"Prezidentin təbriki böyük məna daşıyır" Ramil Quliyev

İdman 10:17 14.08.2017

Londonda keçirilən 16-cı Dünya Atletika Çempionatının qalibi, Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Eurasia Diary həmin müsahibəni təqdim edir:

- Ramil bəy, Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanmağınız həm Azərbaycanda, həm də Türkiyədə böyük ajiotaja səbəb oldu. Bu cür reaksiyanı gözləyirdiniz?

- Qələbə qazandığım üçün çox xoşbəxtəm. Gördüyünüz kimi, finaldan sonra iki ölkənin bayrağını qaldırdım. İnsanları sevindirdiyim üçün mən də xoş hislər keçirirəm. Yarış üçün çox ciddi hazırlaşmışdım. İstəyim ancaq qalibiyyət idi. Bu il 13 yarışda uğurla irəlilədiyim üçün finalda qalibiyyətə çox inanırdım. Finiş xəttini keçəndə, tam əmin deyildim, ekrana baxıb adımı gördüm, çox sevindim, çünki arzum çin olmuşdu. Hamı qələbə üçün əlindən gələni edirdi, kim stresə dayanıqlıydırsa, qüvvətliydisə, o da qazandı. Mənə verilən dəstəyə görə hər kəsə təşəkkür edirəm.

- Sizin Azərbaycan bayrağını qaldırmağınız xüsusi dəyərləndirilir və hər kəs söyləyir ki, Ramil Vətənini unutmayıb. Qələbə çalacağınız təqdirdə bayrağımızı qaldırmağı əvvəlcədən planlamışdınız?

- Bəli. Həmişə istəyirdim ki, yarışda iki türk dövlətinin bayrağı birgə dalğalansın. Bunu bacardığım və belə şans düşdüyü üçün olduqca şadam.

- Sizin qələbənizlə bağlı Azərbaycan və Türkiyə prezidentləri təbrik ünvanladılar. Təbriklərlə bağlı nə deyə bilərsiniz?

- Çox sevindim ki, bizim prezidentlər məni təbrik etdi. Bu, mənim üçün böyük məna daşıyır.

- Azərbaycan prezidenti qələbəni Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürü kimi qiymətləndirdi....

- Bəli, hazırda Türkiyədəyəm və iki ölkəni təmsil edirəm, gördüyünüz kimi hər iki ölkənin bayrağını qaldırdım. Azərbaycan bayrağını dalğalandırmaq böyük arzum idi, buna da nail oldum. Bu, mənim üçün fəxrdir.

- Türkiyədəki müqaviləniz neçə müddətlikdir?

- Xüsusi müqavilə yoxdur. Türkiyə dövləti adına yarışıram.

- Azərbaycandan təklif gəlsə, qayıdarsınızmı?

- İndi bu suala cavab verə bilmərəm.

- Hüseyn Boltla yarışmaq istədiyinizi demişdiniz, qələbənizə o necə reaksiya verdi?

- Yarışdan sonra Boltla bir neçə dəfə görüşdüm. Məni təbrik etdi, şəkil çəkdirdik. Dünən Estafet yarışında qaçanda zədə aldı, çox üzüldük. Amma bu idmandır və idmanda hər şey ola bilər.

- Atletika Azərbaycan üçün digər idman növləri ilə müqayisədə bir qədər ənənəvi deyil, maraqlıdır, atletikanı Sizə kim sevdirib?

- Ailəmiz atletdir, anam da, atam da atletika ilə məşğul olub. Elə ənənə və sevgi də ailəmdəm gəlib.

- Qarşıda hədəflər nədir?

- İdman həyatı yaxşı mənada dəyişdirir. Mənim növbəti hədəfim Olimpiya Oyunlarıdır. Gənclərimizə idmanla məşğul olmağı tövsiyə edərdim.

Xatırladaq ki, Ramil Quliyevi Azərbaycan vətəndaşı olan əməkdar məşqçi Oleq Muxin çalışdırır.

