Londonda keçirilən dünya çempionatında Türkiyəyə qızıl medal qazandıran azərbaycanlı atlet Ramil Quliyev Avropanın ən yaxşı atleti olmağa namizəddir.
Türkiyə Atletika Federasiyası Ramil Quliyevin Avropa Atletika Federasiyası tərəfindən hər ay keçirilən “Ayın Atleti” nominasiyasında namizəd kimi göstərildiyini açıqlayıb.
Avropa Atletika Federasiyasının saytında keçirilən səsvermədə səslər Tvitter vasitəsilə “re-tweet”, Facebook vasitəsilə də bəyənmə (“like”) ilə verilir. Səsvermə sentyabrın 4-də başa çatacaq. (Axar.az)