Moderator.az-ın əməkdaşının verdiyi xəbərə görə daha bir erməni əsgəri həlak olub və onun meyiti dünən axşam saatlarında İrəvana yola salınıb. Bununla yanaşı, Ermənistan ordudakı intihar və qeyri-qanuni hərəkətlərin qarşısını almaq üçün qanunlarını sərtləşdirir. Lakin bütün bunlara baxmayaraq ordudakı özbaşınalığın qarşısını ala bilmir.
Eurasia Diary xəbər verir ki, moderator.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə erməni ordusunun “oğru” qanunlarıyla idarə olunduğunu və bu səbəbdən də belə hadisələrin baş verdiyini bildirdi:
“Bütün ordularda “dedavşina”, yəni qeyri-nizami davranışlar var bütün ordu rəhbərləri bununla mübarizə aparmağa çalışır. Erməni ordusunda da iyirmi ildən çoxdur ki, bu davam edir. Erməni hərbçiləri konfranslarda mənimlə söhbətlərində özləri də etiraf edirdilər ki, orduda “oğru” qanunları işləyir, yəni ordu bu qaydalarla idarə olunur. Hər bir hərbi hissənin nəzarətçisi var və o, ya əsgər, ya da müddətdən artıq hərbçi olur. Bununla yanaşı, zabitlər ona aylıq pul ayırırlar. Onların “sxodka”ları da olur. Ermənistan dövləti isə bununla mübarizə aparsa da, heç bir müsbət nəticə əldə edə bilməyib. Qanunların sərtləşdirilməsi isə hadisələrin sayını çoxaldacaq. Bir çox hallarda bu cür ölüm hallarını bizim ordunun boynuna yıxırlar, amma itkilər təkə cəbhə bölgəsində deyil, arxa cəbhədə də baş verir”.