"SSRİ çökəcək" deyən alim "ABŞ Trampla süqut edəcək" dedi ŞOK İDDİA

Analitika 10:59 10.12.2016
"The Independent" yazır ki, Sovet İttifaqının çökməsini proqnozlaşdırması ilə məşhurlaşmış alim-sosioloq Birləşmiş Ştatların Donald Trampın prezidentliyi dövründə sürətlənmiş süqut yaşayacağını söyləyib.
 
Sülh araşdırmalarını elmin predmetinə çevirməsi ilə ad-san qazanmış Norveç professoru Johan Galtung bir neçə mühüm tarixi hadisələri dəqiq proqnozlaşdırıb.
 
 
Bunların arasında Çində Tyananmen meydanı üsyanı və 11 sentyabr terror basqınları da var.
 
O 2000-ci ildə ABŞ-ın qlobal güc kimi 2025-ci ilədək çökəcəyini bəyan etməklə ziddiyyətə səbəb olmuşdu.
 
Lakin prezident Buşun administrasiyası dövründə o, proqnozunu bir az da dəqiqləşdirərək ABŞ-ın süqutunu 2020-ci ilə keçirib.
 
İndi isə alim bildirir ki, milyarder respublikaçının prezident seçilməsi reallığı yaxınlaşdırıb.
 
Trampın antimiqrant əhval-ruhiyyə dalğasında qazandığı seçki qələbəsi alimin 2009-cu ildə çap olunmuş "Amerika imperiyasının süqutu - bəs sonra Nə?" kitabında təsvir edilmiş sxemlə üst-üstə düşür.
Professor həmin kitabda yazırdı ki, ABŞ-ın çökməsindən az əvvəl ölkədə faşizm baş qaldıracaq.
 
"The İndependent" yazır ki, Donald Tramp 3 milyon qanunsuz miqrantı ölkədən qovacağı və Meksika sərhədi boyunca hasar tikəcəyi barədə vədlərlə seçki qələbəsi qazanıb.
 
Alim deyib ki, Trump-ın seçilməsi "süqut prosesini sürətləndirib", lakin onun prezident kimi nə edəcəyini gözləmək lazımdır.
 
Doktor Galtung əlavə edib ki, Donald Trampın NATO-nu tənqid etməsi də ABŞ-ın supergüc kimi meydandan çıxacağını göstərir.
 
Tramp bundan əvvəl bəyan etmişdi ki, ABŞ NATO-dakı maliyyə öhdəliklərinə əməl etməyən alyans üzvlərinin müdafiəsinə gəlməyəcək.
 
"Çöküşün iki üzü var, - deyib doktor Galtung, - Başqa ölkələr yaxşı müttəfiq olmaq istəmirlər və ABŞ qırğınları yüksək hündürlükdən bombardmanlar, ofislərdən idarə olunan dronlar və xüsusi qüvvələrlə özü icra etməli olur…"
"Bunların hər ikisi Şimali Avropanı çıxmaq şərtilə bu gün baş verir. Bu hal 2020-ci ildən o yana sürməyəcək. Odur ki, mən öz proqnozumun üstündə dururam" - deyib Galtung.
 
Lakin Londondakı Chatam House analitik mərkəzində ABŞ və Amerika proqramının rəhbəri Xenia Wickett "The İndependent" qəzetinə deyib ki, ABŞ-ın 2020-ci ilədək qlobal qüvvə kimi süqut edəcəyi barədə iddia "tamamilə qeyri-realistdir".
 
"ABŞ bir neçə səbəbə görə qlobal gücdür. Onun dünyada ən güclü olan ordusu var. Onun universitetlər kimi bütün dünyada zərif qüvvə hesab olunacaq qüdrəti var. Onun güclü şirkətləri, mediası var. O həm də dünyanın ən böyük iqtisadiyyatıdır. Bütün bunların qarşıdan gələn dörd ildə dəyişəcəyi ağlabatan deyil", - deyə təhlilçi bildirib.
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı