Qarabağ məsələsində əsas dövlətlər iştirak etməyincə barışıq olmaz siyasi ekspert

Analitika 15:25 19.02.2020

Azərbaycan və Ermənistan liderlərinin Münhen Təhlükəsizlik Konfransı görüşündən bəri Qarabağ problemi yenidən müzakirə mövzusu oldu. Müzakirədən sonra KİV və ekspertlər Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın çıxışları ilə bağlı çoxlu fikirlər səsləndirirlər. Hətta, bəzi KİV-in Ermənistanın Azərbaycan torpaqlarında illərdir saxta iddialarla dövlət qurmasını tənqid edərək Qarabağ məsələsinə ədalətli yanaşması xeyli diqqət çəkdi. Ən əsas odur ki, Azərbaycan tərəfi görüş əsnasında erməni snayperinə tuş gələn şəhidinin xəbərini alarkən sözdə "sülhsevər" Ermənistan tərəfi onlarca iştirakçı qarşısında söz tapa bilmədi. Bu, Qarabağ məsələsini ittiham dolu sözlərlə dilə gətirən iki liderin debat səhnəsi idi - artıq kimə inanılıb-inanılmaması fərq etməz...

Arxa səhnədə isə olanlar tamamən başqadır - Azərbaycan fevralın sonunu Xocalı soyqırımı, martın sonunu 31 mart qırğını və qarşıdan gələn ayları biri-birinin ardınca işğal olunan rayonlarının ildönümləri kimi qeyd edir. Azərbaycan təqviminə sadə bir nəzər saldıqda, ölkə tarixinin hər ayının bir günü faciə və itirdiklərimizdən xəbər verir. Həmin günlər əslində qondarma soyqırımı iddiası ilə heç bir dəlil və tarixi belə göstərə bilməyən Ermənistan tərəfindən əksinə, təntənəli bayram, yəni Azərbaycananın işğal olunan rayonları üzərindəki şanlı qələbələri kimi qeyd edilir. O zaman əzilən tərəf kimdir? Və ya təcavüzkar tərəf kimdir?

Qarabağ və Xocalı soyqırımı mövzusunda müzakirə əsnasında tarixi saxtalaşdırmaqda böyük təcrübəyə malik olan ermənilərin iç üzlərini İrlandiyadan olan siyasi ekspert professor Patrik Frensis Uolş bu cür açdı.

O, Qarabağ və Xocalı soyqırımı ilə bağlı faktları və siyasi fikirlərini Eurasia Diary ilə bölüşdü. 

"Xatırlayıram ki, Dağlıq Qarabağ müharibəsini öz ölkəmdə televiziyadan izləyəndə mən hələ gənc idim. Həmin zaman yaşadığım Şimali İrlandiyada da münaqişələr hökm sürürdü və bunu durduracaq bir sülh prosesi üçün şərait yarandı. 28 illik qarşıdurma - əslində bu az bir müddət deyil. Lakin İrlandiyada və İngiltərədəki insanların böyük əksəriyyəti Xocalı və ya orada baş verənlər haqqında xəbərsizdirlər. Daha sonra "Osmanlılar, Böyük Döyüşlər və xalqlar" haqqında yazdığım zaman tarixi sənədləri daha detallı şəkildə araşdırmalı oldum. Xüsusilə Xocalı haqqında sorğuya başladım. Bu dövr haqqında yazmağa başlayanda erməni tarixini araşdırmağa məcbur oldum və məhz bu, məni Xocalı haqqında daha çox məlumat almağa vadar etdi.

İrlandiyanın şimalındakı qırğınlar və qətllərdə hər birimizin payı var. Lakin Xocalı haqqında bildiklərimi insanlara söylədikdə onlar heyrətləndilər, hətta inana bilmədilər. Çünki İrlandiya tarixində bu miqyasda olan heç bir qarşıdurmada hər hansı bir tərəfdən hücum və qətl düşünülməmişdi. Bu hadisə əxlaqsızlığın ən son dərəcəsi kimi səciyyələndirilə bilər. Hətta o zaman cəmiyyətimizdəki ən vəhşi insanlar belə Azərbaycandakı dinc əhaliyə yönəlmiş bu kütləvi və qəddar terror aktı qarşısında kədərlənərdilər. Sonradan Balkanlarda bu tip hadisələrə şahid olduq, amma 1992-ci ildə ermənilər tərəfindən törədilən Xocalı qətliamı inanılmaz idi".

Professor Uolş, ermənilərin ərazi iddiaları kimi mənfur planlarına qarşı çıxan, dilindən, dinindən və irqindən asılı olmayaraq istənilən insanı öldürdüyü və bu kimi digər cinayətləri haqqında danışaraq bir çox incə məsələlərə toxundu.

