Tarixi rekord vuran Ramil Quliyev ən böyük hədəfini açıqladı

İdman 14:36 14.10.2017
Bu ilin avqust ayında Londonda keçirilən 16-cı Dünya Atletika Çempionatının qızıl medalçısı, azərbaycanlı atlet Ramil Quliyev “Report”un Türkiyə bürosuna müsahibə verib.
 
- Qələbənlə nəinki Türkiyə və Azərbaycanın, eləcə də türk dünyasının fəxrinə çevrildin. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan səni təbrik etdilər...
 
- Açığı, çempionata çox hazırlaşmışdıq. Biz yarışa getməzdən əvvəl bilirdik ki, ölkəyə medalla dönəcəyik, ancaq onun rəngini bilmirdik. Sarı rəngdə bir medalla ölkəyə qayıtdıq, çox xoşbəxtəm. Qələbədən sonra o qədər həyəcanlı idim ki, on gün özümə gələ bilmədim. Mənə dəstək olan, təbrik edən və uğuruma sevinən hər kəsə çox təşəkkür edirəm. Bəli, iki ölkə lideri məni təbrik etdi. Açığı, mən gözləmirdim ki, onlar mənə zəng edəcəklər. Çox şad oldum. Yarışdan 20-30 dəqiqə sonra prezident Rəcəb Tayyib Ərdoğan mənə zəng etdi. Bir gün sonra isə Prezident İlham Əliyev mənimlə danışdı, hər ikisi gözəl sözlər dedi, məni təbrik etdilər. Bu təbriklər qələbəmin nəticəsi üçün mənə verilən ən böyük mükafatlar idi.
 
- Azərbaycan və Türkiyənin bayraqları ilə qələbə sevincini yaşamaq necə hiss idi?
 
- Mən azərbaycanlıyam və Bakıdan gəlmişəm. Bunu heç vaxt unutmaram. Ən böyük hədəfim bu idi ki, belə mötəbər bir yarışda qələbə qazanım və hər iki ölkənin bayraqları ilə stadionda dövrə vurum. Bunu ilk dəfə Bakıda İslam Həmrəyliyi Oyunlarında etdim. İkinci şansım isə dünya cempionatında oldu. Qalib olasan, vətənin olan hər iki dövlətin bayrağını sarılaraq dünyanın qarşısına çıxasan. Həqiqətən də əvəzolunmaz hisslərdir.
 
- Türkiyəyə nə vaxt gəldin? Burada başqa hansı uğurların olub?
 
- 2010-cu ildə Türkiyəyə gəldim və 2014-cü ildən Türkiyə adına yarışlara qatılıram. 2015-ci ildə Türkiyədə keçirilən dünya çempionatında finala yüksəldim və 2016-ci ildə 200 metrlik yarışlarda Avropada ikinci yeri qazandım. Dünya cempionatındakı bu qələbəm isə hələlik mənim üçün ən böyük qələbədir.
 
- Oktyabrın 14-də Avropa Atletika Federasiyası tərəfindən qitənin ən yaxşı atleti seçilə bilərsən. Üç namizəd arasında şanslarını necə dəyərləndirirsən?
 
- Nəticələr bu gün məlum olacaq. Ancaq indi mediadan gələn nəticələrə görə, bildiyim qədəriylə 25 faiz göstərici olmalıdır. Bundan başqa, həmçinin qurumun içərisində münsiflərin qiymətləndirməsi olacaq. Açığı, biz də nəticələri gözləyirik. İnşallah, yaxşı olar.
 
- Səni sosial şəbəkələrdə də yaxından izləyirik. Qələbəndən sonra oradan sənin uğurunu paylaşan milyonlar vardı…
 
- Bəli, çox təbriklər aldım və bu məni olduqca çox sevindirdi. Yarışdan bir gün sonra baxdım ki, mənə 9 min mesaj gəlib. Hər kəs təbrik edirdi. Mən özümü heç bir zaman olmadığım qədər xoşbəxt hiss etdim ki, bu qədər insanı sevindirmişəm. Bundan başqa, atletizmlə bağlı da ciddi təbliğat apardığımı düşünürəm. Ümid edirəm ki, bundan sonra da bu idmana daha çox maraq oyanacaq. Gənclər, yeniyetmələr yaxşı atlet olmaq üçün rəqabət aparacaqlar, qələbə üçün mücadilə edəcəklər. Fikrimcə, idman insanı tərbiyə edir, idmansız həyat olmaz. Bunu həyatımızın bir parçası halına gətirməliyik və əhəmiyyətli yerə qoymalıyıq.
 
- Bakıda keçirlən İslam Həmrəyliyi Oyunlarında da böyük uğura imza atmışdın. Sanki o qələbələr səni daha da həvəsləndirdi.
 
- İslam Oyunları Bakıda peşəkar səviyyədə təşkil olunmuşdu. Bu cür yarışların keçirilməsində Azərbaycanın böyük təcrübəsi var. Bəli, mən Azərbaycandan üç medalla İstanbula qayıtdım. 100, 200 və 4x100 metrə qaçışda. Bu qələbələrdə həmvətənlərim məni alqışlarla təbrik edirdilər.
 
- Dünya çempionu olduqdan sonra Azərbaycana qayıtmaqla bağlı və ya digər ölkələrdən təkliflər almısanmı?
 
- Yox, belə bir təklif almadım. Çünki mən artıq Türkiyə üçün çalışıram. Azərbaycandan Türkiyəyə gəldiyim zaman bir çox ölkələrdən təkliflər vardı. Ancaq mən Türkiyəni seçdim, bura gəlməyə qərar verdim. Çünki Azərbaycan Türkiyəyə çox bənzəyir, mədəniyyəti, hər şeyi çox yaxındır. Bir millətik. Mənə bura çox yaxın oldu. Avropaya və ya başqa bir ölkəyə getmək istəmədim. Həm də ona görə ki, bir qədər evimə, ailəmə də yaxın olmaq istəyirdim. Bu qərarımı düzgün hesab edirəm. Özümü burada eyni bir ölkənin başqa bir şəhərinə gəlmiş kimi hiss edirəm.
 
- Useyn Boltun karyerasını başa vurduğunu nəzərə alsaq, sizin üçün dünya çempionu titulunu qoruyub saxlamağın daha real olduğunu düşünmək olarmı?
 
- Bəli, haqlısınız. Mənim üzərimə böyük məsuliyyət düşür. Düşünürəm ki, durmadan çalışmaq lazımdır. Bir zədələnmə olmasa, mən bundan sonra da əlimdən gələni edəcəyəm. İnşallah, daha da yaxşı nəticələri əldə edəcəyəm.
 
- Qarşıdakı hədəflərin nədir və daha hansı yarışlara qatılmaq niyyətindəsən?
 
- Gələn il Berlində Avropa çempionatı keçiriləcək. İndi həmin yarışa hazırlıqlar gedir. Çünki ən yaxın tarixdə planda bu yarışmaya qatılmaq var. Ən böyük hədəfim isə 2020-ci ildə Tokiodan yüksək əyarlı medalla ölkəyə qayıtmaqdır.
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Hamısı