Türkiyəni təmsil edən yüngül atletika üzrə dünya çempionu Ramil Quliyev mükafatlandırma mərasimindən əvvəl İstiqlal marşı oxunan zaman hərbi salam verməsinin səbəbini açıqlayıb.
İdmançı bunu Türkiyədə PKK terrorçuları tərəfindən öldürülən 15 yaşlı Ərən Bülbülün şəhid olmasına görə etdiyini bildirib.
“Mükafatlandırma mərasimindən əvvəl terrorçuların 15 yaşındakı qardaşımızı şəhid etdiyini öyrəndim. Bu, çox üzücü xəbər idi. Bütün dünyanın diqqətini çəkmək üçün əsgər salamı verdim. Qazandığım medalı onun xatirəsinə həsr etdim”, - Ramil Quliyev deyib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanmışdı.