Terrora dəstək verən xüsusi xidmət DOSYE

Analitika 17:18 27.01.2020
1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın sərəncamı ilə ER SSR DTK-nın bazasında Milli Təhlükəsizlik Dövlət İdarəsi yaradıldı. Onun kəşfiyyat, əks-kəşfiyyat, terrorçuluq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, istintaq strukturları vardı. Amma 1999-cu il oktyabr ayının 27-də Ermənistan Parlamentində baş verən hadisə ölkənin xüsusi xidmət orqanının səmərəliliyini ciddi şübhə altına saldı.
 
Ermənistan xüsusi xidmət orqanları iki əsas rəqibə - Azərbaycan və Türkiyəyə qarşı fəaliyyət göstərir. Ermənistan kəşfiyyatı Rusiyanın güclü təsiri altındadır. Ermənistan ərazisində RF-in radioelektron kəşfiyyat bazası mövcuddur. RF-nin təsiri altında olan bir sıra digər keçmiş Sovet Respublikalarında (məsələn, Belarus, Tacikistan və s.) olduğu kimi, bu ölkədə də xüsusi xidmət orqanlarında əsaslı islahatlar aparılmayıb.

Azərbaycana qarşı Ermənistan Respublikasının dövlət səviyyəsində həyata keçirdiyi terror fəaliyyətində Milli Təhlükəsizlik Xidməti (MTX) və hərbi kəşfiyyat orqanları iştirak edirlər. MTX Dağlıq Qarabağda fəaliyyət göstərən (“Erməni Milli Ordusu”, “Yerkpa”, “Qisasçılar”) və xaricdəki erməni diasporunun terror təşkilatları (ASALA, ARA, “Gülimyan”, “Kommandos”) ilə yaxından əməkdaşlıq edir. Avropa, Amerika və Asiyadakı erməni diaspor təşkilatlarından istifadə etməklə Ermənistan təhlükəsizlik orqanları özünün xarici rezidenturalarını qura bilib.

Ermənistanın xüsusi xidmət orqanları, xaricdəki rezidenturaları və erməni diasporunun nümayəndələri mafiya təşkilatları, transmilli mütəşəkkil cinayətkar qruplar, terror təşkilatları ilə sıx əlaqə saxlayır. Məsələn, 1995-ci ildə Çexiyanın xüsusi xidmət orqanları Ermənistan kəşfiyyat orqanının dörd əməkdaşını narkomafiya ilə əlaqədə şübhəli bilərək, həbs etmişdi. Livanda isə Ermənistan təhlükəsizlik orqanları İnterpol xətti ilə axtarışda olan ASALA terror təşkilatlarının başçıları ilə əlaqədə ittiham olunmuşdu.

1996-cı ildə Ermənistan Milli Təhlükəsizlik Nazirliyi yaradılmış və Daxili İşlər Nazirliyi ilə birləşdirilmişdi. Bu qəribə hibrid uzun çəkmədi və 2002-ci il dekabr ayının 19-da Milli Təhlükəsizlik Nazirliyi Ermənistan Hökuməti yanında Milli Təhlükəsizlik Xidmətinə çevrildi. Ermənistan MTX daxilində Kəşfiyyat, Əks-Kəşfiyyat, Hərbi Əks-Kəşfiyyat, Konstitusiya Quruluşunun Mühafizəsi və Terrorçuluqla Mübarizə Baş İdarələri var. Habelə Yerevan şəhər, Regional, Xüsusi Əməliyyatlar, Əməliyyat-Texniki, Radio Əks-Kəşfiyyat, Xarici Əlaqələr, Təsərrüfat və Sərhəd Qoşunları MTX-ya daxildir.

Ermənistan xüsusi xidmət orqanlarının MDB-də ən yaxın tərəfdaşı Rusiya və Belarusdur. ER Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təhsil müəssisələrində hazırlıq keçirlər. Belarus Respublikasının Milli Təhlükəsizlik İnstitutu da Ermənistan xüsusi xidmət orqanları əməkdaşlarının hazırlanmasında və təkmilləşməsində əsas yer tutur.



