Bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edən cüdoçumuz İrina Kindzerska niderlandlı Tessie Savelkouls üzərində qələbə qazanıb.
Azərbaycan təmsilçisi Macarıstanda keçirilən dünya çempionatında ikinci bürünc, ümumilikdə, dördüncü medalı komandamızın aktivinə yazdırıb.
Əvvəlki yarış günlərində millimizin heyətində Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal əldə ediblər.