İranın Xəzər donanmasının iki hərbi gəmisi "Dəməvənd" esminesi və "Coşan" raket gəmisi 200 nəfərlik heyəti ilə oktyabrın 18-də Bakıya çatacaq. Heyət Bakıda 3 gün qalacaq.
Hərbi ekspert Üzeyir Cəfərov “Eurasia Diary”yə açıqlamasında bildirib ki, səfərin təşkil edilməsində məqsəd iki ölkənin hərbi donanması arasında təcrübə mübadiləsi aparmaqdır. “Hərbi dəniz qüvvələrində bir-birinə səfər etmək kimi adət var. İranın çox böyük dəniz ənənələri var. İran tək Xəzər dənizində deyil, digər hövzələrdə də yüksək imkanlara malikdir”.
Ekspertin fikrincə, hərbi donanmalar arasında dostluq münasibətlərinin mövcud olması, tanışlıq, təcrübə mübadiləsi yüksək qiymətləndirilir. Qarşıdakı illərdə isə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Rusiya,Qazaxıstan, İrana səfəri panlaşdırılır.
Vüsalə Əlövsətqızı