Krım və Donbas sərhədində müharibə qorxusu Nə baş verir? - Genadi Balaşov

Analitika 10:53 15.08.2016

Ukraynalı siyasətçi Genadi Balaşov "Eurasia Diary" portalına açıqlamasında Ukrayna-Rusiya münasibətlərindəki son gərginliyi şərh edib.

Ötən həftənin sonu Krımla de-fakto sərhəd və Donbas bölgəsində yerləşən Ukrayna qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib. Bölgədə gərginlik Rusiyanın Ukraynanı Krıma müdaxilə cəhdində ittiham etməsindən sonra artıb. Belə ki, Rusiyanın təhlükəsizlik xidməti (FSB) Ukraynanın hərbi kəşfiyyat qurumunu Krıma müdaxilə cəhdində ittiham edib və Ukrayna tərəfinin atəşi nəticəsində iki Rusiya hərbçisinin həlak olduğunu bildirib.

Ukraynanın BMT-dəki nümayəndəsi isə Krım yarımadası ilə bitişik bölgədə 40 minlik Rusiya qoşununun olduğunu deyib.

“Qarnımızı “saxtakarlıqla” doydururlar”

Əslində, nəyin baş verdiyini, Minsk razılaşmasını həqiqətən hansı tərəfin pozduğunu  biz bilmirik. Yəqin ki, həqiqəti heç vaxt da bilməyəcəyik. İctimaiyyətə daxil olan informasiya sırf hökümətlə razılaşdırılmış formada mətbuata sızan məhdud məlumatlardır. Bir sözlə, qarnımızı "saxtakarlıq"la doydururlar.

"Ukraynaya düşmən obrazında siyasi piar qurmaq sərfəli və rahatdır"

İndi məzuniyyətlər və sakitlik dövrüdür. Əslində, hakimiyyətin xalqa təqdim etmək üçün hər hansı fəaliyyəti olmadıqda, camaata  yanlış müzakirə mövzuları təqdim edirlər. Həmçinin, sentyabrda Rusiyada Dövlət Dumasına seçkilər keçiriləcək. Yəni, Ukraynaya düşmən obrazında siyasi piar qurmaq çox sərfəli və rahatdır.

Mövzu ilə əlaqədar bax: Səngərdə münaqişə - Donbas

Donbas və Krım ətrafındakı gərginlik Ukrayna rəhbərliyinə də sərfəlidir. Aydındır ki, müharibə hədəsi siyasi ritorikada tez-tez istifadə olunur. Siyasətçilər özləri süni formada təhdidlər yaradırlar.Çünki, Rusiyayla münaqişə mövcud olduğu təqdirdə, hakimiyyətin islahatlar apardığına dair süni reklamı var.

“Rusiya iqtisadiyyatının əhəmiyyətli dərəcədə zəifləməsi o deməkdir ki, müharibələr olmayacaq”

Xoşbəxtlikdən, Ukrayna və Rusiya arasında real müharibə təhlükəsi yoxdur. Yəni, müharibə hər iki tərəfin "cibinə görə" deyil. 

Rusiya Krımın ilhaqından sonra beynəlxalq sanksiyaların tətbiqi, neftin dünya bazarında qiymətinin azalması, rublun dollara nisbətən dəyərinin düşməsi nəticəsində trilyonlarla dollar itirdi. Rusiya iqtisadiyyatının əhəmiyyətli dərəcədə zəifləməsi o deməkdir ki, müharibələr olmayacaq.

"Putin ruslara qarşı "qorxu təhdidi"ni artıracaq"

Rusiya Ukrayna ilə münaqişənin, fantastik düşmənçiliyinin nəticələrini hələ çox hiss edəcək. Rusiya prezidenti Vladimir Putin ruslara qarçı müharibə təhdidini hələ çox əks etdirəcək. Sanksiyalar isə Rusiya iqtisadiyyatının əsas hissəsini amansızcasına yeyəcək.

Ukraynanın iqtisadiyyatı da öz növbəsində zəifləyir. Çünki, Ukraynanın ciddi xarici borcları var və müharibə kimi bədxərc hadisəyə qarşı qabiliyyətsizdir.

"Müharibə Rusiyaya və Ukrayna üçün sərfəlidir”

Hərbi münaqişə hər iki ölkə rəhbərliyinin qazancı üçün vasitəyə çevrilib. Bu baxımdan, Ukrayna və Rusiya rəhbərliyi üçün döyüş xəritəsinin genişlənməməsi şərtilə hibrid və gizli müharibənin davam etməsi sərfəlidir.

Qarşıda bizi iki qardaş xalqın növbəti toqquşmaları və döyüşləri gözləyir.


Genadi Balaşov:  Ukraynanın "5.10" siyasi partiyasının lideri, ictimai xadim və bloqerdir

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Hamısı