"180 günahsız insanın ölümünə səbəb olan İranın nüvə silahına sahib olması..." - İranlı ekspertdən xəbərdarlıq | Eurasia Diary - ednews.net

22 Fevral, Şənbə


"180 günahsız insanın ölümünə səbəb olan İranın nüvə silahına sahib olması..." - İranlı ekspertdən xəbərdarlıq

Ekspert rəyi A- A A+

Güney Azərbaycanlı politoloq Arif Kəskin İranın Ukraynaya məxsus təyyarəni raketlə təsadüf nəticəsində vurması ilə bağlı Eurasia Diary-ə açıqlama verib.

"Əlindəki raketlə ya qəsdən/məsuliyyətsizlikdən ya da səriştəsizlikdən dolayı/səhfən 180 günahsız insanın ölümünə səbəb olan bir ordunun nüvə silahına sahib olmasını istərdinizmi? Bu cinayət eyni zamanda İranın silahlanma və nüvə silahına sahib olma ambisiyasının necə ağır nəticələrə səbəb ola biləcəyinə sübutdur", A.Kəskin deyib.

Qeyd edək ki, bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama verib. Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” təyyarəsinin "insan səhvi" nəticəsində təsadüfən vurulduğu bildirilib. Buna səbəb kimi isə təyyarənin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinin yaxınlığında uçduğu göstərilib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib.  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...