Elxan Abdullayev "Neftçi" futbol komandasının baş məşqçi vəzifəsindən istefa verib.
Bu barədə klubun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.
Qeyd olunur ki, Elxan Abdullayev bu gün baş məşqçi vəzifəsindən istefa verib.
İstefa ərizəsi ilə "Neftçi” PFK-nın rəhbərliyinə müraciət edən mütəxəssisin ərizəsi qəbul edilib.
"Neftçi” PFK Elxan Abdullayevə klub üçün etdiklərinə görə minnətdarlıq edir, ona gələcək işlərində uğurlar arzulayır.