“Vest Bromviç Albion” futbol klubunun yarımmüdafiəçisi Qaret Barri İngiltərə Premyer Liqasında keçirdiyi oyunların sayına görə rekorda imza atıb.
APA-nın xəbərinə görə, ötən axşam 633-cü dəfə meydana çıxan 36 yaşlı futbolçu “Mançester Yunayted”in sabiq oyunçusu Rayan Qiqqzi geridə qoyub.
Qaret Barri müxtəlif illərdə “Everton”, “Mançester Siti” və “Aston Villa” kimi klubların şərəfini qoruyub. Premyer Liqada keçirdiyi 633 matçda Q.Barri 52 qolla fərqlənib, 50 məhsuldar ötürmə edib. 2000-2012-ci illərdə İngiltərə millisinin heyətində 53 oyun keçirib, 3 qol vurub.