"Qədim dövrlərdən Azərbaycanda müxtəlif dini və etnik cəmiyyətlər bir yerdə yaşayırdı. Bu qonşuluq həmişə qarşılıqlı, xeyirxah münasibətlərlə müşayiət olunurdu.
"Eurasia Diary" xəbər verir ki, belə bəyanatla Bakıda keçirilən "Dinlərarası Tolerantlıq və Mətbuatın Rolu" mövzusunda beynəlxalq konfransda Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edib.
"Bu təcrübə mövcuddur və indi də respublikamızda var. Hətta bizim konstitusiyamızda qeyd edilib ki, bütün dinlər bərabərdir və dövlətdən ayırıdır, hər kəs azad din hüququna malikdir. Beləliklə, ölkədə etnik, dini diskriminasiya sadəcə qeyri-mümkündür"-deyə deputat bildirib.
Onun sözlərinə görə, Azərbaycan jurnalistlərinin həqiqətən xüsusi diqqət ayırdığı məsələ Dağlıq Qarabağ münaqişəsidir. "Amma bu tamamilə aydındır və izah edilə biləndir, axı bizim torpağımızın 20 faizi işğal altındadır və 2 milyondan çox Azərbaycanlı məcburi şəkildə torpaqlarını tərk edib".
Sədr qeyd edib ki, Mətbuat Şurası Azərbaycanda KİV-i diqqətlə müşahidə edir və jurnalistlərin öz missiyasını ləyaqətlə yerinə yetirməsinə nəzarət edir.
Foto: Qurban Bəkirzadə