2019-cu ilin futbol üzrə Asiya Kubokunun seçmə mərhələsi çərçivəsində sentyabrımn 5-də baş tutmalı olacaq Qırğızıstan – Myanma matçı qeyri-müəyyən müddətə təxirə salınıb.
Bu məlumatı Qırğızıstan Futbol Federasiyasının mətbuat katibi Natalya Uqryumova verib.
Onun sözlərinə görə, ölkə hökumətinin bu qərarı oyun vaxtı və ərəfəsində terror aktı təhlükəsinin mövcudluğu üzündən verilib. Qərar barədə bütün futbol strukturlarına məlumat verilib. Qərar verilməmişdən öncə Myanma Futbol Federasiyası ilə məsləhətləşmələrin aparıldığı da əlavə edilib.