Avropa Liqasının "play-off" mərhələsinin cavab matçı çərçivəsində keçirilən “Fənərbaxça” – “Vardar” matçını izləyənlər arasında Ramil Quliyev də olub.
Türkiyə millisinin və “Fənərbaxça”nın azərbaycanlı atleti qarşılaşmanın start fitindən öncə “Şükrü Saracoğlu” stadionuna gəlib.
Bu zaman yerli azarkeşlər atletika üzrə dünya çempionunu coşqu ilə qarşılayıblar. (yenicag.az)