Karyerasını “Barselona”da davam etdirən Arda Turanın çox yaxın zamanda İngiltərə Premyer Liqasına keçəcəyi haqda xəbər yayılıb.
Məlumata görə, türkiyəli ulduz futbolçu Premyer-liqanın lideri “Çelsi” klubuna transfer olacaq. Hətta Arda Turanın “Çelsi”nin matçlarını oynadığı “Stamford Bridge” stadionuna yaxın yerdə ev aldığı da üzə çıxıb.
Arda Turanın “Çelsi”yə keçməsində “Atletiko”da birlikdə oynadığı, hazırda isə İngiltərədə top qovan keçmiş komanda yoldaşı Dieqo Kostanın rolu olduğu bildirilir.
“Çelsi”nin baş məşqçisi Antonio Konteyə Ardanı məhz o məsləhət görüb.