"Mən Xocalını daha böyük bir tarixi kontekstdə başa düşməyə çalışdım. Bunu dərk edə biləcəyim yeganə yol erməni millətçiliyinin zərərli köklərini araşdırıb öyrənmək idi. Erməni millətçiliyinin əsas ünsürləri istədikləri maksimuma sahib olmaq həvəsi, xüsusilə 1914-20-ci illərdə bu daşnakların Maqna Ermənistan, yəni Böyük Ermənistan layihəsində özünü büruzə verdi. Araşdırmalarım bir daha sübur etdi ki, tarixdən tutmuş demoqrafik quruluşacan bütün məlumatlar qəsdən təhrif olunmuşdu. Erməni millətçiliyin forması ölümcül nəticələrə səbəb olan irredentist təqiblərdən ibarətdir. Göründüyü kimi, ermənilər iddia etdiyi torpağı nəyin bahasına olursa-olsun əldə etmək üçün nəinki özünün əcaib irqi və dini xüsusiyyətlərinə uyğun olmayanların həyatını, hətta öz xalqının mənafelərini belə qurban verməyə hazırdır".

Şərhində əsasən ermənilərin tarixi manevrlərindən bəhs edən Patrik Uolş, eyni zamanda qondarma erməni soyqırımı kimi digər məsələləri onların tarixi saxtalaşdırmaqda xüsusi peşəkarlığa sahib olmaları ilə əlaqələndirdi.

"Ermənistan tərəfi bu məsələdə həddindən artıq riyakar davranır. Əslində ermənilər 1915-20-ci illərdə Daşnak millətçilərini öz xalqının başına gətirərək bir sıra bəlalara səbəb oldu və bu məsuliyyətdən yaxa qurtarmaq üçün özünü dünyaya qurban kimi göstərməyə başladı. Əsl qurbanlar isə, Şərqi Anadoluda və Zaqafqaziyada Osmanlı dövlətinə qarşı edilən böyük müharibəni dəstəkləyən, eləcə də "Böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün Qarabağda etnik təmizləməyə cəhd edən erməni üsyanı nəticəsində öldürülən çox sayda müsəlman camaatı idi. 

Əlbəttə, ermənilərin Qərbdə və Rusiyada uydurma tarixlərini təbliğ etməkdə böyük üstünlükləri var. Çünki onların bu tarixi gerçək kimi insalara təbliğ etmək üçün hələ ötən əsrin əvvəllərindən bəri formalaşdırdığı ingilis dilli diasporaları mövcuddur. Bu gün danılmazdır ki, erməni lobbisi ABŞ və bir çox böyük Avropa dövlətində güc və təsir imkanlarına malikdir. Ermənilər ayrı bir Xristian qoluna mənsub olduğu üçün öz dinindən olanlara dəstək vermək üçün gizli düşüncə və meyllərə sahibdirlər. Bu o deməkdir ki, onlar təqiblərində daima birtərəfli düşünürlər və bu da çox vaxt bir xalq olaraq inkişafa zərər verir.

Etiraf etməliyəm ki, Azərbaycan bugün böyük bir mübarizə ilə üz-üzədir. Bu mübarizədə Azərbaycanın gənc alimləri güclü araşdırmalar apararaq qərb dünyasında ən oxunaqlı kitablar çap etməli, eyni zamanda Azərbaycan dilinin dünyada tanıtdırılması üçün səylər göstərməlidirlər. 

Bir müddət əvvəl Cənubi Qafqaz barədə faktları öyrənməyə və bölgənin tarixini araşdırmağa başladıqda İrlandiyada öz veb saytımda (drpatwalsh.com) məqalələr dərc etməyə və dövrün geosiyasəti ilə əlaqəli bir kitab yazmağı qərara aldım. Kitabın adını bu cür verməyi nəzərdə tutdum -  İngiltərə, Rusiya və Azərbaycan Respublikası bir əsr əvvəl. Ümid edirəm kitab bu il yayımlanacaq. Bugün tarixlərin təhrif olunaraq mübahisə obyektinə çevirilməsi günümüzdəki bəzi media mənsublarının acizliyi və tənbəlliyi üzündən baş verib. Bunun üçün tarixi faktları Qərbdə və xüsusən İngilis dilli qruplar arasında təqdim edərkən, doğrunu yalandan ayırmaq üçün müzakirə meydanı olması vacibdir. Ən vacib cəhət tarixi hadisələri geosiyasi baxımdan inkişaf etdirmək üçün ənənəvi səbəb və nəticə vasitələrindən istifadə etməkdir. Onu da qeyd edim ki, saxta tarixi hekayələrin qurulmasında istifadə etmək üçün tarix adı altında maskalanan çoxlu "ictimai elm" mövcuddur".

Qarabağ və Xocalı hadisələrində cinayətkarların və onların tərəfdaşlarının cəzalandırılmasına gəldikdə, Patrik Uolş əlavə etdi ki, bu gün Azərbaycanın qarşısında həmin cinayətkarların beynəlxalq məhkəmədə mühakimə olunması üçün mühüm öhdəliklər var.

