstəkləməsindən böyük bir diplomatik uğur təsəvvür edilə bilməz.

Bakı isə hər iki dövlətlə əməkdaşlıqda maraqlıdır və bunu dəfələrlə bəyan edib. Azərbaycan və Pakistan hər sahədə əməkdaşlıq edən müttəfiq dövlətlərdir. Ən önəmlisi isə Pakistan Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş Ermənistanı müstəqil bir dövlət kimi tanımır, Qarabağı Azərbaycanın ərazisi olaraq qəbul edir.

Əlbəttə, Azərbaycan və Hindistan arasında tarixi-mədəni bağlar olduqca qədim köklərə malikdir. Lakin Hindistan Ermənistana raket kompleksləri satdığı müddətcə bu münasibətlər tarixi-mədəni əlaqələrdən irəliyə gedə bilməz.

Rəsmi Bakı isə Pakistanla müttəfiqlik, qardaşlıq münasibətlərinə rəğmən, Hindistanla Pakistan arasındakı Kəşmir probleminə çox həssas yanaşır və tərəf tutmadan, beynəlxalq hüququn dəstəklədiyi tərəfi dəstəkləyir. Həmçinin Azərbaycan Pakistana silah satmır, əksinə silah alır. Hindistanınsa Ermənistana satacağı silahlar cəbhədə Azərbaycan əsgərinə yönələcək...

Nicat İsmayılov

İsrail İrana raket zərbəsi endirdi - VİDEO

Xəbər xətti

İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
Hamısı