Türkiyə millisinə dönməyə qərar verən Arda Turan karyerasını Türkiyədə davam etdirəcək.
Türk mətbuatı "Barsa"nın futbolçusunun "Qalatasaray"ın təklifini qəbul etdiyini yazıb. Təklifin icarə qiyməti ilə birlikdə 10-12 milyon avro olması gözlənir.
Xatırladaq ki, Arda Turan 2005-2011-ci illərdə "cim-bom"un heyətində çıxış edib. Son günlərdə futbolçu daha əvvəl çıxış etdiyi "Atletiko" Madridə qayıtmaq istədiyini desə də, Simeone onun planlarına uyğun olmadığını bildirmişdi.(goal.az)