Bu gün Avropanın ən yaxşı futbolçusunun adı açıqlanacaq.
Çempionlar Liqasının püşkatma mərasiminin keçiriləcəyi Monakoda həm də ötən mövsümün ən yaxşı oyunçusu müəyyənləşəcək.
Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mükafatı qazanmağa 3 namizəd var. Bunlar Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo, “Barcelona”nın futbolçusu Lionel Messi və “Juventus”un kapitanı Canluici Buffondu.
Messi və Ronaldo indiyə qədər hərəyə 2 dəfə bu nominasiyada qalib gəldikləri halda, Buffon ilk uğurunu qazana bilər.
Qeyd edək ki, ötən il Avropanın ən yaxşı oyunçusu Kriştiano Ronaldo seçilib.(goal.az)