Erməni terrorçuluğu hələ 1970-ci illərdə, SSRİ-nin mövcud olduğu dövrlərdə geniş yayılmışdı. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin illik hesabatlarında daim Ermənistan SSR-in adı erməni terrorçularının fəaliyyətinə dəstək verən respublika kimi qeyd edilirdi.

Məsələn, 1977-ci il yanvar ayının 8-də Moskvada üç partlayış baş vermişdi. Nəticədə yeddi nəfər ölmüş, otuz yeddi nəfər yaralanmışdı. Terrorçular təxribat üçün ən uyğun zamanı seçmişdilər. Belə ki, hadisədən iki həftə əvvəl SSRİ KP MK-nın Baş katibi Leonid Brejnevin yetmiş illik təntənəli yubiley mərasimi keçirilmişdi. Moskvaya xarici ölkə nümayəndələrinin gəlişi ilə əlaqədar şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Milis və DTK gücləndirlimiş iş rejimində işləyirdilər. Yubiley tədbiri və yeni ildən sonra isə şəhərə sakitlik çökmüş və terrorçular bundan, habelə şənbə günü səbəbindən şəhərdə çoxlu insanların olmasından istifadə etmişdilər.

Sonuncu dəfə SSRİ-də buna bənzər hadisə əlli il əvvəl, 1927-ci ilin 6 iyul tarixində baş verdiyi üçün erməni terrorçularının partlayışlar törətməsi paytaxtda sadə insanlar arasında və Kremlin özündə əsl şok yaratmışdı. Brejnev dərhal DTK sədri Yuri Andropov və daxili işlər naziri Nikolay Şelokovla əlaqə saxlayaraq, ən qısa zamanda cinayətkarları tapmağı tapşırır. Bundan sonra yanvar ayının 9-da bazar günü olmasına baxmayaraq SSRİ DTK və DİN-də təcili müşavirə keçirilir, cinayətkarların axtarılıb-tapılması üçün DTK, DİN və SSRİ Baş Prokurorluğunun ən yaxşı mütəxəssisləri bu işə cəlb edilirlər.

Hüquq-mühafizə orqanları terror aktı zamanı istifadə olunmuş əldəqayırma partlayıcı maddələrin Yerevan şəhərində hazırlandığını ehtimal edərək, “Moskva-Yerevan” qatarlarının bütün sərnişinlərini yoxlamadan keçirmiş və nəticədə iki terrorçunu - Akop Stepanyan ilə Zaven Baqdasaryanı həbs etməyə müvəffəq olmuşdular. Lakin Ermənistan SSR hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirlərində olduqca həvəssiz iştirak etmişdi. Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Karen Dəmirçiyan şəxsən istintaq qrupunun rəhbərinə zəng edərək, respublika ərazisində Moskvadan gələn müstəntiqlərin qanunsuz və özbaşına hərəkətlərinə son qoyulmasını tələb etmiş, əks halda şəxsən Brejnevə şikayət edəcəyilə hədələmişdi. Ermənistan SSR rəhbərliyinin addımına Ermənistan DTK-nın rəhbərliyi də dəstək verərək, terrorçuların bu respublikadan olduqlarını təkzib etməyə cəhd göstərmişdilər. İstintaq qrupunun tək ümidi şübhəli şəxslərin mənzillərində axtarış aparmaq, əşyayi-dəlillər tapılmazsa, tutulanları azadlığa buraxmaq idi. Çox çətinliklə də olsa, buna razılıq alınmış və müvafiq axtarışlar zamanı müttəhimlərin günahkar olduqlarını sübut edən təkzibolunmaz dəlil-sübutlar tapılmışdı.

