“Baş naziri torpaqları təhvil vermək niyyətində olmaqda günahlandırırlar, amma belə bir şey yoxdur.
Eurasia Diary tert.am-a istinadən xəbər verir ki, bunu erməni siyasi analitik Karen Bekaryan Qarabağ məsələsindən danışarkən deyib.
O, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanı misal gətirərək onun münaqişənin mərhələli həll yoluna razılıq verərək istefa etdiyini bildirib: "Məgər ondan sonra gələn hakimiyyət üçün danışıqlar prosesini alt-üst etmək və bunu tamamilə Ermənistan dövlətlərinin maraqlarına uyğunlaşdırmaq asan oldu?" Əlbəttə ki, yox. On illərlə davam edən bütün bu diplomatik fəaliyyət beynəlxalq birliyin öz müqəddəratını təyin etmə hüququna hörmət məsələsini qəbul etməsinə səbəb oldu”, erməni analitik deyib.
"Ancaq harada başladığınız və haradan gəldiyiniz yadınızdadısa, dinamikanı başa düşürsünüzsə, deməli işiniz nəticə verib. İndi tamamilə əks mərhələdəyik. Hal-hazırda biz nəticələrin uğursuzluğa düçar olduğu yoldayıq. Obyektiv və ya subyektiv səbəblərə görə bu gün hökumətimiz danışıqlar prosesində elə bir vəziyyət yaradıb ki, əvvəlki nöqtəyə qayıtmaq üçün illər kifayət etməyəcək", o deyib.