Qeyd: Ramil Quliyev 29 may 1990-cı ildə Bakı şəhərində anadan olub. O, ilk böyük uğurunu 2007-ci ildə Gənclərin Dünya Çempionatında gümüş medal qazanmaqla əldə edib. Ramil Quliyev 2008-ci ildə Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil edib. Təsnifat mərhələsində 20.78 nəticə göstərərək 1/4 finala adlayan Ramil 1/4 finalda 20.66 nəticə ilə 5-ci olaraq, mübarizəni dayandırıb. Bu, Ramilin Azərbaycanı təmsil etdiyi sonuncu yarış olub. Bundan sonra Ramil Türkiyə millisinin uğurları üçün mübarizəyə başlayıb. O, 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib.

Ramil Quliyev türk mediasına ayrı-ayrı vaxtlarda verdiyi müsahibəsində “Fənərbağça” klubundan böyük dəstək gördüyünü söyləyib və bildirib ki, bu klub və rəhbəri Əziz Yıldırım olmasaydı, bəlkə də atletika ilə çoxdan vidalaşardı.

Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR

Xəbər xətti

Çin nüvə enerjisi potensialını artırır
Çin nüvə enerjisi potensialını artırır
12:00 16.04.2024
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
11:45 16.04.2024
Qərbi Azərbaycan İcması “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu”nu ifşa etdi
11:40 16.04.2024
BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzində qadın minatəmizləmə qrupları üçün təlim keçirilib - FOTOLAR
11:34 16.04.2024
Vardanyanın əsl üzü... - Qazandığı çirkli pullar - ARAŞDIRMA
11:30 16.04.2024
Aİ nümayəndəliyi: Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur
11:20 16.04.2024
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
11:15 16.04.2024
İsrailin Irana qarşı GİZLİ PLANI
İsrailin Irana qarşı GİZLİ PLANI
11:05 16.04.2024
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
11:00 16.04.2024
İranda 12 yaşlı qızlar hicaba görə həbs edilir
10:50 16.04.2024
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
10:45 16.04.2024
Bu gün Bakıda 23 dərəcə isti olacaq
10:40 16.04.2024
Prezident Şirvan suvarma kanalının təməlini qoydu
10:38 16.04.2024
Ermənistan üçün seçim: Ya sülh, ya da... – Türkiyəli politoloq ŞƏRH EDİR
10:32 16.04.2024
Çindən Almaniyaya xəbərdarlıq
Çindən Almaniyaya xəbərdarlıq
10:20 16.04.2024
TƏBİB sürücülərə müraciət etdi: “Yol ver, həyat qurtar!” - VİDEO
10:14 16.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:05 16.04.2024
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
10:00 16.04.2024
Bu gündən “Karantin” başladı - FOTO
09:55 16.04.2024
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
09:54 16.04.2024
İran və Rusiya yeni saziş imzalayır
İran və Rusiya yeni saziş imzalayır
09:50 16.04.2024
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
09:42 16.04.2024
Cəbrayılda 29 ədəd tank əleyhinə mina aşkarlanıb
09:32 16.04.2024
Bakıda İran vətəndaşı avtomobillə piyadanı öldürdü
09:30 16.04.2024
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
09:10 16.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:00 16.04.2024
Əfqanıstan və Omanda daşqınlar fəlakətlərə SƏBƏB OLUR
07:28 16.04.2024
Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə BAĞLANDI
06:40 16.04.2024
“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək
05:25 16.04.2024
782-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04:36 16.04.2024
Bulvarda gəzinti gəmiləri niyə işləmir?
03:58 16.04.2024
Əziz Mariya, müttəfiq belə olur - Melkonyan
02:07 16.04.2024
Bu ölkənin istəyi ilə təyyarələri havaya qaldırdıq - Makron
01:00 16.04.2024
Saakaşvili tərəfdarlarını etiraz aksiyasına çağırdı
00:10 16.04.2024
Hakan Fidan Quterreşlə danışdı
23:40 15.04.2024
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
23:24 15.04.2024
Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər
23:00 15.04.2024
“Beşiktaş” Almaniya klubunun təklifini rədd etdi
22:44 15.04.2024
İmişlidə əmək yarmarkası keçiriləcək
22:22 15.04.2024
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
22:00 15.04.2024
Hamısı