Terror aktlarının ideya müəllifi erməni milli hərəkatının liderlərindən biri Stepan Zatikyan olmuşdu. Hələ Yerevan Politexnik İnstitutunda oxuyan zaman o, digər tələbələrlə bərabər gizli Ermənistan Milli Birlik Partiyası yaratmış və “Paros” (“Mayak”) qəzetini nəşr etməyə başlamışdılar. Həmin qəzetdə onlar müstəqil Ermənistanın yaradılmasını, Dağlıq Qarabağ və Naxçıvanı Ermənistana verməyi tələb edirdilər.

1964-cü ildə S.Zatikyan antisovet təbliğatı apardığı üçün həbs edilmişdi. Azadlığa çıxdıqdan sonra Moskvadakı terror aktlarını planlaşdırmaqda əli olan S.Zatikyan ən ağır cəzaya - güllələnməyə məhkum olunmuşdu.



Nəzakət Məmmədova
Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK — VİDEO

Xəbər xətti

Paşinyan: "İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginlik yaradacaq"
12:05 18.04.2024
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
12:00 18.04.2024
Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb”
11:55 18.04.2024
“Ermənistanın etnik təmizləmə haqqında iddiaları əsassız olaraq qalır” – Samuel Uordsvors -VİDEO
11:54 18.04.2024
Çingiz Abdullayev: “Artıq o dünyada olmuşam, heç qorxmuram”
11:49 18.04.2024
Rəhman Mustafayev Ermənistan nümayəndəliyini belə İFŞA ETDİ - VİDEO
11:43 18.04.2024
Azərbaycanlı şahmatçı yenə uduzdu
Azərbaycanlı şahmatçı yenə uduzdu
11:35 18.04.2024
Sülhməramlıların mövcudluğu Azərbaycan üçün təhlükə idi? - Politoloqdan RƏY
11:30 18.04.2024
Aprelin 21-də buraxılış imtahanı keçiriləcək
11:27 18.04.2024
İqtisadiyyat nazirinin müavini təyin olunan Anar Axundov kimdir? – DOSYE
11:20 18.04.2024
İqtisadiyyat nazirinə yeni müavin TƏYİN OLUNDU
11:17 18.04.2024
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
11:15 18.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 3 gün bağlı olacaq
11:05 18.04.2024
Aytən Səfərovanın vəziyyəti açıqlanıb
11:00 18.04.2024
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
10:55 18.04.2024
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un SATILACAQ
10:50 18.04.2024
Yeni qanun qadınlara təzyiqi artıra bilər
Yeni qanun qadınlara təzyiqi artıra bilər
10:45 18.04.2024
Paşinyan: "Azərbaycanlılarla ünsiyyət qurmaq istəmirsinizsə, qurmayın"
10:35 18.04.2024
Umud Mirzəyev: “Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini anbaan gözləyirdim”
10:30 18.04.2024
Satanovski: Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu başa çatıb
10:20 18.04.2024
Teslanın Hindistan planı
Teslanın Hindistan planı
10:15 18.04.2024
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
10:13 18.04.2024
Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK — VİDEO
10:10 18.04.2024
ABŞ Dövlət Departamenti Azərbaycan mətbuatının sorğusunu cavablandırdı
10:05 18.04.2024
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
10:00 18.04.2024
Nazir: COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı dəyərləndirilib
09:55 18.04.2024
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
09:40 18.04.2024
Xankəndidə xeyli silah-sursat aşkarlanıb
09:37 18.04.2024
Beynəlxalq Ədalət Məhkəməsi nə qədər ədalətlidir? - Umud Mirzəyev ŞƏRH EDİR – MÜSAHİBƏ – VİDEO
09:28 18.04.2024
Bu gün Başlıbel faciəsinin ildönümüdür
09:21 18.04.2024
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
09:15 18.04.2024
Ağdamda minaatan qurğular aşkar edilib
09:10 18.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var
09:00 18.04.2024
Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Hamısı