"Xüsusilə Qarabağ və Xocalı ilə əlaqədar olaraq, demək istərdim ki, Cənubi Qafqazın böyük əhəmiyyət kəsb edən geosiyasi mövqeyinin bununla əlaqəsi çoxdur. Bölgə, lider ölkələrin maraqlarının mühüm bir arenasıdır. 1990-ci illərdə hələ Rusiyada mövcud hakimiyyət qurulmadığı bir zamanda ABŞ-ın bu məsələnin həlli üçün dəstək olması mümkün idi. Lakin ABŞ, Amerikadakı erməni lobbisinin zaman-zaman nüfuz sahibi olması və regionda Ermənistanı Qərbə və NATO-ya  birləşdirmək istəyinin olması səbəbi ilə bu məsələyə qol qoymadı.

Aydındır ki, erməni diasporu Birləşmiş Ştatların İrəvandakı daxili siyasətinə təsir edən əsas vasitədir, buna görə də ABŞ onları cinayətlərdə ittiham edərək Qarabağdan çıxmalarını tələb etməklə təsirlərini zəiflətmək istəməzdi. Eynilə Rusiyanın da bu kimi məsələlərdə müəyyən maraqları var. Əslində, böyük dövlətlər, Qarabağ məsələsinin uzadılmasından yararlanaraq həm Ermənistan, həm də Azərbaycana təsir göstərir və hər biri digərinə qarşı yeni Soyuq Müharibə şəraitində böyük oyun oynayır. Ermənilərin 30 il əvvəl Qarabağı ələ keçirməsi, Azərbaycan tərəfi üçün nəticələnən ən uğursuz oyunlardan biridir. Rusiya, qərb bölgəsinin Moskva ilə Qərb arasında əsas döyüş meydanı olduğu üçün Cənubi Qafqazın bütün ölkələrini böyük güc siyasətində piyada kimi istifadə edərək önə buraxdı. Qarabağ məsələsində istər Ermənistana, istərsə də Azərbaycana dəstək Qərb və ya Moskvanın maraqlarından asılıdır. Bu gedişlə də Qarabağ məsələsi bir-biri ilə ziddiyyət təşkil edən xarici maraqların təsirindən həll olunmamış qala bilər və hətta həmin dövlətlər arasında davamlı münaqişə mənbəyi ola bilər. 

Belə vəziyyətdə ABŞ, Rusiya, Türkiyə və İran kimi böyük dövlətlərin iştirakı ilə sülh prosesi başlamazsa, bu məsələlərin tezliklə həlli real ola bilməz. Düşünürəm, ABŞ, bu regionda, 1998-ci ildə İrlandiyanın şimalı üçün əldə etdiyi "Mübarək Cümə Razılaşması" kimi oxşar həqiqi sülh və barışıq anlaşması tələb etməklə yanaşı, Qarabağdan qaçqın düşən və xüsusilə 1992-ci ilin fevral ayında Xocalıda qətlə yetirilən günahsız insanların haqqlarını bərpa edə bilər".

Elnur Ənvəroğlu
Jurnalist, Eurasia Diary-nin baş redaktoru
Azərbaycanda sosial problemlər həllini niyə tapmır? - Natiq Cəfərli və Tural Abbaslı ilə MÜZAKİRƏ

Xəbər xətti

FHN əhaliyə müraciət edib
10:22 19.03.2024
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
10:15 19.03.2024
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
10:06 19.03.2024
Azərbaycanda sosial problemlər həllini niyə tapmır? - Natiq Cəfərli və Tural Abbaslı ilə MÜZAKİRƏ
10:00 19.03.2024
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
09:51 19.03.2024
Bakıda qadın dəm qazından boğularaq ölüb
09:40 19.03.2024
Bayram günlərində təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
09:33 19.03.2024
Sabunçu rayonunda marketin anbarında yanğın olub
09:31 19.03.2024
Pakistanda zəlzələ baş verib
Pakistanda zəlzələ baş verib
09:27 19.03.2024
Sabahdan Novruz tətili başlayır
09:19 19.03.2024
Səhiyyə Nazirliyi viruslarla bağlı əhaliyə müraciət etdi
09:16 19.03.2024
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
09:10 19.03.2024
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
09:00 19.03.2024
Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib
20:44 18.03.2024
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
20:22 18.03.2024
Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
19:57 18.03.2024
Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”
19:54 18.03.2024
Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub
19:50 18.03.2024
Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ
19:39 18.03.2024
Fransada fermerlər hökumət binaları qarşısına təkər yığıblar
19:20 18.03.2024
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
19:04 18.03.2024
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin sayı ARTIRILIB
19:00 18.03.2024
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
18:40 18.03.2024
Hamısı