2018 Dünya Kuboku seçmə mərhələsi oyunlarında çətin günlər keçirən Argentina Peru komandasını qəbul edib.
Yer aldığı qrupda kritik vəziyyətdə olan argentinalılar Peru matçında mütləq qələbə qazanmalı idilər. Tək qapı oyununun getdiyi oyunda argentinalılar Peruya qol vura bilməyib, matçı 0:0 hesabı ilə yekunlaşıb.
90 dəqiqə ərzində rəqib qapısına 6-ı dəqiq olmaqla 22 zərbə vuran Argentina öz qapısına cəmi 2 zərbə alıb.
Argentina bu hesabla qrupda 6-cı sıraya geriləyərək, Dünya Kubokuna düşə bilməyib. Son oyunda Argentina rəqib meydanda Ekvadorla qarşılaşacaq. Bu matçda qələbə qazanıb rəqiblərinin nəticələrini gözləyəcəklər.(avropa.info)