Kataloniya mediası “Barselona” futbol klubunun türkiyəli futbolçusu Arda Turan haqqında iddia yayımlayıb.
Mövsümün başlanğıcından etibarən matçlara çıxmayan və artıq klubun imtina etdiyi Arda Turan “Fənərbaxça” klubuna transfer ediləcək.
Bu barədə “El Mundo Deportivo” qəzeti məqalə yayımlayıb. “Barselona” futbolçunun transferinə verdiyi 40 milyon avronun bir qismini geri qaytarmaq niyyətindədir. A.Turanı da bu zamana qədər məhz bu məqsədlə klubda saxlayıb.
Qəzet klublar arasında görüşlərin başladığını qeyd edib. Həmçinin, “böyük ehtimalla Arda Turan “Fənərbaxça”ya transfer ediləcək və bu transfer Türkiyədə təəccübə səbəb olacaq” yazıb.
Klub Arda Turanla yanaşı, daha 3 futbolçuya da özlərinə komanda tapmaq üçün zaman verib.(publika.az)