Tramp prezident seçildi Bizi nələr gözləyir?

Analitika 17:19 09.11.2016
“Donald Trampın prezident seçilcəyini çoxları proqnozlaşdırmırdı. Çünki, o, müsəlmanları aşağılamışdı, “Meksika ilə sərhəddə divar tikəcəm” sözləri ilə milyonlarla Amerika vətəndaşı olan ispandillilərin səsini itirmişdi, qadınlar haqqında təhqiramiz fikirlər söyləmişdi”.
 
Bu barədə “Qafqazinfo”ya “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ABŞ-dakı seçkilərin nəticələrini şərh edərkən belə deyib.
 
Politoloq qeyd edib ki, Tramp o qədər reallaşması mümkün olmayan vədlər vermişdi ki, bunun gerçəkləşəcəyinə çoxları inanmırdı: “Məsələn Meksika hökumətini büdcə hesabına necə Amerika ilə sərhəddə divar tikməyə məcbur etmək olar vəya müsəlmanları necə ölkəyə buraxmamaq olar, axı bu irqi-ayrı seçkilikdir? Demək Amerikada hər şey mümkündür.
 
Amerikalılar Klintonun yerinə ona görə Trampa üstünlük verdilər ki, bu sinanmamış siyasətçidir, onu yoxlamaq lazımdır. Çünki, Hillari Klinton nə qədər öndə görünsə də, dövlət katibi postunda xeyli yanlışlıqlar etmişdi. DAİŞ terorçu qruplaşması məhz Hillari Kllintonun dövründə yarandı, Liviyanın dağılması da onun “əsəri” idi. Tramp Klintonlar ailəsini tarixin arxivinə göndərdi.
 
Donald Trampın prezidentliyindən nə gözləyə bilərik?
 
“Tramp vəd etdiyi kimi Rusiya prezidenti Vladimir Putinlə dostlaşa biləcəkmi və ya İranla nüvə razılaşmasını dediyi kimi zibil yeşiyinə atacaqmı? Çətin. Məsələ burasındadır ki, Amerikada oturuşmuş siyasi sistem var və bəzən prezident bu sistemin gedişatına tabe olmaq məcburiyyətindədir. Obama Liviyaya müdaxilə etmək istəmirdi, ancaq Dövlət Departamenti, Pentaqon, üstəgəl onlarla müşavirin hazırladıqları hesabatlar Amerikanı hərbi müdaxiləyə sürüklədi və üstündən illər keçdikdən sonra Ağ Ev sahibi “Liviya əməliyyatı bizim böyük səhvimiz idi” dedi. Əslində Obama bununla öz cəmiyyətinə və beynəlxalq aləmə “ətrafım mənə qulaq asmadı və mən onların istəyinə tabe oldum” kimi üstüörtülü mesaj verdi. Obamadan olsaydı, Amerikada silah satışına da çoxdan qadağa qoyardı, ancaq o bu məsələnin həllində də acizdir. Barak Obamanın dövründə dünya daha çox qarışdı, qətllər və terror aktları hər yeri bürüdü. Barak Obama seçki öncəsi verdiyi ən böyük vədini də yerinə yetirmədi. “Quantanamo həbsxanasını qapadacam” deyən Obama 8 ildə bu vədinə xilaf çıxdı. Bu deyilənləri Trampa da şamil etmək olar”, - deyə E.Şahinoğlu bildirib.
 
Politoloqun fikrincə, Tramp uğurlu iş adamı kimi Amerika iqtisadiyyatında, sosial sahədə və bank sektorunda nəsə uğur qazansın, ancaq eyni sözləri təhlükəsizlik və xarici siyasətə şamil etmək çətindir: “Donald Tramp bəlkə bir sıra ölkəni xəritədə də göstərə bilməz. Ancaq Amerikanı yalnız prezidentlər idarə etmir. Dövlət Departamenti, Pentaqon, onlarla müşavir və onların hazırladıqları hesabatlar və yüzlərlə beyin mərkəzi – bütün bunlar prezidentlərin qərarlarına təsir edir.Əgər Amerikanın siyasi sistemi Krımın işalına və Suriyada Bəşər Əsəd rejiminə verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiyaların davamını diqtə edirsə, Tramp bunu gözardı edərək Putinlə asanlıqla dostlaşa bilməyəcək. Və ya Vaşinqton Tehranla nüvə razılaşmasına nail olmaq üçün uzun illər danışıqlar aparıb və İranın nüvə silahı əldə etmyəcəyinə dair zəmanət aldıqdan sonra bu ölkə ilə barışıb. Bu barış Amerikanın maraqlarına uyğundur. Ağ Evin yeni sahibi bu barışdan imtina edərsə bu Amerikanın ziyanına olacaq, çünki Tehran müqavilədən çıxmaqla nüvə silahı yaratmaqda sərbəst olacaq”.
 
Donald Tramp Türkiyə üçün qaranlıq qutudur.
 
E.Şahinoğlu xatırladıb ki, Barak Obama prezident seçildikdən sonra müsəlman ölkələri sırasında ilk öncə Türkiyəni ziyarət edib: “Ankara ümid edirdi ki, məhz Obamanın dövründə Vaşinqtonla əməldə strateji əməkdaşlıq qurulacaq. Bu da olmadı. Əksinə, bu gün iki məsələdə Barak Obama administrasiyası Türkiyənin maraqları əleyhinə gedir. Birincisi, Vaşinqton Suriyadakı silahlı kürdlərə yardımını dayandırmayıb, ikincisi, 15 iyul hərbi çevrilişini təşkil edən Fətullah Gülən əvvəlki tək Amerikada rahat yaşayır. Bunun nəticəsində Ankara Vaşinqtonun bölgədəki əsas rəqibi Kremlə yaxınlaşır. Tramp Türkiyəni yenidən qazanmaq üçün həm silahlı kürdlərə dəstəkdən vaz keçməli, həm də Gülən problemini həll etməlidir”.
 
Trampın prezidentliyi ABŞ-Azərbaycan münasibətlərinə nə vəd edir?
 
Politoloq bildirib ki, Barak Obamanın prezidentliyi və Hillari Klintonun dövlət katibliyi dövründə ABŞ-Azərbaycan münasibətlərində irəliləyiş qeydə alınmayıb.
 
“Digər tərəfdən, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə marağı yoxdur. Bu münaqişə Vaşinqton üçün son sıralarda yer alıb. Vaşinqton-Bakı münasibətləri yeganə olaraq enerji əməkdaşlığında müsbət tendensiyaya malikdir, sıx dialoq mövcuddur. Vaşinqton Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Bakıya hər cür dəstək verir, hətta bu məqsədlə Avropa İttifaqı dövlətlərində Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyəti aparır. Donald Trampın administrasiyası bu dəstəyi davam etdirəcək. Adətən respublikaçı prezidentlər geosiyasi amillərə önəm verirlər. Demək Tramp da bir respublikaçı kimi bu amildən çıxış edərək Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verməlidir.
 
Unutmayaq ki, Amerikanın siyasi sistemi Azərbaycanın ayaqları üstündə möhkəm dayanmasında, dünyəvi müsəlman ölkəsi kimi inkişafında, o cümlədən Rusiyanın və İranın mümkün təsirlərindən qorunmasında maraqlıdır. Bu Azərbaycanın da maraqlarına uyğundur. Ona görə də rəsmi Bakı Vaşinqtonun regional siyasətindən nə qədər narazı olsa da, balanslaşdırılmış xarici siyasət çərçivəsində Amerikanın yeni administrasiyası ilə əməkdaşlığın yollarını axtarmalıdır”.
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Hamısı